t s

» » Biləsuvarın başçısı PA-nı aldatmaq üçün ifşaedici faktları təmizləyir – Təşviş

Biləsuvarın başçısı PA-nı aldatmaq üçün ifşaedici faktları təmizləyir – Təşviş

11-01-2018, 00:23 Yazar:  Gülnar Baxılıb: 164 Çap et
Biləsuvarın başçısı PA-nı aldatmaq üçün ifşaedici faktları təmizləyir – Təşviş
Biləsuvarın icra başçısı Mahir Quliyev haqqında ifşaedici materialları elektron KİV-dən yığışdırır.

İcra başçısı təhlükəli mərhələni keçmək üçün bu addımı atır.

Onun məqsədi Prezident Administrasiyasının “gözündən pərdə asmaq” və postunu itirmək təhlükəsini sovuşdurmaqdır.

Bu niyyətlə internet resurslarında M.Quliyev haqda neqativ informasiyalar, korrupsiya, özbaşınalıq faktları silinir, yazılar yoxa çıxarılır.

Hazırda Biləsuvar icra hakimi haqda olduqca məhdud xəbərlər saxlanıb. M.Quliyev PA-ya özünü təmiz göstərmək üçün çırmanıb.

Yeni ildə bəzi icra başçılarının vəzifədən çıxarılacağı gözlənilir. Onlardan biri M.Quliyev ola bilər. O baxımdan icra başçısı özünü qorumağın yollarını axtarır.

Artıq prezidentə 15 dekabrdan sonra bütün rayon rəhbərlərinin arayışı təqdim olunub. Sənədlərdə bərbad xarakteristikası və şikayətlərin çox olduğu icra başçısı Biləsuvarın olub.

O səbəbdən əl-ayağa düşən M.Quliyevin bu cəhdlərinin nə dərəcədə səmərə verəcəyini söyləmək çətindir.

Bu əsnada verilən məlumata görə, icra başçısı sahibləndiyi torpaqlar, tikdirdiyi villalar bəs eləmir, indi də gözünü dövlət obyektlərinə dikib.

Hətta rayon sakinləri arasında M.Quliyevin bir az da vəzifədə qalacağı təqdirdə rəhbərlik etdiyi qurumun yerləşdiyi binanı da satışa çıxaracağı ehtimalı yaranıb.

2018-ci ilin ilk ayı Biləsuvar rayonunda sosial vəziyyətlə bağlı vətəndaşların vəziyyəti pik həddə çatıb.

Buna səbəb rayon sakinlərinin dövlətdən, eləcə də dövlət başçısından narazılığı yox, məhz icra başçısı Mahir Quliyevin özbaşınalığından bezməsidir.

Rayonda baş verənlər, insanların fəryadları Mahir Quliyevin məqsədli şəkildə və bilərəkdən vətəndaşları dövlətdən incik salır deməyə əsas verir.

Çünki o, sakinlərin son gəlir yeri, dolanışıq mənbəyi olan əkin sahələrini zorla alaraq, yaxın adamlarına verir, həmçinin, özü bu sahələrdə taxıl və digər məhsullar əkdirir.

Hər şey Prezident İlham Əliyevin kənd təssərüfatının inkişafına göstəriş verməsindən sonra başlandı…

Biləsuvarda gedən son günlər təmir işləri ilə bağlı kanalizasya qazıntısı zamanı yerindən çıxan köhnə qaz borularını M.Quliyevin tapşırığı nəticəsində iş icraçıları tərəfindən çıxarılıb satılır.

Biləsuvar icra başçısı isə əkinçiliklə, heyvandarlıqla məşğul olan sakinlərin torpaq sahələrini qanunsuz şəkildə mənimsəyir. Ona etiraz edənləri isə “mən dövlətin göstərişi ilə edirəm” cavabını verir.(palitika)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az