t s

» » Qəbristanlıqdan keçərkən musiqini saxlamaq doğrudurmu - ilahiyyatçı açıqladı

Qəbristanlıqdan keçərkən musiqini saxlamaq doğrudurmu - ilahiyyatçı açıqladı

1-01-2018, 16:04 Yazar:  memmed memmedov Baxılıb: 306 Çap et
Qəbristanın yanından keçərkən musiqini söndürməyin heç bir dini mənası yoxdur. Əksinə səsi ucaltmaq lazımdır ki, qoy mərhumların ruhları da şad olsun. Musiqi ruhun qidalarından biridir. Quran və Əzan da musiqi üstündə oxunur.Ləhni- Davud məşhurdur.Davud peyğəmbər Zəburu nəğmə olaraq oxuyardı.Evliya Çələbi yazır ki, Musa peyğəmbər çobanlıq edərkən ney ifa edərdi.Muhəmməd əleyhissəlam Məkkədən Mədinəyə hicrət edərkən onu qarşılayan Mədinə əhli qaval çalıb nəğmələr oxuyurdular.

İslam filosoflarından İbn Sina ürək-qan-damar xəstəliklərinin və psixoloji xəstəliklərin müalicəsində musiqinin əvəzsiz rolundan bəhs edib özünün çoxcildlik Qanun kitabında.
Qurani-Kərim özü ləhnlə, yəni avazla oxunur. Hətta bu avazların xüsusi formaları, məqamları da vardır...

Musiqinin haramlığı xüsusunda alimlər bir neçə fikir söyləyir. Bir qism bütövlükdə musiqinin bütün növlərini haram hesab edir. Bir qism isə heyvani və şeytani, nəfsani, şəhvani hisslərə təhrik edən rep, rok kimi musiqi növlərini qadağan hesab edirlər. Bir qism də qadağanı musiqilərdə yox, alətlərdə axtarır və saz, tar kimi simli alətləri haram sayırlar.

Hesab edirəm ki, sonuncular yanılırlar. Çünki pianonu hala sayırlar, sazı haram; halbuki pianoda olan simlər sazdan daha çoxdur. Sadəcə daxilindədir, görsənmir... Yəni, belə fətvalar səthi və zahiridir.

Quranda musiqinin haramlığına dair bir qəti hökm yoxdur. Ancaq boş işlər, Allahdan uzaq salan əməllər qadağan olunur. Bir qism din xadimi də musiqini Allahdan uzaq salan əməl adı ilə naxoş qarşılayırlar. Bu barədə Peyğəmbər vəİmamlardan nəql edilən hədislər də vardır.

Bu hədislər də ğina adlanan, şeytani hisslər yaradan və insanı dünyaya bağlayan musiqini, eyş-işrət çalğılarını və alətlərini qadağan edir.Ancaq musiqi bu gün ölkələrin, xalqların mədəniyyətinin bir hissəsidir.

Normal musiqi, xalq musiqisi insanı daha da Allaha yaxınlaşdırır və onu ülviləşdirir.
Musiqi dinləyən adam və musiqi ifa edən şəxslər əksər zamanlarda humanist insanlar olur. Qəddarlıq və qabalıq onlardan uzaq olur.

Əksinə din əhli musiqini yasaq bildiyi üçün dində ixtilaf, nifaq, qəddarlıq, sərtlik kimi mənfi hisslərin təsirinə düşürlər.

Ğina səslə oxunan musiqi və qadının kişi üçün oxuduğu nəğmələr isə şəhvət və ehtirasa təhrik edərsə qadağandır. Qadına qadın, kişiyə isə həm kişi, həm də qadın qulaq asa bilir.Ölülərə gəldikdə isə...

Əgər mərhum sağlığında musiqi həvəskarı olubsa, nə üçün öləndən sonra onu bu səsdən məhrum edirik?

Qəbristandan keçərkən musiqini söndürmək ölüyə hörmətsə, bu necə hörmətdir ki, həmin qəbristanın yanında əlli oyundan çıxanlar heç demir ki, ayıbdır, mərhumlardan.., ancaq musiqiyə gələndə olmaz?

Dində belə bir hökm və adət yoxdur. Hətta mən ərəb ölkələrinin birində müqəddəslərimizin məzarı, Hərəmi qarşısında baş tutan üçgünlük çalğılı toy məclisində iştirak etmişəm. Bu adət digər müsəlman ölkələrində yoxdur.

Əgər musiq haram, qəbahət, günah bir əməl deyilsə niyə qoymursuz mərhumlar da dinləsin?
Ancaq dərin təfəkkürlü din üləmamız bunu qəbul edirlər.

İslam Universitetində tələbə olduğum illərdə rayonlarımızın birində hörmətli bir el ağsaqqalı, tanınmış bir qocaman seyidin ziyarətinə-görüşünə getmişdim.

Onunla avtomobillə gecə saatlarında qəbristandan keçərkən avtomobil xarab oldu. Gözəl bir muğama qulaq asırdıq bu zaman maşında. Sürücü təmir üçün yerə düşəndə qəbirləri görüb musiqini söndürmək istəyəndə böyük alim etiraz edərək dedi : Muğam Allahın bu xalqa verdiyi bir nemətdir, o bizim həm ölümüz, həm də dirimiz üçündür. Qoy onların da ruhları şad olsun...
Həmin alimin, seyyidin də indi ruhu şad olsun, dünyasını dəyişibdir.

Musiqi insan üçün mənəvi qidalardan biridir. Əgər alətlərlə çalğını haram saysaq, onda quşların səsi, bülbülün nəğməsi necə, onda qulaqlarımızı tutmalıyıqmı?

Meşədə küləyin səsi ilə quşların səsi xüsusi simfonik harminiya yaradır ki, bu da musiqidir.
Mələk Cəbrail də Quranı avazla nazil etməyibmi?
Mövhumatçı ruhanilər belə şeylərlə müsəlmanları geri saldı.

Azərbaycanın qərb rayonlarında və xüsusən Qərbi azərbaycanlılar və Borçalı mahalının camaatı saz- sözə, milli ruha daha qədimdən və daha dərindən bağlı olduqları üçün yaşlılar vəsiyyət edir ki, mən dünyanı tərk edəndə üstümdə saz çalınsın. Çox zaman mollalar buna imkan vermirlər.

O cümlədən Xalq şairimiz mərhum Zəlimxan Yaqubun məzarı başında Aşıq Ədalət Dəlidağlının saz çalması buna bir misaldır.

Şəriətə görə vəsiyyət mütləq icra edilməlidir. Vəsiyyətə əməl etməmək böyük günahlardandır.
Ancaq vəsiyyət islam qanunları ilə qadağan olunmuş bir əməlsə ona riayət edilmir.

Mərhumun vida mərasimində Quran tilavətindən və vacib işlərdən sonra bunu icra etmək olar.
Tural İrfan
Qəbristanlıqdan keçərkən musiqini saxlamaq doğrudurmu - ilahiyyatçı açıqladı

(Ardı olacaq)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az