t s

» » “DəmirBank”ın kreditorlarına növbəti – MÜRACİƏT

“DəmirBank”ın kreditorlarına növbəti – MÜRACİƏT

12-01-2018, 09:21 Yazar:  Gülnar Baxılıb: 168 Çap et
“DəmirBank”ın kreditorlarına növbəti – MÜRACİƏT
Əmanətlərin Sığortalanması Fondu yenidən ləğv prosesində olan “DəmirBank” ASC-nin kreditorlarına müraciət edib.

Fonddan verilən məlumata görə, “Banklar haqqında” Qanunun tələbləri nəzərə alınmaqla, müflis banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınmalıdır.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər:

- kreditorun adı və ünvanı;

- tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri;

- tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

“Kreditorlardan xahiş olunur ki, birinci elanın dərc edildiyi gündən (“Xalq Qəzeti”nin 5 yanvar 2018-ci il buraxılışı) 60 (altmış) gün ərzində “DəmirBank” ASC-nin ləğvedicisi təyin edilən Əmanətlərin Sığortalanması Fonduna, Bakı şəhəri, Qarabağ küçəsi, 31, ləğv prosesində olan “DəmirBank” ASC-nin “Əməliyyat idarəsi” filialına müraciət etsinlər”, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən “DəmirBank” ASC-nin müflis elan edilməsi və barəsində iflas proseduruna başlanılması haqqında 27 dekabr 2017-ci il tarixli qərar qəbul edilib. Eyni qərarla “DəmirBank” ASC-yə Əmanətlərin Sığortalanması Fondu 27 dekabr 2017-ci il tarixindən ləğvedici təyin edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:37 Bağlanmış banka kredit borcu olanlara xəbərdarlıq edildi – YENİLƏNİB Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “United Credit Bank” ASC-nin kreditorlarına müraciət edib. Mediaxeberleri.az xəbər verir ki, müraciətdə deyilir ki, müflis elan edilmiş Banka qarşı tələblər 60 gün ərzində yazılı şəkildə qeydə alınacaq. Kreditorlar öz
10:23 Müflis olmuş bankın kreditorlarına – MÜRACİƏT İflas prosesinə məruz qalmış “Alfa Sığorta” ASC-nin kreditorlarına müraciət olunub. Mediaxeberleri.az APA-ya istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29 avqust 2016-cı il tarixli 2-1(81)-4072/2016 saylı qərarı ilə ASC-nin müflis elan edilməsi, iflas proseduruna
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az