t s

» » "Qarabağ" Rumıniya millisinin üzvünü transfer edir

"Qarabağ" Rumıniya millisinin üzvünü transfer edir

3-01-2018, 11:50 Yazar:  Gülnar Baxılıb: 138 Çap et
"Qarabağ" Rumıniya millisinin üzvünü transfer edir
"Qarabağ" Buxarest "Dinamo"sundan Steliano Filipi heyətinə qatmaq istəyir. Klub rəhbərliyi 24 yaşlı futbolçu üçün 400 min avro (təxminən 810 min manat) tələb edir. Tərəflər arasında danışıqlar davam edir.

Sol cinah müdafiəçisinin yayda Kiyev "Dinamo"suna keçidi gözlənilirdi. Ukrayna klubu onun üçün 800 min avro təklif etsə də, "Dinamo" rəhbərliyi 1,5 milyon avro tələb etmiş və transfer baş tutmamışdı.

Bundan sonra Buxaret klubu onun maaşını aylıq 4,5 min avrodan 10 min avroya qaldırıb. Hazırda o, komandanın ən yüksək ödənişli ikinci futbolçusudu. "Dinamo" rəhbərliyi Filipi satmaqla bu yükdən qurtulmaq istəyir.

Stelianoya Türkiyədən və İtaliyanın ikinci liqasından da təkliflər var. Amma ən real təklifin "Qaoabağ"dan gəldiyi bildirilir.

Qeyd edək ki, Steliano Filip 2012-ci ildə Rumıniyanın "Avikola Buzias" klubundan "Dinamo"ya 100 min avroya (hazırkı məzənnə ilə 202 min 600 manat) transfer olunub. Hazırda "Transfermarkt" ona 1,4 milyon avro (təxminən 2 milyon 840 min manat) qiymət qoyub. Cari mövsümdə 21 rəsmi oyuna çıxan müdafiəçi 1 qol vurub. 2015-ci ildən Rumıniyanın əsas millisinə çağırılan futbolçu 7 matçda meydana çıxıb.

ann.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
09:47 Nazirin «taxılı yeyən» subsidiyaları - İTTİHAM VAR Yaxud, kənd təsərrüfatı naziri Heydər Əsədovun rəsmi rəqəmlərinə inansaq, belə çıxır ki, Azərbaycanda adambaşına il ərzində yarım ton taxıl düşür… (2-ci yazı) …Ötən araşdırma yazımızda kənd təsərrüfatı nazirinin I müavini Bəhram Əliyevin «Hazırda Azərbaycanda taxıla olan illik tələbat 3 milyon
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az