t s

» » Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”

12-01-2018, 01:07 Yazar:  Gülnar Baxılıb: 147 Çap et
Əliməmməd Nuriyev: “BDU-ya müstəqillik verilməsi 100 illik yubileyinə ən böyük töhfə olardı”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən gün Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan toplantısında 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti İli elan edib. Növbəti il isə Cümhurriyət yadigarı Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi tamam olacaq. Bu ərəfədə BDU-nun məzunu, BDU-nun rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının üzvü Əliməmməd Nuriyev Musavat.com-un elm ocağının bu günü və perspektivləri ilə bağlı suallarını cavablandırıb.

- Əliməmməd bəy, Sovet işğalını nəzərə almasaq, 2018-ci ili Azərbaycan Respublikasının tarixində müstəqilliyin ikinci yüzilinin başlanğıcı saymaq olar. AXC dönəmində yaradılan bir sıra dövlət strukturları kimi ölkənin ilk ali məktəbi olan Bakı Dövlət Universiteti də 100 illik yubileyi qeyd etməyə hazırlaşır. Siz BDU-nin ölkənin elmi və ictimai həyatında BDU-nun rolunu necə qiymətləndirirsiniz?

- Əminəm ki, Azərbaycanın elm tarixinin ən parlaq səhifələrindən olan Bakı Dövlət Universitetinin yaradılmasının 100 illiyi ölkənin elmi, eləcə də mədəni həyatı üçün böyük hadisəyə çevriləcək. Universitetin ilk rektoru Razumovskinin sözləri ilə desək, 100 il öncə “Azərbaycan öz maarif ocağını yaratdı, türk xalqının tarixinə yeni parlaq səhifə yazıldı. Asiya ilə Avropanın qovşağında yeni məşəl yandı”. Azərbaycan elmi, cəmiyyət və dövlətimiz, mədəniyyətimiz, ziyalılarımız, dünya şöhrətli ailimlərimiz bu məşəlin gur işığından bəhrələniblər və faydalanmaqda davam edirlər. BDU-nun yaradılması ilə bağlı parlament müzakirələrində maarif naziri R.Qaplanov qeyd edirdi ki, “böylə darülfünunu açdıqdan sonra get-gedə bizim tələbələrimiz çoxalacaq və 5-6 sənə təhsil dəvamından sonra bizim də icad edən alimlərimiz mükəmməl surətdə oradan çıxacaqdır və bəlkə professorlarımız da kəndimizdən olacaqdır”. 3 ildən sonra, 1922-ci ildə onun arzusu gerçəkləşdi, 30 nəfər gənc ali təhsili uğurla başa vuraraq həkim adına layiq görüldü. Məzunlardan ikisi — azərbaycanlı qızlar, Ədilə xanım Şahtaxtılı tibb üzrə ilk azərbaycanlı qadın elmlər doktoru, Cənnət xanım Sultanova tanınmış həkim oldu. Bakı Dövlət Universitenin bir əsrlik fəaliyyəti, uğurları barədə çox danışmaq olar, bu barədə tədqiqatlar da aparılıb, elmi əsərlər də yazılıb. Mənim anlamımda BDU yalnız özünəməxsus missiyası olan elm məbədi deyil, həmçinin sosiomədəni fenomendir. BDU bizi Xalq Cümhuriyyətinin idealları ilə bağlayır, elmi potensialımızın lokomotivi və əsas aqreqatoru kimi çıxış edir. Ən vacibi odur ki, BDU istər Cümhuriyyət ideyalarının, istərsə də ötən əsrdə 20-50-ci illərdə sovet quruluşu çərçivəsində Azərbaycanda milli kimliyin qorunması uğrunda mübarizə aparanların, 50-80-ci illərdə Azərbaycanın modernləşməsi, sənayeləşməsi, 80-ci illərin əvvəlindən milli müstəqilliyin bərpası, güclü, inkişaf etmiş dövlət qurulması uğrunda çalışan nəsillərin ruhunu, əzmini özündə yaşadır. Gəncliyin enerjisini, yaradıcı başlanğıcını, orta və yaşlı nəslin təcrübə və müdrikliyini özündə birləşdirir, sintez edir və inkişaf məqsədlərinin əldə olunması üçün yönəldir. Ümummilli lider Heydər Əliyev də BDU-nun fəaliyyətini hər zaman bu kontekstdən dəyərləndirirdi. O, BDU-nun 1999-cu ildə keçirilən 80 illik yubileyindəki tarixi çıxışında demişdi ki, Azərbaycanın keçmişini, onun mədəniyyətini, elm və iqtisadiyyatını, bütövlükdə cəmiyyəti Bakı Dövlət Universitetindən ayrı təsəvvür etmək mümkün deyildir.

