t s

» » Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah

Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah

12-01-2018, 00:47 Yazar:  Gülnar Baxılıb: 196 Çap et
Hamilə qadınlar niyə turş meyvələr istəyir? - Pediatrdan izah
"Hamilə qadınların qida seçimində kreativlik axtarması yersizdir. Sağlam, təbii qidalara üstünlük vermək lazımdır”.

Bunu pediatr Vaqif Qarayev deyib.

O bildirib ki, regionda yetişən meyvə və tərəvəzlərə, gündəlik menyumuzda olan qidalara genetik olaraq uyğunlaşmışıq:

"Həmin məhsullarla qidalanmaq lazımdır. Başqa ölkələrin mətbəxinin, müxtəlif tərkibli yeməklərinin bizə dəxili yoxdur. Qadınlar çox vaxt həkimin dediyi deyil, özlərinin haradasa gördükləri, qarşılaşdıqları qidaları yemək istəyirlər.



Hamiləlik qadın orqanizmi üçün ciddi tibbi, bioloji, psixoloji baxımdan yükdür. Öz pasiyentini müayinə edən ginekoloqlar hər müayinədə hamilə qadının qida menyusunu ona deyir. Buna əməl etmək lazımdır. Analar bətnindəki körpəni və özünü normal qidalandırmalıdır. Bunun üçün maddi məsələlər və ananın məsuliyyəti xüsusi önəmlidir. Ananın qida, yuxu, hərəkət, hava rejimi uşaq üçün vacibdir. Azərbaycan torpağında yetişən nə varsa, hamilə qadın üçün hətta dərmandır.

Bəzən hamilə qadınların turş meyvələr istəməsi normaldır. Bu, təbabətə aid bir şey deyil, amma ürəyi istəyirsə, qadında sırf psixoloji diskomfort yaradacaq. Buna görə, hamilələr bu cür qidaları istəyirsə, qış aylarında xüsusilə alça kimi meyvələri başqa alternativlə əvəz etmək lazımdır. Nə səbəbdən olur, olsun stress hamilə üçün heç bir halda olmamalıdır”.

Qadınların hamiləlik zamanında məlumatlı olmasına diqqət çəkən pediatr vurğulayıb ki, internetdən, mediadan, sağlamlıqla bağlı məlumatları əldə etmək olar:

"35-40 il bundan əvvəl anaların əksəriyyəti təhsilsiz idi. İnformasiya üçün tək həkimlər var idi. İndi bu məsələlərin hamısı aradan qalxıb. Necə olur ki, analar internetdən hər məlumatı əldə edir, amma öz sağlamlığı üçün vacib olanlarla maraqlanmır. Həkimlər nə qədər məsləhətlər versə də, əksərən buna laqeyd yanaşırlar. Lakin hər kəs aldığı təhsili özünə faydalı şəkildə istifadə etməlidir.

Sosial şəbəkələrdə çox zaman ciddi olmayan məlumatlar da paylaşılır. Bəziləri bunu yumor olsun deyə yazır, amma düşünmürlər ki, bunu oxuyub, tətbiq edən insanlar da ola bilər. Nəticədə problemlər ortaya çıxar. Ona görə, hər yayılan məlumata etibar etməmək, qeyri-ciddi paylaşımları oxumamaq lazımdır”.Sherg.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az