t s

» » Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi

Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi

11-01-2018, 16:37 Yazar:  Gülnar Baxılıb: 250 Çap et
Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi
AĞSTAFADA NÖVBƏTİ DƏFƏ GƏNCLƏRİN TƏNTƏNƏLİ HƏRBİ XİDMƏTƏ YOLA SALINMASI MƏRASİMİ KEÇİRİLDİ

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə bağlı Ağstafa rayonunda gənclərin hərbi xidmətə yola salınması münasibəti ilə təntənəli mərasim keçirildi.

Tədbir Heydər Əliyev Mərkəzinin qarşısında təşkil olunmuşdur. Tədbirdə Ağstafa rayon İcra hakimiyyəti Başçısının birinci müavini Ramiz Tatarov, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, rayon ağsaqqalları və Qarabağ müharibəsi əlliləri, yerli icra nümayəndələri və bələdiyyə sədrləri, çağırışçı gənclər, valideynlər, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər. Tədbir iştirakçıları ilk öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzdülər, Ulu Öndərin əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Mərasimi giriş sözü ilə açan rayon İcra hakimiyyəti Başçısının birinci müavini Ramiz Tatarov hərbi xidmətə yola salınan gəncləri, onların valideynlərini və doğmalarını ürəkdən təbrik edərək qeyd etdi ki, bu gün vahid mərkəzdən idarə olunan və güclü maddi-texniki bazaya malik olan ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir. Son illər Ağstafa rayonunun gəncləri arasında hərbi çağırışdan yayınma halları qeydə alınmayıb. Bu da rayonun orta ümumtəhsil məktəblərində gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsinə xüsusi diqqət yetirilməsini göstərir. Rayon gənclərinin xidmət etdiyi hərbi hissələrdən valideynlərinə gələn minnətdarlıq məktubları hamıda qurur hissi doğurur. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəis müavini Füzuli Əliyev məruzə ilə çıxış edərək hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu diqqətə çatdırıb. Xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərbi texnikanın sirlərinə dərindən yiyələnəcək, torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Daha sonra valideyinlər, müharibə veteranları və ictimaiyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar diləyib, onlara vətən qarşısında layiqli şəkildə borclarını yerinə yetirməyi tövsiyə ediblər.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz verdilər.

Çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan Bayrağını öpərək, müqəddəs “Qurani-Kərim”in altından keçərək, hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşdülər.

Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi
Ağstafada çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirildi




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
07:52 Azərbaycan polisinin peşə bayramı bölgələrdə təntənəli şəkildə qeyd olunur Qazaxda Azərbaycan polisi günü ilə əlaqədar təntənəli toplantı keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, polis şöbəsinin şəxsi heyəti, veteran polis əməkdaşları, şəhid olmuş polis ailələrinin üzvləri, onların doğmaları və
14:30 Aprel döyüşlərinin iştirakçıları ehtiyata buraxıldı Prezident İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” 9 sentyabr 2016-cı il tarixli Sərəncamının icrası Silahlı Qüvvələrdə
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az