t s

» » Qazaxıstanda işləyən azərbaycanlılar həbs olundular

Qazaxıstanda işləyən azərbaycanlılar həbs olundular

5-01-2018, 13:35 Yazar:  Məmməd Məmmədov Baxılıb: 159 Çap et
Qazaxıstanda işləyən azərbaycanlılar həbs olundularQazaxıstanın Qaraqiyan rayonuun Kurık qəsəbəsində, müəssisələrin birində qanunsuz işləyən 79 Azərbaycan vətəndaşı saxlanılıb.

Saxlanılanların bir hissəsi cərimələnib, qalanları inzibati qaydada həbs edilib.

Mediaxeberleri.az xəbər verir ki, bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb.

Qazaxıstana gedən Azərbaycan vətəndaşlarının Daxili İşlər Şöbəsində müvəqqəti yaşayış qeydiyyatına düşdüyü və Kurık qəsəbəsində “Enerqomost LTD” MMC-də işlədikləri xəbər verilir.

İstintaq nəticəsində müəyyən olunub ki, işə götürülən Azərbaycan vətəndaşlarının miqrasiya vəsiqəsində işləməyə icazə verən müvafiq qeyd olmayıb. Onların Qazaxıstan Respublikasının miqrasiya ilə bağlı qanunvericiliyinin tələblərini pozduğu iddia olunur.

“Qaraqiyan rayon məhkəməsində işə artıq baxılıb, məhkəmənin qətnaməsinə görə, qanunu pozan 79 şəxsin hər biri Qazaxıstan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517 maddəsinin müxtəlif müddəaları üzrə təqsirli bilinib. 69 nəfər 56725 təngə məbləğində cərimə olunub. 10 xarici vətəndaş barəsində isə inzibati qaydada 3 gün müddətinə həbs və Qazaxıstandan hüdudlarından kənarlaşdırma qərarı çıxarılıb”, - deyə məhkəmədə açıqlanıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin
23:10 İlham Əliyevin əfv sərəncamı sabah icra olunacaq+ SİYAHI Sərəncam sabah icra olunacaq. Azərbaycan Prezidenti İlham Əliyev bu gün əfv haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az dövlət başçısının saytına istinadən həmin sərəncamı və əfv olunan şəxslərin siyahısını təqdim edir: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az