t s

» » Əfqan Muxtarlının ailəsində faciə: Üç nəfər öldü – YENİLƏNİB

Əfqan Muxtarlının ailəsində faciə: Üç nəfər öldü – YENİLƏNİB

31-12-2017, 16:45 Yazar:  Gülnar Baxılıb: 200 Çap et
Əfqan Muxtarlının ailəsində faciə: Üç nəfər öldü – YENİLƏNİBZaqatalada mənzildə meyiti tapılan qadın və iki azyaşlının şəxsiyyəti məlum olub.

Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, hadisə Zaqatala şəhəri Hacı Zeynalabdin Tağıyev küçəsi bina 2, mənzil 14 ünvanında baş verib.

Həmin ünvanda kirayədə yaşayan Zaqatala rayonu Aşağı Tala kənd sakini Muxtarlı Nuranə Sabir qızı və onun bir azyaşlı övladının, o cümlədən N. Muxtarlının qardaşı Ramazanın azyaşlı övladının meyitləri aşkar edilib.

Hadisə baş verən zaman mənzildə Nuranənin daha bir azyaşlı övladı olub, o, sağ qalıb.

Hazırda Zaqatala rayon hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparılır. Meyitlər tibbi müayinə olunmaq Pataloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə aparılıb. Araşdırmadan sonra ölümlərin səbəbi məlum olacaq.

Qeyd edək ki, həyatını itirən N. Muxtarlı və iki azyaşlı jurnalist Əfqan Muxtarlının bacısı və qardaşı uşaqlarıdır. Faktla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma aparılır.

15:21

Zaqatalada evdə ana və iki övladının cəsədi aşkarlanıb.

Mediaxeberleri.az-ın APA-ya istinadən məlumatına görə, hadisə bu gün Zaqatala şəhərinin Saləddin Kazımov küçəsində qeydə alınıb.

İlkin ehtimala görə, ana və iki övladı dəm qazından zəhərlənib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:17 İlham Əliyev 6 sərəncam imzaladı Prezident İlham Əliyev R.Ə.Quliyevin “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb. Sərəncamda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
16:33 Süni qiymət qaldıran bu şirkət və marketlər cərimələndi - TAM SİYAHI Mərkəzi Bankın fevralın 21-də manatın devalivasiyası ilə bağlı qərarından sonra ölkədə bahalaşma müşahidə olunmağa başlayıb. Əksər ərzaq məhsullarında və o cümlədən siqaret və içkilərdə bahalaşma oldu. Mərkəzi Bank manatın devalvasiyasını elan edən kimi ölkədə bahalaşma ajiotajı yarandı - ərzaq
19:17 Hacı İbrahim və Mavrodi Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında saxlanılnlardan biri də Hacı İbrahim Nehrəmli kimi tanınan məşhur oliqarx oldu. Mediaxeberleri.az xəbər verir ki, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları kredit
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az