t s

» » Mənəvi borc - hekayə

Mənəvi borc - hekayə

10-01-2018, 10:10 Yazar:  Gülnar Baxılıb: 115 Çap et
Mənəvi borc - hekayə
Ariflə Hüseyn dost idilər


Əgər biri darda qalsa o biri gəlib ona kömək edərdi. Onlar eyni sinifdə oxuyurdular. Birinci sinifdən on birinci sinifə kimi ən yaxın dost olmuşdular. Birlikdə məktəbə getmişdilər, birlikdə dərs çalışmışdılar, birlikdə oynayıb birlikdə də gülmüşdülər.
Dostlar çox arzu etmişdilər ki, eyni universitetə qəbul olub, eyni evdə də tələbəlik illərini başa vursunlar. Amma, bəzən həyat insanın arzuladığı, xəyal etdiyi kimi olmur. Ayrı-ayrı universitetlərə qəbul olduqlarından bir-birindən uzaq düşmüşdülər. Bir-birilərini görmürdülər. Ancaq telefon vasitəsi ilə hal-əhval tuturdular. Ayrı-ayrı şəhərlərdə, universitetlərdə oxumaq, müxtəlif evlərdə yaşamaq onları uzaq salsa da, qəlblərində, ürəklərində yenə də həmin dost münasibətləri qalırdı. Uşaqlıq çağları, məktəb illəri onlar üçün ən əziz xatirə idi.

Qış tətili zamanı onlar Gəncəyə, doğma şəhərlərinə əzizlərinin yanına getdilər. Hər ikisi sevincək idi. Arif də, Hüseyn də ata-analarını görmüşdülər, həm də özləri bir araya gəlmişdilər. Çox sevinirdilər. Yenə əvvəlki vaxtlardakı kimi iki dost bir yerdə idilər. Deyir, gülür, şənlənirdilər. Tətil günlərini, yeni ili sevinclə qeyd edirdilər. Yenə də Gəncənin ətəyində gəzib dolaşdılar. Göygölü, Maral gölü seyr etdilər.
Nizami Gəncəvinin məqbərəsini, Xan bağını, Cavad xanın məzarını, İmamzadə kompleksini ziyarət etdilər.

Amma Arifin kədəri ürəyində idi. O, qış imtahlarından birindən kəsilmişdi. Bunun üçün yay məktəbinə qalmalı, pul ödəməli idi. Bunu eşidən valideynləri çox pis olmuşdular. Həm maddi imkanları zəif idi, həm də Arifin aşağı qiymət alması onlara ağır gəlmişdi. Axı o, təqaüd də ala bilməyəcəkdi. Kirayə pulu, əyin-baş, yemək almaq lazım idi. Yay məktəbinə pulun ödənilməsi ailənin büdcəsinə ağır təsir edirdi.

Söhbəti eşidən Hüseyn zəng edib Arifə təsəlli verdi. Telefon söhbəti bitəndən sonra dostunun yanına gələn Hüseyn ona nə qədər təsəlli versə də, Arif valideynlərinin onu bağışlayacağına inanmırdı. Axırda Hüseyn Arifə dedi:

- Gəl birlikdə gedək, ailənin yanına. Gülər xala da, Nadir əmi də səni çox istəyir. Ata-ana ürəyi yumşaq olur. Nə olub axı? İmtahana yenidən hazırlaşarsan. Yay məktəbini qurtarıb kəsirini düzəldərsən. Bizim uşaqlardan da kəsilənlər oldu. Onlar da yayda yenidən imtahan verəcəklər. Bir də indi heç kimi imtahandan kəsilməyə görə universitetdən qovmurlar. Gedib birlikdə vəziyyəti valideynlərinə izah edək. Baxarsan, hər şey yaxşı olacaq. Hüseynin dediklərində həqiqət vardı. Amma Arif yenə də qorxurdu.

