t s

» » Bankları nə gözləyir?

Bankları nə gözləyir?

10-01-2018, 09:07 Yazar:  Gülnar Baxılıb: 157 Çap et
Bankları nə gözləyir?
“Bank sektorunda təmizləmələr davam edəcək”.

Bunu bank sahəsi üzrə ekspert Zamiq Şükürov bildirib.

O, deyib ki, 2018-ci ilə bir neçə gün qalmış, Azərbaycanın ilk özəl bankı, səhmdarları sırasında Avropa Yenidənqurma İnkişaf Bankı (AYİB) kimi nüfuzlu maliyyə institutu olan “DəmirBank” ASC-nin lisenziyasının ləğvi cəmiyyətdə şok effekti yaratdı:

“Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) öz sürpriz qərarı ilə 2017-ci il üzrə bank sektorunda həyata keçirdiyi “islahatlara” belə desək nöqtə qoymuş oldu. Hətta iqtisadi krizisdən öncə dövlət başçısı müşavirələrdə dəfələrlə bankların sağlamlaşdırılmasını, zəif və kapital yetərsizliyi olan bankların konsalidasiyaya getməsini tövsiyyə edirdi. Realllıq budur ki, nə aidiyyatı qurumlar, nə də özəl banklar tərəfindən bu istiqamətdə ciddi addımlar atılmadı. Nəticədə 2 il ərzində 14 bank ləğv edildi. Bu gün dövlətin qarşısında durən əsas vəzifə son iki ildir iqtisadiyyat üçün ciddi təhlükəyə və baş ağrısına çevrilmiş bank sektorunun təmizlənməsi, qlobal iqtisadi proseslərə və çağırışlara çevik adaptasiya olunan, sağlam və dinamik bank sektorunun formalaşdırılmasıdır. Bu məqsədlə Maliyyə sahəsinin xüsusilə bank sektorunun qısa, orta və uzunmüddətli olmaqla III mərhələli inkişaf konsepsiyası olan “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilmiş və 2018-ci il sektorun təmizlənməsi, daha dəqiq desək kapital problemi olan bankların restruktrizasiyası və ya ləğvi üçün yekun ildir.

Hal-hazırda ölkədə fəaliyyət göstərən bankların sayı 30-dur. Hesab edirəm ki, ilin sonuna kimi ötən ili böyük həcmdə zərərlə başa vurub, kapital problemi olan bəzi banklar konsalidasiyaya getməsə bu problemli banklar ləğv olunacaq və beləliklə inkişaf potensialı olan, xarici və daxili şoklara qarşı daha dayanıqlı və sağlam təqribən 25 bankla Strateji Yol Xəritəsi üzrə hədəflərin növbəti mərhələlər üzrə icrası davam etdiriləcək. Bu isə öz növbəsində növbəti illərdə ölkədə iqtisadi inkişafa öz müsbət təsirini göstərəcək”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
13:32 Prezidentin nitqinin stenoqramı: “Gücümüz buna çatır...” Xəbər verildiyi kim prezident İlham Əliyev dünən yanvarın 18-də ölkədəki iqtisadi-sosial vəziyyətə dair hökumətin iqtisadi blokuna daxil olan nazirlərlə və bu sahəyə məsul digər rəsmilərlə müşavirə keçirib. Həmin müşavirədə prezident iqtisadi siyasətdə bir sıra radikal dəyişikliklərin anonsunu
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az