t s

» » Alar kəndində məktəb direktoru Bakıdan gəlmiş müəllimləri niyə sıxışdırır?

Alar kəndində məktəb direktoru Bakıdan gəlmiş müəllimləri niyə sıxışdırır?

10-01-2018, 23:37 Yazar:  Gülnar Baxılıb: 89 Çap et
Alar kəndində məktəb direktoru Bakıdan gəlmiş müəllimləri niyə sıxışdırır?
“Kənd yerlərindəki ümumtəhsil məktəblərinə pedaqoji kadrların cəlb olunmasının həvəsləndirilməsi tədbirləri haqqında” Dövlət Proqramının tətbiqindən sonra onlarla müəllim ucqar dağ kəndlərinə üz tutub. Əksər kəndlərdə müəllimlərə şərait yaradılıb, ev verilib, üstəlik, yerli müəllimlərdən artıq maaş alırlar. Cəlilabadın Alar kənd 2 saylı orta məktəbinə təyinatla göndərilən Bakı şəhər sakini Elçin Abbasov və onun həyat yoldaşı Ülkər Abbasova isə əksinə, yüksək maaş bir yana, haqsızlıqla üzləşiblər.

Virtualaz.org-a müraciət edən Abbasovlar deyirlər ki, hər ikisi müəllimlərin diaqnostik qiymətləndirməsində məktəb üzrə ən yüksək bal toplayıb. Lakin Alar kənd 2 saylı orta məktəbin direktorunun səlahiyyətlərini icra edən Lətif Seyfullayev və onun müavini Həsənağa Əliyev işləmələrinə imkan vermir. Onlara açıq-aşkar bildiriblər ki, yüksək bal toplamaqla maaşlarının artırılmasını gözləməsinlər, əksinə, dərs saatları azaldılacaq.

Ü.Abbasovanın sözlərinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirib, təyinatla Alar kəndinə göndərilib, 2006-cı ildən bu məktəbdə çalışır. Həyat yoldaşı Elçin 318 manat maaş alır, özünün maaşı isə daha azdır. “Dəfələrlə dərs saatının az olmasının səbəbini öyrənməyə çalışmışıq. Məktəbin director əvəzi Lətif Seyfullayev deyir ki, bir ailənin iki üzvü eyni məktəbdə çalışdığından, dərs saatını artıra bilməz. Guya ki, kənd sakini olsaydıq, dərs saatını bir az artıra bilərmiş. Direktor deyir ki, Alar kəndində işləməkdənsə, gəldiyiniz yerə qayıtmağınız məsləhətdir”, - Abbasova söyləyir.

Müəllimlər dərs saatlarının azlığından şikayət ediblər. Şikayətçilər deyir ki, şikayətdən dərhal sonra direktorun göstərişi ilə prdaqoji şuranın iclası keçirilib. İclasda Elşin Abbasovun üzərinə hücum edilib, təhqir olunub. “Yalnız bizə qarşı deyil, qonşu kəndlərdən olan müəllimlərə də eyni münasibət bəslənir. Məsələn, müəllimlərdən biri - Azad Dadaşov Günəşli kəndindəndir. Direktor qonşu kənddən olduğunu əsas gətirərək iclasda təhqir edib, işdən çıxarıb. Amma Azad Dadaşov məhkəməyə müraciət edərək təkrar işə bərpa olunub”, - Abbasovlar iddia ediblər.

Əmək Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışanların yaş həddi 65-dir. Şikayətçilər bildirir ki, heç bir dövlət mükafatı, fəxri adı olmayan Həsənağa Əliyev təqaüdə göndərilib, lakin sonradan heç bir əsas göstərilmədən işə vəzifəsinə bərpa olunub: “Maraqlıdır ki, Həsənağa Əliyev indiyədək direktor vəzifəsindən 4 dəfə azad olunub. 2010-cu mayın 2-də Cəlilabad Rayon Təhsil Şöbəsinin əməkdaşları məktəbdə iclas keçirdi, bildirildi ki, Həsənağa Əliyev işində yol verdiyi ciddi nöqsanlara görə vəzifəsindən azad ediliir. Həmin il avqustun 2-də Həsənağa Əliyev yenidən məktəb direktoru təyin olundu.

Nəhayət, sonuncu dəfə Həsənağa Əliyev 65 yaşı tamam olduğu üçün işdən çıxarıldı. İndi onun 69 yaşı var. Əliyev vəzifədən uzaqlaşdırılanda onu qohumları əvəz edib. Məsələn, qardaşı, qardaşının ali təhsili olmayan gəlini direktor əvəzi olub”.

Müəllimlər məktəbdə baş verənlərlə bağlı əlaqədar qurumlara şikayət ünvanlayıblar. Məktəb rəhbərliyi isə xəbərdarlıq edib ki, bu şikayət onlara baha başa gələcək, işdən çıxmaları üçün bütün vasitələrdən istifadə edəcəklər.

Şikayətlə bağlı Cəlilabad Təhsil Şöbəsindən açıqlama vermək istəməyiblər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:22 Nazirin İşdən çıxardığı vergi işçiləri arasında nazirin, generalın, səfirin və icra başçısının qohumları da var —ŞOK TAM SİYAHI Mediaxeberleri.az xəbər verir ki, “Ölkə.Az”ın mötəbər mənbədən əldə etdiyi məlumata görə, sözügedən şəxslər keçmiş vergilər naziri Fazil Məmmədovun dövründə vergi ödəyicilərinə divan tutmağı ilə tanınır. Vergi ödəyicilərinin ən çox şikayətləndiyi bu şəxslərdən hələ də vəzifədə qalanı var. Yəqin
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.
00:13 Şəhər və rayonların icra başçıları kimlərdir? - SİYAHI Hər il dövlət büdcəsindən yerli icra hakimiyyəti orqanlarına külli miqdarda vəsait ayrılır. Bölgələrdən gələn şikayətlər bunu deməyə əsas verir ki, ayrılan vəsaitlər heç də hər zaman təyinatı üzrə xərclənmir. Hər bir icra başçısı vəzifə səlahiyyətindən sui-istifadə edərək həmin ərazidə “at
08:53 Laçının işğalındakı qaranlıq məqamlar- 7 şahidin dili ilə ...”Şuşanı, Laçını qoyub qaçdılar” -deyərək 1988-ci ildən bəri o yurdlarda döyüşənləri, dinc insanları, qoca, savadsız kişiləri, qoyun otaranları günahlandırmaq çox asandı. 23 il bundan əvvəlki qarmaqarışıq ictimai-siyasi və hərbi olaylar burulğanının içindən keçən insanlar bəzi gerçəkləri
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az