- Yox qorxuram, məni yenə də evdən qovacaqlar.

- Arif, gəl məni dinlə, qorxma. Heç bir valideyn övladından imtina edib evdən qovmaz. Mən təqaüdümü yaya qədər toplayıb sənə göndərərəm. Yay məktəbinin pulunu ödəyərsən. İmtahana da hazırlaşıb kəsirini düzəldərsən.

Arif Hüseyni dinlədi. Birlikdə evlərinə gəldilər. Hüseyn hər şeyi olduğu kimi Arifin valideynlərinə danışdı. Ata-anası Arifin düz söylədiyini, bir kəsirlə universitetdən qovulmadığını bildilər. Elə həmin axşam qatarla Hüseyn Bakıya, Arif isə Mingəçevirə yola düşdülər. Bundan sonra Ariflə Hüseynin dostluğu bir az da möhkəmləndi. Arif yay imtahanlarına və kəsir imtahanına daha ciddi hazırlaşdı.
Hüseyn də söz verdiyi kimi təqaüdünü üst-üstə yığıb dostuna yolladı. Hər ikisi yay imtahanlarını uğurla başa vurdular. Sevinclə Gəncəyə doğmalarının yanına istirahətə yollandılar. Arifin ata-anası sevinc içərisində idi. Arif həm imtahanlarını uğurla başa vurmuş, həm də kəsirini düzəltmişdi. İndi o, artıq təqaüd də ala biləcəkdi. Arif də xoşbəxt idi. Onun Hüseyn kimi dostu var idi.

- Hüseyn, bu sevincə, valideynlərimin mənə inamının itməməsi üçün çəkdiyin zəhmətə, dar gündə məni tək qoymadığına görə sənə çox minnətdaram, deyib onu bağrına basdı.

- Arif, bu mənim dost borcumdu. Dost dostunu darda qoymaz. Mən qürur hissi keçirirəm ki, sənin kimi sözünün üstə duran, dostuna güvənən bir qardaşım var. Bir də bilmək olmaz, sən məni nə zaman darda qoymayacaqsan. Dost dosta nəyinsə xətrinə dost demir ki.

İllər keçdi, Arif də, Hüseyn də təhsilini başa vurdu. İşə düzəldilər. Ev, ailə sahibi oldular. Amma heç vaxt bir-birlərindən ayrılmadılar. Bir gün Hüseyn Arifə zəng edib atasının xəstəxanada olduğunu söylədi. Arif tez özünü xəstəxanaya çatdırdı.

- Arif, atam əməliyyat olunmalıdı. Həkim də çoxlu dərmanlar yazıb. Təcili onları almaq lazımdı. Bir az pula ehtiyacım var, bilmirəm nə edim.

- Hüseyn, evdən gələndə bir az pul götürüb gəlmişəm. O pula dərmanları alaq. Narahat olma, əməliyyat xərcini də özüm ödəyəcəm. Atanı sağaltmaq ikimizin də borcudur.
- Çox sağ ol, Arif.

Arif doluxsunmuş dostuna baxıb dedi:

- Hüseyn, darıxma, bu ağır günlər keçəcək. Kamil əmi də sağalacaq. Sən mənim qardaşımsan. Sonuncu qəpiyimi də xərcləyəcəm. Səni heç zaman darda qoymaram.

- Çox sağ ol, yaxşı ki, sənin kimi dostum var.

Arif həkimin yazdığı resepti alıb aptekə yollandı. Dönüb arxaya boylananda Hüseynin qürurla dostuna sarı baxdığını gördü. Uşaq kimi qanad açıb özünü Hüseynin üstünə atıb söylədi:

- Bu mənim sənə olan mənəvi borcumdu. Bir uşaqlığımızı, tələbəlik illərimizi yadına sal...(xeberman.com)

132-134 nömrəli Təhsil Kompleksinin 6a sinif şagirdi Oğuz Qocatürk




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az