t s

» » “Övladlarına hədiyyə vermək üçün gedən ata….” – Zaqatalada faciəvi zəhərlənmə olayının təfərrüatı

“Övladlarına hədiyyə vermək üçün gedən ata….” – Zaqatalada faciəvi zəhərlənmə olayının təfərrüatı

2-01-2018, 09:42 Yazar:  Gülnar Baxılıb: 225 Çap et
“Övladlarına hədiyyə vermək üçün gedən ata….” – Zaqatalada faciəvi zəhərlənmə olayının təfərrüatı
Baş Prokurorluq Zaqatalada baş verən faciəvi zəhərlənmə olayı ilə bağlı açıqlama yayıb.

Musavat.com-a daxil olan açıqlamada deyilir ki, dekabrın 31-də saat 14 radələrində Zaqatala şəhəri, H.Zeynalabdin Tağıyev küçəsi, ev 2, mənzil 14-də 1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızının meyitlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Həmin məlumat əsasında rayon prokurorluğu, rayon Polis Şöbəsi və “Azəriqaz” İstehsalat Birliyinin Zaqatala rayon Qaz İstismar Sahəsinin əməkdaşları dərhal həmin ünvana gedərək hadisə yerinə və məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitlərə baxış keçirilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, meyitlərin aşkar olunduğu mənzil bir otaq, mətbəx və bir hamam otağından ibarətdir və mənzil kustar üsulla çuqun materialdan hazırlanmaqla rezin boru ilə qaz xəttinə birləşdirilmiş soba ilə qızdırılır.

Araşdırma ilə həmçinin müəyyən edilib ki, dekabrın 31-də saat 13 radələrində Nuranə Muxtarlının keçmiş əri İlqar Məmmədov Yeni il bayramı münasibəti ilə uşaqlarına aldığı hədiyyələri vermək üçün onların yaşadığı həmin ünvana gələrək qapını döysə də açan olmayıb. Hamamdan su səsinin gəldiyini eşidib evə gedən su kranını girişdən bağlayıb və bundan sonra qapını yenidən döyərkən içəridə olan azyaşlı oğlu Altun Məmmədzadə qapını açıb. İ.Məmmədov mənzilə daxil olduqda Nuranənin meyitini hamam otağında, qızı Nilayın və qaynı qızı Fatimənin meyitlərinin isə yataq otağında çarpayının üzərində aşkar edib və dərhal qonşuları köməyə çağırıb.

Meyitlər məhkəmə-tibb ekspertizasından keçirilərkən dəm qazı və qida zəhərlənməsi ehtimalı nəzərə alınmaqla nümünələr götürülüb.


1982-ci il təvəllüdlü Muxtarlı Nuranə Sabir qızı, 2015-ci il təvəllüdlü Məmmədzadə Nilay İlqar qızı və 2005-ci il təvəllüdlü Muxtarlı Fatimə Ramazan qızı

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Hazırda iş üzrə ölümün dəm qazından və qida zəhərlənməsindən baş verməsi fərziyyələri ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, Zaqatalada vəfat edənlər həbsdə olan jurnalist Əfqan Muxtarlının bacıısı, onun övladı və qardaşı uşağıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
23:12 Prokurorluğun qarşısındakı “kəfənli etiraz”la bağlı - Rəsmi açıqlama Baş Prokurorluq bu gün qurumun binasının qarşısında keçirilən etiraz aksiyası ilə bağlı məlumat yayıb. “Qafqazinfo”nun məlumatına görə, qurum bildirir ki, vətəndaşlardan daxil olmuş prokurorluğun səlahiyyətlərinə aid olan bütün müraciətlər üzrə cinayət-prosessual qanunvericiliyin tələblərinə uyğun
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
23:06 “Azəriqaz”da dəhşətli maxinasiyalar Hər ay işçilərə 1 milyon «paket maaş» hansı «əməliyyatların» hesabına verilir? 2.5 kubmetr/saat gücündə olan sayğacların 4.0 kubmetr/saat gücündə olan sayğaclarla əvəzlənməsinin sirri “Azəriqaz” və onun rəhbəri Əkbər Hacıyev barədə “Azadlıq”a şok müraciət daxil olub. Müraciəti uzun müddət
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az