- 2017-ci il BDU ilə bağlı mühüm dəyişiklik baş verdi. BDU Təhsil Nazirliyi tabeliyində publik hüquqi şəxs kimi yenidən quruldu. Bu prosesdə geniş müzakirələr aparıldı, müxtəlif rəylər səsləndi. Siz necə düşünürsünüz, müstəqillik Azərbaycanın ən böyük elm ocaqlarından biri kimi BDU-nun fəaliyyətində hansı dəyişikliklərə gətirəcək?

- Bu addım son illər Azərbaycanda təhsilin idarəlolunması sahəsində aparılan islahatlar kontekstində dəyərləndirilməlidir. Öncə onu vurğulamaq istəyirəm ki, son illər Azərbaycanın təhsil sistemində ciddi islahatlar aparılıb. Xüsusən idarəetmə və intitusional yeniliklər tətbiq olunur, həmçinin yeni model və yanaşmaların gündəmə gətirilir, keyfiyyət standartlarının, kadr hazırlığı işinin yüksəldilməsi üçün ciddi işlər görülür. Ali məktəbə publik hüquqi şəxs statusu verilməsi daha çevik idarəetmə, maliyyə müstəqilliyi, daxili idarəetmə strukturunun təkmilləşdirilməsi baxımından önəmlidir. Bu addım atılarkən müasir dünya təcrübəsi, xüsusən universitetlərin fəaliyyətində müstəqilliyin artırılmasının gətirdiyi müsbət tendensiyalar əsas götürülüb. Dünya təcrübəsinə baxsaq, görəcəyik ki, indi dünyada universitetlərə müstəqillik verilməsi aktual trenddir. Qloballaşma, texnoloji inkişaf və müasir cəmiyyətin şəbəkələşməsi belə bir zərurət yaradır. Universitetlərin ənənəvi modelləri bu gün nə elmi fəaliyyətin təşkilinin müasir prinsiplərinə, nə əmək bazarının tələblərinə, nə də elmi-praktik tədqiqatların aparılması metodikalarına cavab vermir. Çox yüksək intellektə söykənən texnolojiyalarda inqilabi dəyişikliklər və bu resurslar uğurunda çox sərt beynəlxalq rəqabətdə möhkəm mövqe tutmaq, yalnız iqtisadi inkişafı deyil, ictimai-siyasi inkişafı da şərtləndirən əsas amilə çevrilir. Universitet təhsilinin səmərəli təşkili bu rəqabətin əsas komponentlərindən biri kimi çıxış edir. Bu rəqabət universitetlərə yanaşmanı da dəyişib. Artıq ali məktəblər istər-istəməz bu rəqabət prosesinin müstəqil iştirakçılarına çeverilməyə başlayıblar. İnkişaf etmiş ölkələrdə məhz bu yanaşma əsas götürülür. Universitetlərə tələb olunan həddə müstəqillik və dəstək verilir. Ali təhsil müəssisələrinin muxartlığı problemi artıq 1000 ildir ki, mövcuddur. Avropa Boloniya, Paris universitetlərinin yaranmasından bəri muxtar statusla bağlı müzakirələr davam edir. Bu gün anqlo-sakson dünyasında ən uğurlu universitetlər hökumət və regional hakimiyyətlərdən tam müstəqildirlər. Harvard, yaxud Massaçusets universitetlərinin yaxın 5, 10 il üçün öz inkişaf planlarını müəyyənləşdirmək üçün hökumətdən icazə alımağa ehtiyacları yoxdur. Univeristetlərin müstəqliyyinin təmin olunması bu gün Çində ən aktul müzakirə mövzusudur. Çini ona görə misal çəkirəm ki, orada sovet modelinə yaxin sistem mövcuddur. Çin universitetlərində inkişaf meyilləri ilə yanaşı, güclü beyin axını və sitat gətirmə indeksinin aşağı düşməsi müşahidə olunur. Mütəxəssislərin fikrincə, bu, ona görə baş verir ki, ali təhsil müəssisələri daha çox nazirliyin formal tələblərinə cavab verməyə çalışırlar. Təşəbbüskarlıq və innovasiyaların tətbiqi isə arxa plana keçir. Bu baxımdan Azərbaycanda da ali təhsil müəssisələrinin müstəqilliyi məsələsində daha irəli getmək lazımdır. Bu prosesdə ali təhsil müəssisələrinin potensialı, inkişaf səviyyəsi nəzərə alınmaqla uğurlu nümunələr yaradaraq, daha sonra isə bu nümunələrin praktikasından istifadə etməklə mərhələ-mərhələ irəliləmək gərəkdir.

