t s

» » Böyük Azərbaycan necə olmalıdır - Şərh

Böyük Azərbaycan necə olmalıdır - Şərh

5-01-2018, 09:09 Yazar:  Gülnar Baxılıb: 256 Çap et
Böyük Azərbaycan necə olmalıdır - Şərh
21-ci əsr olmasına baxmayaraq, hələ də "böyük dövlət" olmağın ərazi ilə ölçüldüyünü düşünənlər var.

Bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli qeyd edib. O bildirib ki, indiki dövrdə böyük dövlət olmaq torpaqla ölçülmür:

"Bəziləri hələ də Şimal qonşumuzun imperiya anlayışının ərazi genişlənməsindən, torpaq işğalından keçdiyinə inanır, qardaş ölkə Türkiyədə "Yeni osmanizm" ərazi böyüməsi ilə eyniləşdirilir və ya cənub qonşumuz ətraf ərazilərə özününkü gözü ilə baxır.

Amma nə şimal, nə cənub qonşumuz düz-əməlli tozsoran belə istehsal edə bilmirlər. İnsanlar anlamır ki, 21-ci əsrin imperiya modeli, məsələn, Cənubi Koreyadır. Hazırda bu ölkənin 1,5 trilyondan çox iqtisadiyyatı, 500 milyardlıq ixracatı, 74% ali savadlı əhalisi var. Öz malları ilə bütün dünyanı tutub: maşınları qarajları, məişət texnikası evləri, mobil telefonları cibləri "işğal" edib”.

Ekspert vurğulayıb ki, Rusiya ərazi olaraq Cənubi Koreyadan 40 dəfə böyükdür:

“Amma Rusiyada Mendeleyev cədvəlinin bütün elementlərinin olmasına baxmayaraq, iqtisadiyyatı həmin ölkədən 4 dəfə kiçikdir.

Böyük Azərbaycan mənim üçün məhz Cənubi Koreya modelidir - elm və təhsili yüksək, iqtisadiyyatı innovativ, vizionu dərin, ixracatı çoxşaxəli. Malı, xidməti, elmi, təhsili ilə Təbrizə nüfuz etmədən "Böyük Azərbaycandan" danışmaq, elə Moskva və Tehran kimi düşünmək deməkdir. Bu düşüncə isə uğur gətirən düşüncə deyil, tarix də sübut edib ki, belə düşüncə itkilərə yol açır, qazandırmır”.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az