t s

» » MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib

MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib

2-01-2018, 09:36 Yazar:  Gülnar Baxılıb: 225 Çap et
MEK əməkdaşları Türkiyə kitabxanalarına ezamiyyə səfərinin hesabatını təqdim edib
AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) əməkdaşlarının Türkiyə səfəri ilə bağlı hesabat təqdimatı keçirib. Hesabatı kitabxananın İstanbul şəhərinə ezam edilmiş əməkdaşları – MEK-in Kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova, MEK İnformasiya resurslarına nəzarət və əlaqələndirmə şöbəsinin müdiri Günel Əhədova və həmin şöbənin baş mütəxəssisləri Dürdanə Ağayeva, Günay Məmmədova təqdim ediblər.

Təqdimatda İstanbul şəhər kitabxanaları və ictimai qurumlar ilə baş tutmuş görüşlərin nəticələri, əldə edilmiş tətbiqi və nəzəri informasiyaların, fikir və təklif mübadilələrinin ümumi təsəvvürü canlandırılıb. Türkiyənin İstanbul Orhan Kemal İl Xalq Kitabxanası, Süleymaniyə Yazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi(İSAM Kitabxanası), Beyazit Dövlət Kitabxanası, Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzey Kitabxanası və İstanbul Azərbaycan Kültür Evi dərnəyində olan əməkdaşlar ziyarət etdikləri hər bir qurum haqqında ətraflı bilgilər veriblər. Slayd üzərindən təqdim edilən məlumatlarda adı çəkilən kitabxanaların tarixi, fəaliyyəti, strukturu, fondları, iş rejimi və xüsusiyyətləri, texniki təhcizatı, mövcud imkanları barədə danışılıb, maraq çəkən cəhətləri qeyd olunub.
Bildirilib ki, ziyarət əsnasında MEK əməkdaşları Mərkəzi Elmi Kitabxananın çoxşaxəli fəaliyyəti, iş prinsipləri və sistemi, imkanları, mövcud bazası, fondları həyata keçirdiyi layihə və təşəbbüslər haqqında İstanbullu həmkarlarına geniş məlumat verib, kitabxanaların hər birinə Azərbaycanın zəngin mədəniyyətini, incəsənətini və qədim tarixini əks etdirən kitablar bağışlayıblar. İstanbul Orhan Kemal İl Xalq Kitabxanası, Süleymaniyə Yazma Əsərlər Kitabxanası, Atatürk Kitablığı, İslam Araşdırmaları Mərkəzi(İSAM Kitabxanası), Ahmet Hamdi Tanpınar Ədəbiyyat Müzeyi və Beyazit Dövlət Kitabxanalarının rəhbərləri MEK əməkdaşlarının ziyarətindən məmnunluqlarını ifadə edib, MEK-ə kitab və rəsmlər təqdim ediblər. Müzakirələrdən sonra, Mərkəzi Elmi Kitabxana haqqında geniş təsəvvürə sahiblənən, xüsusilə Azərbaycana aid strateji informasiyanın elektron formatda cəm olunub, dünya oxucusu üçün əlçatan edildiyi Milli Rəqəmsal Yaddaş layihəsinin üstünlüklərinə və Vahid Qeydiyyat Sisteminin iş prinsiplərinə maraq göstərən müəssisə rəhbərləri əməkdaşlıq təkliflərini səsləndirib və iş birliyinin təşkili üçün birgə konfransın keçrilməsi təşəbbüsü ilə çıxış ediblər.

Kitabxanaları ziyarət etdikdən sonra, MEK əməkdaşları İstanbul Azərbaycan Kültür Evinə baş çəkib, dərnəyin işi ilə yaxından tanış olublar. Kültür Evinin başqanı Hikmet Elp əməkdaşlara dərnəyin nəzdində fəaliyyət göstərən “Azərbaycan Kültür Evi Yayınları”nın nəşrlərindən ibarət kitabları təqdim edib.
Təqdimatın sonunda geniş müzakirələr aparılıb və tədbir iştirakçılarının sualları müqayisəli təhlillər əsasında cavablandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:33 Tbilisi Dövlət Universiteti MEK-nın təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını ziyarət ediblər Gürcüstan Tbilisi Dövlət Universiteti (TDU) Milli Elmi Kitabxanasının təmsilçiləri AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) ziyarət ediblər. Khatuna Kikvilashvili, Marika Zhorzholiani, Tinatin Darchia, Davit Davitiani, Giorgi Banetishvili, Nino Chachuadan ibarət olan nümayəndə heyətinin səfər məqsədi
11:17 Mərkəzi Elmi Kitabxana öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib AMEA Mərkəzi Elmi Kitabxanası(MEK) öz fondlarında mühafizə olunan türkdilli mənbələrin təqdimatını keçirib. Tədbirdə Azərbaycanda təmsil olunan türk ölkələrinin səfirlikləri, türk dünyasının iş qurumları, AMEA institutları, ali məktəblər və media qurumlarının nümayəndələri iştirak ediblər. Tədbiri
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az