t s

» » 37 saylı TSEK-də Leylan Nəsirova və Anar Vəliyev "iş birliyi"

37 saylı TSEK-də Leylan Nəsirova və Anar Vəliyev "iş birliyi"

10-01-2018, 10:27 Yazar:  Gülnar Baxılıb: 143 Çap et
37 saylı TSEK-də Leylan Nəsirova və Anar Vəliyev "iş birliyi"
Füzuli və Beyləqan rayonlarında pulu olanlar rahat şəkildə əlillik dərəcsi ala bilərlər

Füzuli rayonundan bir qrup vətəndaşın saytımıza göndərdiyi şikayət məktubunda bildirilir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beyləqan və Füzuli rayonları üzrə fəaliyyət göstərən 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasında əməlli başlı bazar açılıb. Beyləqan rayon mərkəzində yerləşən 37 saylı TSEK-də vətəndaşların əlillik dərəcəsi alması üçün xüsusi "tariflər cədvəli” təyin olunub.

37 saylı TESK-də həyata keçirilən "bazarlıqları” əsasən komisiya üzvü Şakir həkim, Kifayət həkim və Beyləqan DSMF-nin müdiri Anar Vəliyev görür. Məlumatda vurğulanır ki, 37 saylı TSEK-ə rəhbərlik edən Leylan Nəsirova Beyləqan DSMF-nin müdirinin qardaşı yoldaşıdır. Leylan Nəsirovanı bu vəzifəyə Anar Vəliyevin təyin etdirdiyi deyilir. Bildirilir ki, vaxtı ilə DSMF-nin aparat rəhbəri işləyən Şahin Quliyevin bu təyinatda "xüsusi” əməyi keçib. Məlumata görə Füzuli və Beyləqan rayonunda saxta pensiya düzəltmək istəyən şəxslər bu məsələni mütləq şəkildə Anar Vəliyevlə razılaşdıraraq yoluna qoya bilərlər. Vətəndaşların şikayətində vurğulanır ki, son illər Beyləqan və Füzuli rayonlarında saxta əlillik dərəcələrinin sayının durmadan artması məhz 37 saylı TSEK-in "özəl naliyyət”lərindən biridir.

Rayon sakinlərinin şikayətində qeyd edilir ki, qanuni şəkildə əlilik dərəcəsi almalı olan vətəndaşlar müəyyən vaxta qədər Tibbi Sosial-Ekspert Komissiyası tərəfindən süründürülür. Hər dəfə müxtəlif bəhanələr gətirilərək vaxtın uzadılması TSEK rəhbərliyinin eyrinə xidmət edir. Çünki süründürülməkdən bezən vətəndaş sonda komisiya üzvüləri ilə hansısa rüşvət anlsşamasına getməyə məcbur olur. Hal hazırda 37 saylı TSEK-də təyin edilmiş "tariflər cədvəli”ndə I –ci qrup əlillik dərəcəsi 5000 (beş) min manat, II qrup əlillik dərəcəsi 3500 (üç min beş yüz) manat, III qrup əlillik dərəcəsi isə 2000 (iki) min manata başa gəlir. Xeberci.org

Yazıda adları keçən şəxslərin də mövqeyini dinləməyə hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:36 Şahin Məmmədovun Ağcabədi macəraları - ŞİKAYƏT VAR Ağcabədi rayonunda cərəyan edən məsələlər, məmur özbaşnalığı və icra başçısı Şahin Məmmədovun Ağcabədidə yaratdığı anormal və analoqu olmayan vəziyyətlə bağlı silsilə yazılar dərc edirdik. Son günlərin gedişatı onu göstərdi ki, kiv-də gedən yazılar Ağcabədidə vəziyyəti yaxşılığa doğru dəyişmək
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
16:25 37 saylı TSEK-də 37-ci il ab-havası... - Şikayət var... Bu günlərdə redaksiyamıza Beyləqan və Füzuli rayonları üzrə 37 saylı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Leylan Nəsirovanın fəaliyyətinə dair şikayətlər daxil olub. Məlumatlarda bildirirlir ki, sözü gedən TSEK-də hədsiz özbaşınalıqlar hökm sürür. Bəzi mənbələrin iddiasına görə qurumda
17:43 Nazir etimad göstərdiyi TSEK sədrlərini də işdən çıxarır? Cəlilabad-Biləsuvar rayonlarını əhatə edən 30 saylı TSEK-in sədrinin həbsi son bir həftə ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun TSEK sədrlərinə qarşı nəzarət tədbirlərini gücləndirməsi ilə müşayiət olunur, bu sahəyə dair əvvəllər yol verdiyi səhvlərin aradan
09:35 Daha bir TSEK sədri həbs oluna bilər - İTTİHAM VAR İnsaf naminə qeyd etmək lazımdır ki, Səlim Müslümov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) rəhbər təyin olunandan sonra bu sahədə xeyli iş görüb. Səlim müəllim köhnə nazirin vaxtında vəzifə tutan bəzi şəxsləri işdən kənarlaşdırmaqla, həmçinin işinə qazanc mənbəyi kimi baxan insanları

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az