t s

» » Palata “AXA MBASK”-la bağlı Korrupsiya İdarəsinə müraciət edib?- MÜƏMMA

Palata “AXA MBASK”-la bağlı Korrupsiya İdarəsinə müraciət edib?- MÜƏMMA

12-01-2018, 14:29 Yazar:  Gülnar Baxılıb: 274 Çap et
Palata “AXA MBASK”-la bağlı Korrupsiya İdarəsinə müraciət edib?- MÜƏMMA
Xəbər verildiyi kimi, “AXA MBASK” Sığorta şirkətində 27.09.2017-31.10.2017 aralığında Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarına əsasən yoxlama keçirilib. Aparılmış yoxlama nəticəsində müəyyən edilən nöqsanların aradan qaldırılması məqsədilə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinə əsasən Cəmiyyətə icrası məcburi olan tədbirlər barədə yazılı göstəriş-təqdimat verilib.

Maliyyə sektorunda çalışan mənbənin AFN-ə verdiyi məlumata görə, aparılan yoxlamalar zamanı aşkar edilmiş cinayət tərkibi olduğu ehtimal edilən faktların araşdırılması üçün Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub: "Lakin bu barədə məlumat nəyə görəsə ictimaiyyətdən gizlədilir".

Şirkətin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Rəşid Rəsulov bildirdi ki, MBNP-nin “AXA MBASK”-la bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edib-etməməsi barədə onlara hər hansı məlumat daxil olmayıb: “Yaxşı olardı ki, bu barədə palataya müraciət edəsiniz”.
Palatanın sığorta şirkətində konkret hansı nöqsanları aşkarladığı və hansı hallara görə icrası məcburi göstəriş verilməsi haqda sualımıza departament rəhbəri cavab vermədi. Bildirdi ki, bu, şirkətin daxili məsələsidir.
MBNP-nın mətbuat xidmətindən isə telefonla məlumat verilmədiyi, sorğunun rəsmi qaydada cavablandırılacağı bildirildi. Sorğunu hazırlayıb ünvanladıq və alınan cavabı təqdim edəcəyik
P.S. Qeyd edək ki, “İnformasiya əldə etmək haqqında” qanunun 2-ci maddəsində (İnformasiya əldə etmək azadlığı) göstərilir ki, Azərbaycan Respublikasında informasiyanın əldə olunması azaddır: “Hər kəs özü birbaşa və ya nümayəndəsi vasitəsilə informasiya sahibinə müraciət etmək, informasiyanın növünü və əldə etmə formasını seçmək hüququna malikdir”.
Eyni qanunun 10-cu maddəsində (İnformasiya sahibinin vəzifələri) qeyd edilir ki, informasiya sahibi informasiya sorğusunu ən qısa zamanda və sorğuçu üçün ən münasib üsulla təmin etməlidir.
Palatanın tətbiq etdiyi qayda(?) isə bu qanunun qeyd edilən müddəalarının kobud şəkildə pozulması




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,
22:15 Dövlət başçısı İlham Əliyev 10 sərəncam imzaladı Prezident İlham Əliyev “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 1 fevral tarixli 121-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Axar.az xəbər verir ki, bu barədə Prezidentin
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az