t s

» » Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə minib

Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə minib

12-01-2018, 09:18 Yazar:  Gülnar Baxılıb: 170 Çap et
Seçki Məcəlləsinə dəyişikliklər qüvvəyə minib
Azərbaycan prezidenti İlham Əliyev Seçki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunu imzalayıb.

Mediaxeberleri.az
xəbər verir ki, Seçki Məcəlləsində aşağıdakı dəyişikliklər edilib:

1. 3-cü maddədə “milliyyətindən” sözü “etnik mənsubiyyətindən” sözləri ilə əvəz edilib.

4. 47.9-cu maddədən “vəsiqələri paylandıqdan və seçici” sözləri çıxarılıb.

6. 54-cü maddə üzrə:

6.1. 54.9-cu maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilib: “Seçki komissiyası namizədin təsdiq olunması barədə qərar qəbul etdikdə, həmin qərarı və seçicilərin imzalarının toplanması üçün imza vərəqələrini siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə təqdim edir. İmza vərəqələrini götürən səlahiyyətli nümayəndə hər imza vərəqəsinin aşağı künc hissəsində imza qoyur”.

6.2. 54.10-cu maddənin birinci cümləsində “Namizədin qeydə alınmasından” sözləri “İrəli sürülmüş namizədin təsdiq olunmasından” sözləri ilə əvəz edilib.

7. 59.3-cü maddənin dördüncü cümləsində “İmza” sözü “Bu Məcəllənin 59.4-cü maddəsində nəzərdə tutulan hal istisna olmaqla, imza” sözləri ilə əvəz edilsin.

21. 175.3-cü maddə üzrə:

21.2. ikinci cümlə aşağıdakı redaksiyada verilib:

“Mərkəzi Seçki Komissiyasının bu barədə qərarı rəsmi dərc edildiyi gündən 10 gün müddətində həmin qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər”.

21.3. aşağıdakı məzmunda üçüncü-beşinci cümlələr əlavə edilib: “Həmin şikayətə 15 gün müddətində baxılmalıdır. İş üzrə apellyasiya instansiyası məhkəməsinin qərarından həmin qərarın tam formada təqdim olunduğu gündən 10 gün müddətində Ali Məhkəməyə şikayət verilə bilər. Bu şikayətə 15 gün müddətində baxılmalıdır”.

22. 176-cı maddə üzrə:

22.3. aşağıdakı məzmunda 176.2-1-ci maddə əlavə edilib:

“176.2-1. Azərbaycan Respublikası Konstitusiyasının 89-cu maddəsinin I hissəsinin 6-cı və 7-ci bəndlərində göstərilən hallarla əlaqədar Mərkəzi Seçki Komissiyasına Milli Məclisin rəsmi məlumatı daxil olduqdan sonra 15 gündən gec olmayaraq Mərkəzi Seçki Komissiyası həmin rəsmi məlumatı müzakirə edərək müvafiq qərar qəbul edir”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
12:50 Azərbaycanda nə dəyişdirilir? – REFERENDUM AKTI Bu gün Azərbaycanda referendum keçirilir. Mediaxeberleri.az dövlət başçısının rəsmi saytına istinadən səsverməyə çıxarılan “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktının tam mətnini oxuculara təqdim edir: 1. 9-cu maddənin I hissəsi aşağıdakı
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az