t s

» » Pulları Azərbaycan neftindən qazanır, xeyriyyəçiliyi Rusiyada edir...

Pulları Azərbaycan neftindən qazanır, xeyriyyəçiliyi Rusiyada edir...

5-01-2018, 14:48 Yazar:  Məmməd Məmmədov Baxılıb: 158 Çap et
Pulları Azərbaycan neftindən qazanır, xeyriyyəçiliyi Rusiyada edir...Hasil etdiyi neftin həcminə görə Rusiyanın 6 ən iri şirkətindən biri olan “Russneft” 2017-ci ildə xeyriyyəçilik fəaliyyətinə dair məlumatları açıqlayıb. Mediaxeberleri.az xəbər verir ki, şirkət bu məqsədlə 932 milyon rubl (16 milyon dollara yaxın) vəsait xərcləyib. Vəsait təhsil, incəsənət, mədəniyyət, idman və rusiyalıların dini mariflənməsi sahəsində sosial əhəmiyyətli uzunmüddətli layihələrə sərf olunub. Məsələn, “Russneft” Rusiyada həndbol, voleybol və basketbol federasiyalarını dəstəkləyib. Bir sıra məşhur incəsənət festivallarına sponsorluq edib. Uşaq evlərinin sakinlərinin Saratovdakı “Rovesnik” düşərgəsində istirahətini maliyyələşdirib və s.

Qeyd edək ki, “Russneft”in Azərbaycanda da iri neft aktivləri var. Qutseriyev Azərbaycanın qurudakı 16 neft yatağının sahibidir.

2008-ci ildə Qutseriyevin offşor şirkəti "Global İnvestment Energu" (sonradan bu şirkət "Naftis"in tərkibinə daxil edilib) Azərbaycanın 4 neft yatağında qazma işləri aparmaqla bağlı lisenziyaya malik iki şirkətin səhmlərini alıb. Söhbət "Mişovdağ" və "Kəlaməddin" yataqlarının operatoru "Karasu Operating Companu"nin 85, "Padar" və "Harami" yataqlarının operatoru "Kura Valley Operating Companu"nin 80 faizlik aksiyalarından gedir. Səhmlərin qalanı ARDNŞ-in olub.

Həmin il ARDNŞ M.Qutseriyevin yaratdığı, öz strukturlarında "Abşeron Operating Companu Limited" ("Zığ" və "Hövsan" yataqlarını işləyir), "Karasu Operating Companu" ("Kəlamətdin" və "Mişovdağ"), "Kura Valey Operating Companu" ("Padar-Hərəmi"), "Neftçala İnvestments Limited" ("Neftçala", "Xıllı", "Durovdağ-Bazanan"), "Binagadi Oil Companu" ("Binəqədi", "Qırmakı", "Çaxnaqlar", "Sulutəpə", "Masazır", "Fatmayı", "Şabandağ" və "Sianşor") şirkətlərini birləşdirən "Qlobal Enerji Azərbaycan Ltd." ilə hasilatın pay bölgüsü (HPB) tipli 16 yatağın işlənməsi üzrə 2 neft kontraktı imzalayıb.

Lakin Qutseriyevin Azərbaycanda hansısa xeyriyyəçilik fəaliyyətinə dair heç bir məlumat yoxdur. Bu, Azərbaycan neftindən qazanan xarici şirkətlərin ölkədə sosial layihələrə dəstək verməsi və xeyriyyəçiliklə məşğul olması məsələsinə bir daha nəzər salmağa vadar edir. Məlumdur ki, BP və digər Qərb şirkətləri hər il öz büdcələrindən Azərbaycanda sosial layihələrə müəyyən vəsaitlər ayırırlar. Lakin “Lukoil” və “Russneft” kimi Rusiya neft şirkətləri barədə bunu demək çətindir. Ən azından Qutseriyev kimi Azərbaycan neftindən qazanan milyarder üçün ölkənin hansısa ucqar kəndində məktəb və ya tibb məntəqəsi tikmək, yaxud digər sosial layihələrə bir qədər vəsait ayırmaq elə də çətin olmazdı...




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
15:49 Oğluna 1 milyard avroluq toy edən oliqarx biznesini satır Banklardan, topdansatış tərəvəz bazalarından, hotellərdən, prodüser mərkəzlərindən və neft buruqlarından ibarət qəribə konqlomerat yaratmış, Azərbaycanda da neft yataqlarına sahib olan milyarder Mixail Qutseriyev ətrafında müəmmalı hadisələr baş verir. Mediaxeberleri.az Virtualaz.org-a istinadən
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az