t s

» » İşsizlikdən Sığorta Fondu 89 milyon manat xərclənəck

İşsizlikdən Sığorta Fondu 89 milyon manat xərclənəck

11-01-2018, 10:11 Yazar:  Əsmər Baxılıb: 172 Çap et
İşsizlikdən Sığorta Fondu 89 milyon manat xərclənəck
2018-ci il üçün İşsizlikdən Sığorta Fondunun işəgötürən və işçi arasında paritet bölgü əsasında əməkhaqlarının bir faizi hesabı ilə müəyyənləşdirilən sığorta haqlarından formalaşan büdcə gəlirləri 89 milyon manat məbləğində, o cümlədən büdcə sektoru üzrə 35,4 milyon manat, qeyri-büdcə sektoru üzrə 53,6 milyon manat məbləğində proqnozlaşdırılır.

Cari ildə İşsizlikdən Sığorta Fondunun 89 milyon manat məbləğində nəzərdə tutulan xərclərinin 37,6 faizini və ya 33,5 milyon manatını işsizliyə görə sığorta ödənişləri təşkil edəcək ki, bu da həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsaitin həcmindən 1,9 dəfə çoxdur.

Xərclərin 40,2 faizi və ya 35,8 milyon manatı həcmində proqnozlaşdırılan özünüməşğulluq tədbirləri hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən müvafiq sosial proqramın əhəmiyyətli şəkildə genişləndirilməsinə və il ərzində əlavə olaraq səkkiz minə yaxın ailənin bu proqramla əhatə edilməsinə şərait yaradacaq.Oxu.Az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:59 Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib Yanvar ayının birindən Azərbaycanda “İşsizlikdən sığorta haqqında” qanun qüvvəyə minib. Qanunun məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması
14:16 Nazir müavinindən pensiyaçılara şad xəbər “Dövlət Sosial Müdafiə Fondunun 2018-ci il üçün gəlir və xərcləri 3 mlrd. 578,8 mln. manat proqnozlaşdırılır ki, bu da cari ilin müvafiq göstəricisindən 178,8 mln. manat və ya 5,3% çoxdur”. Mediaxeberleri.az APA-ya istinadən zəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
15:23 Cəbhə bölgəsində aztəminatlı ailələrə bizneslərini qurmaları üçün mal və materialların verilməsinə başlanılıb Prezident İlham Əliyevin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamına əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələrin fərdi təsərrüfatlarının yaradılması üçün onların mal və
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az