t s

» » İran xalqı nə istəyir: - rejimi devirmək, yoxsa...

İran xalqı nə istəyir: - rejimi devirmək, yoxsa...

4-01-2018, 09:12 Yazar:  Gülnar Baxılıb: 102 Çap et
İran xalqı nə istəyir: - rejimi devirmək, yoxsa...
Müasir dünyada millətçilik aktual olmadığı üçün qlobal ambisiyalarını təmin etmək üçün müəyyən ideologiyanı (kommunizm, din) əllərində alət ediblər. Elə bu səbəbdən də Ərdoğan əksəriyyəti rusca danışan türk dünyasına deyil, islam dünyasına xitab edir.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, bank eksperti Əkrəm Həsənov qeyd edib. O bildirib ki, iranlılar şəriətin (şiə versiyasında) qadağan etdiyi çox şeyi sadəcə açıqda deyil, gizlincə edir:

“İran sadəcə şiəlikdən geosiyasi alət kimi ilk növbədə rəqib hesab etdiyi ərəb dövlətlərinə qarşı istifadə edir. Bu alət olmasa, İranın nəinki geosiyasi ambisiyaları, hətta ərazi bütövlüyü də sual altına ola, digər qədim və ambisiyalı sivilizasiya olan Yunanıstanın gününə düşə bilər. İran xalqı da bunu gözəl başa düşür. Buna görə də son etirazların əsas mənası ondan ibarətdir ki, iranlılar daha çox məişət azadlıqları, hökumətin şəriət pozuntularına daha çox göz yummasını istəyir. Məsələn, təxmini Birləşmiş Ərəb Əmirlikləri əhalisi kimi sərbəstlik istəyirlər. Böyük ehtimalla hökumət müəyyən güzəştlərə gedəcək. Yəni rəsmi olaraq şiəlik hökmran ideologiya kimi qalacaq, amma real həyat ondan daha çox uzaqlaşacaq”.

Ə.Həsənov vurğulayıb ki, İran nəinki elmdə və incəsənətdə, həmçinin iqtisadiyyatda da illərdir sanksiyalara məruz qalmasına baxmayaraq, uğurlu dövlətlərdən biridir:

“İranda qayda-qanun, ədalətli məhkəmə sistemi var. Ən az iqtisadi hüquqlar, mülkiyyət hüququ və s. yaxşı qorunur ki, sıravi vətəndaşları və sahibkarları da ilk növbədə bu maraqlandırır. Özünəməxsus tərzdə seçki sistemi də var və onun nəticələri, bir qayda olaraq, ciddi şübhə doğurmur. Buna görə də ciddi sosial narazılığın olması iddiası şübhə doğurur. Əlbəttə, mövcud qlobal siyasət müstəvisində etirazçıların bir qisminin xaricdən motivasiya olunduğu ehtimalı da çox yüksəkdir”.

Ə.Həsənovun sözlərinə görə, iranlılar rejimdən narazı olsalar belə, onu yıxmaq üçün qalxma ehtimalları aşağıdır:

“İlk növbədə dövlətçilik ənənələri buna yol verməyəcək. Hökumət də tədbirlidir və güzəştlərə gedib rejimi yumşaldacaq ki, geosiyasi məramlarına nail ola bilsin. Vaxtilə şah rejimi də ona görə süquta uğradı ki, şah İranı Qərbin oyuncağı etmişdi, bu isə iranlıların xoşuna gəlmədi. Odur ki, İrandakı molla rejiminin yaxında süqutunu gözləməyə dəyməz”.

Ə.Həsənov bildirib ki, Cənubi azərbaycanlıların da kütləvi olaraq İrandan vaz keçmələri xülyadır:

"Çünki millətçilik ideologiyası aktual deyil".

Qeyd edək ki, İranda etiraz aksiyaları dekabrın 28-dən başlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az