t s

» » Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik"

Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik"

9-01-2018, 09:17 Yazar:  Gülnar Baxılıb: 173 Çap et
Yerevanda sürücülər etiraz edir: "Mübarizəni davam etdirəcəyik"
Yerevanda sürücülər Ermənistana sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutan qanun layihəsinə etiraz edirlər.


Mediaxeberleri.az
Trend-ə istinadən bildirir ki, ötən gün sürücülər etiraz məqsədilə avtoyürüş təşkil ediblər. Aksiyada təqribən 200 sürücü sükanı sağda olan avtomobili ilə iştirak edib.


Erebuni rayonunda avtomobil bazarından başlayan yürüş paytaxtın mərkəzində, Baqramyan prospektində sona çatıb.


Aksiyanın təşkilatçılarından biri Artaşes Artenyan bildirib ki, nəqliyyat, rabitə və informasiya texnologiyaları naziri Vahan Martirosyanla danışıqlar heç bir nəticə verməyib: "Mübarizəni davam etdirəcəyik".


Onun sözlərinə görə, bu gün sürücülər hökumət binasının qarşısına toplaşacaq və baş nazir Karen Karapetyanla görüş tələb edəcəklər.


Xatırladaq ki, qanun layihəsi 2018-ci il aprelin 1-dən ölkəyə sükanı sağda olan avtomobillərin idxalına qadağanı nəzərdə tutur. Təşəbbüs idarəetmə zamanı guya təhlükəsizliyi daha yüksək səviyyədə təmin etməyə yönəlib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:38 Bu avtomobillərin gömrük rüsumu 75 faiz artırılır - Qiymətlər sürətlə bahalaşır Nazirlər Kabinetinin "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə etdiyi dəyişikliyə əsasən, 2018-ci ilin yanvarın 1-dən istifadə müddəti bir ilə qədər olan minik avtomobillərinin
11:50 Azərbaycan Xalq Cümhuriyyətinin tarixi Hökumət və onun tərkibi Hökumət Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
10:58 Dünyanın 10 ən qeyri-adi avtomobili Bu cür unikal maşınları düzəldənlər bu üsulla öz mallarını reklam etmək, ya da Ginnesin rekordlar kitabına düşmək istəyirlər Dünyana bir çox maraqlı avtomobil mövcuddur. Onların əksəriyyəti – sadəcə maraqlı tyuninqdir və əksər hallarda əl işidir. Yalnız az bir miqdarı kiçik emalatxana və
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az