t s

» » Bakıda avtobusda gediş haqqı qaldırıldı-Rəsmi

Bakıda avtobusda gediş haqqı qaldırıldı-Rəsmi

12-01-2018, 00:16 Yazar:  Gülnar Baxılıb: 227 Çap et
Bakıda avtobusda gediş haqqı qaldırıldı-Rəsmi
Yanvarın 13-dən etibarən “BakuBus” avtobuslarının xidmət göstərəcəyi 175 nömrəli marşrut xəttində də gedişhaqqı göstərilən normativlərə uyğun olaraq 30 qəpik müəyyən edilib.


Mediaxeberleri.az
xəbər verir ki, bu barədə Modern.az-a “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Mansur Piriyev bildirib.

M.Piriyev qeyd edib ki, marşrut xətlərində tətbiq olunan gediş haqqı Tarif Şurasının müvafiq qaydalarına əsasən həyata keçirilir:

“Bu qaydalara əsasən şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin ödənişi məsafədən asılı olaraq dəyişir. Belə ki, şəhərətrafı və qəsəbələrarası 1 km-dən 15 km-dək (15 km daxil olmaqla) 20 q. 15 km-dən 25 km-dək (25 km daxil olmaqla) 25 q. 25 km-dən 30 km-dək (30 km daxil olmaqla) 30 qəpikdir”.

Qeyd edək ki, 175 nömrəli marşrut xəttinin hərəkət sxemində dəyişiklik edilib. 13 yanvar 2018-ci il tarixdən bu xətti üzrə avtobuslar Hövsan qəsəbəsinin mərkəzindən əvvəvlki xətdən fərqli olaraq “Xətai” metrosuna yox, “28 May” metrostansiyasınadək hərəkət edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:15 Hövsan sakinləri nədən giley edir - ŞİKAYƏT Qeyd edək ki, Avropa Oyunları zamanı Hovsan qəsəbəsindən şəhərə işləyən 175 saylı avtobusun hərəkət trayektoriyası dəyişdirilərək son dayanacaq kimi “Xətai” metrostansiyasının yanı müəyyənləşmişdi. Amma müvafiq qurumlar hərəkət istiqamətində dəyişikliyin müvəqqəti olduğunu və Oyunlar bitdikdən
16:00 Vergi borcları silinmiş idmanla bağlı qurumların adları açıqlandı – SİYAHI Vergilər Nazirliyi 2017-ci il yanvarın 1-dək faiz və maliyyə sanksiyaları üzrə mövcud olan borcları qeyd-şərtsiz olaraq silinmiş vergi ödəyicilərinin siyahısını dərc edib. Mediaxeberleri.az Report-a istinadən xəbər verir ki, idmanla bağlı qurumlar arasında ən çox silinmiş vergi borcu bu ilin
18:56 Nazirlikdən özünü öldürmək istəyən sahibkarla bağlı - Rəsmi açıqlama Xəbər verdiyimiz kimi bu gün “Amal-D” MMC şirkətinin rəhbəri olan sahibkar Dönməz Abutalıb oğlu Məmmədovun Nəqliyyat Nazirliyinin yaxınlığındakı körpüyə çıxaraq intihara cəhd edib. Qarabağ veteranı olan Dönməz Məmmədov intihara cəhd etməsinə səbəb olaraq şəxsinə məxsus olan 501 nömrəli marşrut
16:21 Binəqədinin nəqliyyat problemi: yol uzaq, qiymət baha, sərnişinlər narazı Son vaxtlar bir-birinin ardınca paytaxtda marşrut avtobuslarının hərəkət xətləri, istiqamətlər dəyişdirilir ki, bu da əhalinin kəskin narazılığına səbəb olur. İctimai nəqliyyatdan yararlanan sərnişinlər bəzi marşrut xətlərinin dəyişdirilməsi və ləğv edilməsindən sözün həqiqi mənasında cana
12:56 Bakıda xəttə yeni avtobuslar buraxıldı Gediş haqqı yalnız kartlar vasitəsi ilə ödəniləcək. Bu gündən başlayaraq "BakuBus" MMC Bakıda yeni marşrut xətti üzrə avtobuslar istifadəyə verib. Mediaxeberleri.az xəbər verir ki, ANS PRESS-in verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında MMC-nin direktor müavini Vüsal Kərimli deyib.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az