t s

» » Saleh Məmmədovun zavodu, “karyer”i, “zapravka”sı olan oliqarx adamı kimdir? – Ağcabədidə

Saleh Məmmədovun zavodu, “karyer”i, “zapravka”sı olan oliqarx adamı kimdir? – Ağcabədidə

11-01-2018, 00:27 Yazar:  Gülnar Baxılıb: 388 Çap et
Saleh Məmmədovun zavodu, “karyer”i, “zapravka”sı olan oliqarx adamı kimdir? – Ağcabədidə
Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov rayonda çəkilməyən yolların pullarını silir.

Bu barədə palitika.az saytı bir sıra iddialar irəli sürüb.

Mediaxeberleri.az xəbər verir ki, saytın iddiasına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi indiyə qədər Ağcabədidə bir qarış yol çəkməyib.

Hazırda rayonun həm mərkəzi küçələri, həm ara yollarının asfaltı sakinlərin yadından çıxıb. Onlar sonuncu dəfə asfalt sovet dövründə görüblər.

Nə icra başçısı Şahin Məmmədovun, nə , Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədri Saleh Məmmədovun fikrindən bu yolları düzəltmək keçib.

Ona görə də hər dəfə büdcədən ayrılan vəsaitlər Ağcabədi 33 saylı Yol İstismar İdarəsi rəisi Vidadi Hüseynov tərəfindən mənimsənilib.

Bunun nəticəsidir ki, yol idarəsi rəisi milyonçu kimi yaşayır. Onun oğluna məxsus şirkəti – “Fərid Ağcabədi” MMC tenderlərin “şah”ı elan olunub.
V.Hüseynov yaxına bir tender şirkəti buraxmır.

Nəticədə bahalı avtomobil kolleksiyası, yanacaqdoldurma məntəqəsi, evləri, asfalt zavodu belə var.

Üstəlik, idarənin balansında olan karyerin qumunu, qrabilini idarənin avtomobilləri və şəxsi yük maşınları ilə paytaxta daşıtdırır.

Oğlu Fərid Hüseynovun sürdüyü avtomobilləri Ağcabədidə barmaqla göstərirlər. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi.

Əmək haqqısı 475 manat olan bir məmurun avtomobillərinə 130 min manat xərcləməsi Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.

oliqarx idarə rəisi həm dövlətin pulunu yollarda silir, həm oğlunun güzəranını yaxşılaşdırır, həm də daş karxanasında qazandığı pullara görə başqalarının həyatını məhv edir.

Sayt iddia edir ki, S.Məmmədov V.Hüseynovun biznesindən xəbərdardır. Milyonçu yol idarəsi müdiri şefinə vaxtı-vaxtında “haqq” çatdırır.

Həyata keçirilən bir çox tenderlərdə isə külli miqdarda dövlət vəsaitinin mənimsənildiyi dəfələrlə mətbuat orqanlarında işıqlandırılıb.

Bu biznes onları oliqarxa çevirib. Halbuki dövlət maaşı ilə heç “Jiquli” ala bilməzdi. Mənbə qeyd edir ki, Vidadi Hüseynovun Bakı şəhərində 3 evi olduğu bildirilir.

Medianın yaydığı bu məlumatlar Vidadi Hüseynovun sıradan bir korrupsioner olmadığına dəlalət edir.

33 saylı Yol İstismar İdarəsinin rəisi Vidadi Hüseynovun işində yol verdiyi müxtəlif nöqsanlar dövlət büdcəsinə külli miqdarda ziyanın dəyməsi ilə nəticələnib.

Ağcabədi rayonuna yol çəkilişi məqsədilə ayrılan vəsaitlər amansızcasına mənimsənilir. Belə ki, bir müddət əvvəl Ağcabədi kəndlərinin yollarının təmiri üçün büdcədən 5 milyon manat vəsait ayrıldı.

Bu vəsait Ağcabədi rayon Hüsülü-Kürdlər-Şərəfxanlı-Mirzəhaqverdili kəndlərini birləşdirən ümumi sahəsi 41 km olan və 17 yaşayış məntəqəsini əhatə edən yolun ilkin mərhələdə 19 kmhisəsinin təmir edilməsi üçün nəzərdə tutulub.

Yolun təmiri üçün keçirilən tender isə 33 saylı Ağcabədi Yol İstismar İdarəsinə verilib. 33 saylı Yol İstismar İdarəsinin «əsaslı» təmir etdiyi 19 kilometrlik yolda çox ciddi maliyyə maxinasiyaları həyata keçirilib.

Yazıda qeyd olunan məsələlərlə bağlı qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
08:38 Goranboyun icra başçısı Nizaməddin Quliyev bir ildə 18 milyon manatı nəyə sərf edib? Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən “Bizim Yol” qəzetinin araşdırmasında Goranboy rayon İcra Hakimiyyətinə bir ildə ayrılan büdcə vəsaitlərinin əsas hissəsinin tenderdə tək təşkilata verildiyi ortaya çıxmışdı. Gözdən uzaq regionlara ayrılan pulların hansı sahələrə və necə
13:32 Goranboyun icra başçısı 18 milyon manatı hara xərcləyib? İlginc faktlar - ARAŞDIRMA Goranboy rəhbərliyi bir ildə 18 milyon manatı nəyə sərf edib? Prezidentin Ehtiyat Fondundan ayrılan vəsaitlər tendersiz xərclənib, rayonda 5 il ərzində eyni işlər təkrar-təkrar “görülüb” Keçən həftə redaksiyaya daxil olan şikayət məktubuna əsasən "Bizim Yol" qəzetinin araşdırmasında Goranboy rayon
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az