t s

» » 2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA

2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA

4-01-2018, 09:10 Yazar:  Gülnar Baxılıb: 359 Çap et
2018-ci ildə hansı kadr dəyişikliyi olacaq? - İDDİA
2017-ci il ölkədə ciddi kadr islahatları kimi yadda qaldı. 15 il nəqliyyat naziri postunu tutan Ziya Məmmədov görəvdən alındı. Ardınca bir neçə icra başçısının yeri dəyişdirildi və ya vəzifədən uzaqlaşdırıldı. İlin son ayında isə gözlənilmədən Vergilər naziri Fazil Məmmədov postunu itirdi.

Bütün bunlar bir daha göstərdi ki, start götürən kadr islahatları növbəti illərdə də davam edəcək. Uzun illər eyni postu tutan oliqarx məmurlar bir gün vəzifələrini itirə biləcəkləri ilə artıq başa düşdülər.

Bu arada 2018-ci ilin postunu itirən ilk məmurunu kim olacağı olduqca maraqlıdır suallardandır. İlin ilk postunu itirən məmuru kim olacaq?

Bizimxeber.az-a daxil olan məlumata görə, bu il əvvəlki illərdən fərqli olaraq daha çox kadr islahatlarının şahidi olacağıq. Məlumata görə, ilk aylarda bir necə icra başçısının dəyişdiriləcəyi gözlənilir. Uzun illər icra başçısı postunu tutan və otaqdan çıxmayan məmurların ilə vidalaşmağın zamanı çatıb.

Məlumata görə, Lənkəran icra başçısı Taleh Qaraşov, Biləsuvar icra başçısı Mahir Quliyev, Neftçala icra başçısı İsmayıl Vəliyev, Kurdəmir icra başçısı Ceyhun Cəfərov və daha bir neçə icra başçısının sərəncama göndərilməsi gözlənilir.

Məlumata görə, uzaq Yardımlıdan yaxın Salyana icra başçısı təyin olunan Sevindik Hətəmovun Yasamal rayon icra başçısı olmaq şansı daha böyükdür. Yasamal icra başçısı olmaq üçün çalışan Lənkəranın icra başçısı Taleh Qaraşova verilən YOX cavabı Sevindik Hətəmovun sözügedən rayona təyin olunma şanslarını artırıb.

Bizimxeber.az-ın məlumatına görə, vəzifədən çıxarılan icra başçılarının əvəzinə gənc və daha prespektivli başçıların tıyin olunacağı gözlənilir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:59 “XAN LƏNKƏRAN”ın “ŞAH”ı və onun “ŞAHZADƏ"ləri - ARAŞDIRMA Məşhur ifadədə deyildiyi kimi: "Şah qanun deyil, qanun şahdır”. Amma Lənkəran İcra Hakimiyyətini başçısı Taleh Qaraşov özünü tətbiq etdiyi qaydaları qanunlardan üstün tutur. Bəlkə də, o, elə düşünür ki, dövlət rəhbərliyi ona etimad göstərib bir rayona rəhbər təyin edirsə, deməli, onun dedikləri
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az