- Sizcə, Azərbaycanda bu cür potensiala malik dövlət ali məktəbləri varmı?

- Fikrimcə, Bakı Dövlət Universiteti bazasında bu cür uğurlu nümunə yaratmaq mümkündür. Bu realdır və zamanın tələbidir. Bakı Dövlət Universiteti öz fəaliyyəti ilə nümayiş etdirir ki, bunun üçün yetərli potensialı var. “QS World University Rankings” reytinqinə görə BDU dünyanın 800 top universitetinin siyahısına daxil olub. Təkcə 2016-cı ildə Universitetinin əməkdaşları tərəfindən “Thompson Reuters” bazasına daxil olan jurnallarda 207 məqalə çap etdirilib. Azərbaycan üzrə beynəlxalq informasiya agentlikləri tərəfindən indekslənən üç jurnaldan ikisi, o cümlədən impakt faktorlu yeganə jurnal BDU-da nəşr olunur. Yuxarıda qeyd etdik ki, BDU yalnız ali təhsil müəssisəsi deyil, Azərbaycanın inkişafında bu elm ocağının xüsusi missiyası var. Elmi potensialımızın avanqardı BDU-da cəmləşib, həmçinin innovasiyalar və ən yeni, müasir elmi tədqiqatların bazası da oradadır. BDU-da şəffaflıq, hesabatlılığın təmin olunması istiqamətində mühüm işlər görülüb. BDU ictimaiyyətlə, dövlət strukturları, digər elm ocaqları ilə çox sıx işləyir. Rektor akademik Abel Məhərrəmov BDU-nun fəaliyyətinin müasir standartlar əsasında qurulması, demokratik idarəçilik prinsiplərinin, elmi-tədiqiqatların aparılmasında innovasiyaların tətbiqi, təhsilin keyfiyyətinin yüksəldilməsi, universitetin işində iştirakçılığın genişləndirilməsi üçün geniş imkanlar yaradıb. Bunlar nəzərə alınaraq, BDU-nun öncüllüyü ilə Azərbaycan elminin inkişafında, kadr hazırlığında, elmi tədqiqatlar sahəsində inkişafı sürətləndirmək üçün bu xüsusi statusun de-yure möhkəmləndirilməsinə ehtiyac var. Bu qeyd etdiyim ali təhsil müəssisələrinin müstəqil fəaliyyəti ilə əlaqədar uğurlu nümunələr yaradılması da dünyada müşahidə olunan inkişaf meyillərindən geri qalmamaq üçün vacibdir. Artıq MDB məkanında bu cür praktika uğurla tətbiq olunur. Dövlət Dumasının 21 oktyabr 2009-cu il tarixli qərarı və Rusiya Federasiyası Prezidentinin 10 noyabr 2009-cu il sərəncamı ilə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinə və Sankt-Peterburq Dövlət Universitetinə xüsusi status verilib. Bu universitetlərin fəaliyyətini tənzimləyən ayrıca qanun qəbul edilib. Bu status təhsil prosesinin, elmi, maliyyə təsərrüfat və digər fəaliyyətlərin təşkili və həyata keçirilməsində müstəqilliyi təmin edir. Universitetlər müstəqil olaraq ştat cədvəlini tərtib edir, işçilərin sayını müəyyənləşdirir və onalrı müvafiq vəzifələrə təyin edir. Daxil olan vəsaitlərin istifadə istiqamətlərini və qaydaları özü müəyyən edir. Dövlət büdcəsindən bu universitetlərə ayrıca vəsait ayırılır. Belarusiya Dövlət Universiteti, Qazaxıstanın Əl-Fərabi və Nazarbayev Universitetləri bu cür xüsusi statusa malikdirlər. Azərbaycan üçün də bu praktikanın tətbiqi çox uğurlu ola bilər. Bakı Dövlət Universitetinə 100 illik yubileyi ərəfəsində Rusiya və Qazaxıstanda olduğu kimi xüsusi status verilə bilər. BDU-ya müstəqillik verilməsi Universitetin 100 illlik yubileyinə böyük töhfə olardı.

