t s

» » Putin 10 min yol polisi əməkdaşını işdən çıxardı

Putin 10 min yol polisi əməkdaşını işdən çıxardı

6-01-2018, 10:50 Yazar:  Məmməd Məmmədov Baxılıb: 168 Çap et
Putin 10 min yol polisi əməkdaşını işdən çıxardıRusiya prezidenti Vladimir Putinin Daxili İşlər Nazirliyində ixtisarlarla bağlı fərmanı Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarından da yan keçməyəcək.

Mediaxeberleri.az bildirir ki, bu barədə Gazeta.ru nazirliyin daxili əmrinə istinadən xəbər yayıb.

Hər beş yol polisi müfəttişindən biri ixtisar olunacaq. İxtisarlar yalnız iki bölməyə - qeydiyyat və imtahan şöbəsinin əməkdaşlarına şamil olunmayacaq.

DİN əməkdaşlarının son hədd sayının müəyyən edilməsi haqqında fərman dekabrın 31-də Rusiya lideri tərəfindən imzalanıb və mətni hüquqi informasiyalar dərc edən rəsmi internet portala yerləşdirilib.

Əvvəlki fərmanla müqayisədə DİN əməkdaşları 10 min nəfərə qədər ixtisar olunmalıdır. Habelə, kimlərin konkret olaraq ixtisar siyahısına düşəcəyi fərmanın mətnindən tam aydın olmur.

Sənədə görə, ixtisarın əsas yükü Yol Hərəkəti Təhlükəsizliyi üzrə Dövlət Müfəttişliyinin əməkdaşlarının üzərinə düşəcək. Rusiyada YHTDM əməkdaşlarının ötən ilin payız aylarında 55 min nəfər olduğunu nəzərə alsaq, fərmanın qüvvəyə minməsi ilə faktiki olaraq hər beşinci yol polisi əməkdaşının işsiz qalacağını demək olar.

Moskvanın Polis Həmkarları İttifaqının rəhbəri Mixayil Paşkin, YHTDM-də kütləvi ixtisar siyasətinin həmin orqanda aparılan islahatlarla əlaqədar olduğunu bildirib. Bundan başqa, ittifaq rəhbəri əmin edir ki, fərman nəticəsində vakansiya ixtisar olunacaq, işçinin özü yox. Yəni bir çox bölmələrdə insanlar yox, “boş” qalan vəzifələr kənarlaşdırılacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:46 Özünün və oğlunun adı dələduzluqda hallanan deputat: “Uşaqlar, bəlkə bəsdi?” Elmira Axundova haqqında səslənən iddialara cavab verdi: “Fərman Məmmədovun yazdıqları ağ yalandır!” Xeyli müddətdir ki, mətbuatda deputat Elmira Axundovanın və oğlu Həbib Axundovun adları dələduzluqda, fırıldaqçılıqda, ayrı-ayrı vətəndaşları aldadaraq onların pullarını, əmlaklarını mənimsəməkdə
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az