t s

» » Prokuror Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib

Prokuror Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib

12-01-2018, 14:19 Yazar:  Gülnar Baxılıb: 77 Çap et
Prokuror Əfqan Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib
Bu gün Balakən Rayon Məhkəməsində jurnalist Əfqan Muxtarlının barəsində olan cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

"Report"un xəbərinə görə, hakim Hümbət Səlimovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında Ə.Muxtarlının 8 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Məhkəmə heyəti müşavirəyə gedib.

Qeyd edək ki, Ə.Muxtarlı mayın 29-da saat 22.40 radələrində Balakən rayonu ərazisində Azərbaycan dövlət sərhədini qanunsuz keçdikdən sonra Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb. Saxlanılarkən Ə.Muxtarlı xidmət əməkdaşlarına müqavimət göstərib. Ə.Muxtarlı inzibati qaydada tutularaq üzərində şəxsi axtarış keçirilib, ondan külli miqdarda nağd pul vəsaiti və digər əşyalar aşkarlanaraq götürülüb.

Ona Cinayət Məcəlləsinin 318-ci (Dövlət sərhədini qanunsuz olaraq keçmə), 206-cı (qaçaqmalçılıq) və 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.

Səbail Rayon Məhkəməsində Ə.Muxtarlı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Daha sonra həbs qətimkan tədbiri bir neçə dəfə uzadılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:06 Əfqan Muxtarlının cinayət işi üzrə ibtidai istintaq başa çatıb Həbsdə olan jurnalist Əfqan Muxtarlı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlının barəsində başlanmış cinayət işi üzrə ibtidai istintaqı yekunlaşıb. Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, Ə.
16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
20:13 4000 manat borca görə qadına iyrənc təklif – ŞOK TƏFƏRRÜAT Ucar rayon sakini, 1963-cü il təvəllüdlü Mirbala Fərzəliyev qonşusu Samirə Qafarovanı (ad şərti verilib-H.Z.) onunla cinsi əlaqədə olması üçün şantaj edib. Samirə Qafarovanın əri Bəxtiyarın Mirbala Fərzəliyevə borcu olub. Mirbala 15 yanvar 2013-cü il tarixdə notarial qaydada Bəxtiyar Qafarova 6000

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az