- Bu status nələri əhatə etməlidir?

- Öncə akademik, inzibati-idarəetmə, maliyyə müstəqilliyini. Bundan başqa, universitetin təhsil proqramlarını müstəqil olaraq müəyyən etdiyi təhsil standartları və tələbləri çərçivəsində reallaşdırmaq, tədris prosesini və elmi-tədqiqat fəaliyyətini müstəqil olaraq təşkil və idarə etmək, Universitet büdcəsinə daxil olan vəsaitlərin istifadə istiqamətlərini və qaydalarını müstəqil olaraq müəyyən etmək, müstəqil olaraq ştat cədvəlini tərtib etmək, işçilərin sayını müəyyənləşdirmək və onları müvafiq vəzifələrə təyin etmək hüququ olmalıdır. “Təhsil haqqında” Qanun bu cür statusun verilməsinin mümkünlüyünü nəzərdə tutur. Eyni zamanda “Elm haqqında” Qanuna əsasən BDU-ya “Tədqiqat univeresiteti” statusu verilməsi də məqsədəuyğun olardı. Bu addımlar BDU-nun və bütövlükdə Azərbaycanın təhsil sisteminin, elmin inkişafında yeni mərhələnin əsasının qoyulması, qarşıda duran inkişaf vəzifələrinin həlli üçün yeni imkanlar açardı. Eyni zamanda yaxın gələcəkdə ali təhsilin idarəolunması sahəsində qabaqcıl dünya təcürbəsinin mənimsənilməsi və ölkəmizdə tətbiqi baxımından yeni fürsətlər yaradardı. Bununla yanaşı elmi işçilər və profesor-müəllim heyəti tərəfindən elmi fəaliyyətin təşkili və həyata keçirilməsi, həyata keçirilən layihələrin dəstəklənməsi, BDU-nun müasir kampusunun tikilməsi, öz vəsaiti hesabına inşa etdirdiyi Fənlərarası Yüksək Texnologiyalar Mərkəzinin Texnoparka çevrilməsi üçün müəyyən maliyyə vəsaitinin ayrılması mövcud potensialın gücləndirilməsinə əhəmiyyətli töhfə verərdi.

Musavat.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az