t s

» » Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham edib

Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham edib

30-12-2017, 17:44 Yazar:  Nuhu Baxılıb: 456 Çap et
Ərdoğan Abdulla Gülü müxalifətə qoşulmaqda ittiham edibTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ad çəkmədən keçmiş prezident Abdulla Gül və sabiq parlament sədri Bülənt Arınçı müxalifətlə birlikdə hərəkət etməkdə günahlandırıb.

Mediaxeberleri.az Hürriyet-ə istinadən xəbər verir ki, R. T. Ərdoğan hərbi çevriliş cəhdləri və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qanuni qüvvəyə malik qərarı (Kanun Hükmünde Kararname) tənqid edən A. Gül və B. Arınça cavab verib.

R. T. Ərdoğan xatırladıb ki, 15 iyul 2016-cı ildə hərbi çevrilişə cəhd edənlərə müqavimət göstərmiş dövlət məmurlarının məsuliyyətdən azad edilməsi barədə çevriliş cəhdindən 2 həftə sonra qərar çıxarılıb: “İndi eyni qərarı çevrilişə müqavimət göstərmiş mülki vətəndaşlara da şamil etmək ehtiyacı yaranıb. Lakin nədənsə, bu qərarla bağlı böyük gurultu qopdu. Əslində böyük deyil, qəribə kampaniyalar başladıldı. Hətta içimizdən bəziləri də bu kampaniyaya qoşuldu. Kampaniyaya qatılan bu şəxslər 16 aprel referendumunda “hə” deməyənlərdir. Biz mübarizə yoldaşı deyilikmi? Necə ola bilər ki, sizlər Bəy Kamalın qayığına minirsiniz? Bu düşmənçilik karvanına bizim mübarizə yoldaşlarımızın bir qismi necə qatılıb bəzilərini sevindirir? Yazıqlar olsun!”

Qeyd edək ki, hərbi çevriliş və terrorun qarşısının alınmasında iştirak edən mülki şəxsləri cinayət məsuliyyətindən azad edən qərarnaməyə etiraz edənlər bunun ölkədə vətəndaş qarşıdurmasına səbəb ola biləcəyini bildirirlər. Müxalifət hesab edir ki, hakimiyyət bununla özünə yaxın olan qeyri-qanuni silahlı qrupları qanuniləşdirir, onlara müxalifləri susdurmaq üçün səlahiyyətlər verir. 11-ci prezident Abdulla Gül iqtidarı qərardakı qeyri-müəyyənliyi aradan qaldırmağa və yalnız 15 iyul 2016-cı il hadisələrində dövləti qorumuş şəxsləri cəzadan azad etməyə çağırıb. Bülənt Arınç isə A. Gülün bu barədə “tvit”ini paylaşaraq onun mövqeyini dəstəkləyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
13:56 Xanəmir Telmanoğlu: "su gülün harasında soyuyar" ey dadi bidad danəndə dəhan dərviş d… gəlib dünyaya çatmayan gəlsə ürəyi bədənini dolaşan uşaqları cüyür mələrtisi məryəm təbəssümü doğmalı suların bədəni güldür gül suyun axarı güldür gül su gülün harasında soyuyar gül solanda at ağlayır dənizlər dəryalar azalır su gülün harasında soyuyar üzümə
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az