t s

» » Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI

Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI

9-01-2018, 09:06 Yazar:  Gülnar Baxılıb: 111 Çap et
Orfoqrafiya sözlüyünə yeni sözlər daxil edildi — SİYAHI
Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin nəşr etdiyi “Azərbaycan dilinin işlək orfoqrafiya sözlüyü”ndə bir sıra mübahisəli söz yeni variantda təqdim olunub.

Mediaxeberleri.az
“Ölkə.Az”a istinadən xəbər verir ki, sözlük Azərbaycan dilinin söz ehtiyatının kəmiyyət üzrə deyil, saf Azərbaycan sözlərinin, eləcə də Azərbaycan daxil olmuş, işləklik qazanmış alınma sözlərin və terminlərin düzgün seçimi prinsipi üzrə, həmçinin mövcud orfoqrafiya qaydalarına uyğun şəkildə tərtib edilib.

Əvvəlki orfoqrafiya lüğətlərində yer alan yüzlərlə lüzumsuz səs və onlara dair törəmələrdən yalnız məna kəsb edənləri saxlanılb.

Sözlüyə əvvəlki orfoqrafiya lüğətlərində yer almamış buzlaşma, çəkələk, çitə, çivzə, dəst-xət, əhd-peyman, əhval-ruhiyyə, əlkimyagər, ənsə, əntiqçi, fokusçu, gödəkçə, güvən, həmmüəllif, hürgüc, hürkmək, ilginc, qamçı, qaraçuxa, qarahüruh, qavram, maya, məhrək, nəmər, ora, orada, ödəyici, önəm, sağın, salat, südçörəyi, uca, yayımlama və s. bu kimi mindən çox Azərbaycan sözü, həmçinin elm, texnologiya, idman, mədəniyyət, siyasət və s. sahələrdə işləklik qazanmış aktuallıq, aqressiya, ambulator, antiterror, anestezioloq, avroviziya, batut, deltaplan, ekzitpol, etno-caz, filmoqrafiya, fotosessiya, gid, xoreoqraf, moratori, multikultural, multikulturalizm, piar, pilates, pin-kod, prelüdiya, publik, publika, seysmoaktiv, seysmoloq və s. terminlər daxil edilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:11 Ağız büzən, tənqid edən böhtançılar... – Kamal Abdulla Mediaxeberleri.azAzərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayevin müsahibəsini təqdim edir: - Noyabrın 1-də Qafqaz Universitetində “Azərbaycan
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
13:18 “Vəhşi qadınam...”- Fotosessiya Tanınmış ingilis model Cara Delevingne “Marie Claire” jurnalının suallarını cavablandırıb. Jurnalın may buraxılışı üçün müsahibə verən Cara bəyəndiyi qadın ulduzlar, başına gələn maraqlı hadisələrdən danışıb: “Tokioda dostlarım Lily Donaldson, Karlie Kloss, Joan Smalls, Arizona Muse, Lindsley

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az