t s

» » AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video

AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video

11-01-2018, 14:46 Yazar:  Gülnar Baxılıb: 253 Çap et
AMEA vitse-prezidenti: “Mərkəzi Elmi Kitabxana müstəqil elmi mərkəzə çevrilir” - Video
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) 2017-ci ilin yekunlarına həsr olunmuş hesabat yığıncağı keçirib. Hesabat yığıncağını AMEA-nın vitse-prezidenti, akademik, millət vəkili İsa Həbibbəyli açıb.

Mediaxeberleri.az
xəbər verir ki, akademik İsa Həbibbəyli kitabxana fəaliyyətinin geniş spektrdə təmsil olunan oxucular da daxil olmaqla bütün göstəricilər üzrə inkişaf etməsini, kitab fondunun əhəmiyyətli dərəcədə zənginləşməsini və daxil olan sənədlərin sistemləşdirmə işinin ən müasir qaydalara uyğun olaraq təkmilləşməsini, AMEA elmi müəssisələrinin kitabxanaları ilə şəbəkə formatında əlaqələrin güclənməsini il üçün uğurlu nəticələrdən hesab edib. AMEA-nın vitse prezidenti MEK-in elektron resursların mübadiləsi sahəsində təşəbbüslər ilə çıxış etməsini, buna nümunə olaraq Bakıda ADA, İstanbulda Kazım Qarabəkirin ev-kitabxanası, Naxçıvanda Hüseyn Cavidin ev-muzeyi və Xatirə Kompleksi, Budapeştdə Hazainin ev-kitabxanası və bir sıra başqa təşkilatlar ilə elektron resursların mübadiləsini yeni hal kimi xüsusi vurğulayıb. İ.Həbibbəyli AMEA institutlarının kitabxana şəbəkə əməkdaşlarına 2018-ci ildə MEK tərəfindən attestasiyasının keçirilməsi zərurətini bildirib.

“Mərkəzi Elmi Kitabxana AMEA-nın müstəqil elmi mərkəzinə çevrilir” fikrini səsləndirən akademik 2017-ci ildə kitabxananın fəaliyyətində yeniliklərin və uğurların olmasını, 2016-cı ildə başlanılan işlərin məntiqi davamı kimi qiymətləndirib. Akademik Sərbəst elektron resurslardan biri olan Vikipediyada MEK fəaliyyətinin yüksək nəticə verməsini vurğulayaraq AMEA-da yüksək potensialın olmasını və bu sahədə MEK-in AMEA Rəyasət Heyətinin Elm və təhsil idarəsi ilə əməkdaşlığı gücləndirməsinin məqsədəuyğunluğunu qeyd edib. Beynəlxalq əlaqələrin sürətli inkişafına diqqət çəkən akademik İsa Həbibbəyli MEK-də daha çox dünya akademik kitabxanaları ilə əməkdaşlığının qurulmasına diqqət verilməsini tövsiyə edib.

2017-ci ildə MEK-in bir çox uğurlu tədbirlərin təşkilatçısı və təşəbbüskarı olmasını vurğulayan akademik 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilmiş tədbirlərin multiformat sərgilər daxil olmaqla, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə keçirilməsi nəzərdə tutulan Muğam Festivalı çərçivəsində beynəlxalq konfransın da iş planına daxil edilməsini tövsiyə edib.

Sonra Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova 2017-ci ildə görülən işlərin yekunu ilə bağlı hesabat məruzəsi ilə çıxış edib. Çıxışda MEK-in 2017-ci ildə əldə etdiyi mühüm nəticələr, onların 5 illik strateji hədəflər üzərində qurulması, MEK-in imza atdığı və Azərbaycan kitabxana-informasiya məkanında uğuruna nail olduğu ilk təşəbbüslər vurğulanib. Onların sırasında Kitabxana xidmətlərinin avtomatlaşdırılmış idarəetmə və nəzarət (VİS-LİB – MEK) platformasının bütün modullarının hazırlanıb istifadəyə verilməsi, Milli Rəqəmsal Yaddaş bazasının elmiləşməsi və Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafına Dəstək Fondu tərəfindən dəstəklənməsi, MEK-in kitabxana-xidmət, rəqəmsallaşdırma, ictimaiyyəti məlumatlandırma və sosial şəbəkələrdə fəallıq işinin effektiv əlaqələndirilməsi nəticəsində sənədlərin mübadilə edildiyi dövlət və ictimai təşkilatların, eləcə də diplomatik qurumların sayının artması,Azərbaycan Mətbuat Şurası ilə AMEA rəhbərliyi arasında Azərbaycanda elm sahəsində baş verən yeniliklərin ictimaiyyətə çatdırılması, informasiyanın toplanılması, sistemləşdirilməsi və qorunub saxlanılması barədə razılığa gəlinməsi, Sərbəst elektron resurslara aid edilən Azərbaycandilli Vikipediyanın mövqeyinin AMEA institutları və kənar təşkilatlara sistemli şəkildə keçirilmiş təlimlər və təlim sonrası əlaqələndirmə nəticəsində 58-ci pillədən 51-ci pilləyə irəliləməsi və Azərbaycan kitabxanalarında mühafizə olunan və 2016-cı ildə MEK-də aşkarlanıb rəqəmsallaşdırılmış 17 ən qədim kitabın 6-sına MEK oxucusu tərəfindən annotasiya hazırlanması və kitabxana istifadəçilərinə təqdim olunması kimi nəticələr diqqətə çatdırılıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az