t s

» » İslam dininə görə yeni il şənliyi keçirmək olarmı?

İslam dininə görə yeni il şənliyi keçirmək olarmı?

28-12-2017, 11:31 Yazar:  tural Baxılıb: 295 Çap et

İslam matəm dini deyil. Cənnətdə də matəm və kitabxanalarda susqun kitab oxumaqdan yox, cənnətdəki şənlikdən, yeyib-içməkdən, hətta şərab içməkdən bəhs edilib. Yəni, bu dünyada da İslam gələn kimi iki böyük bayram təsis edib: Ramazan və Qurban. Sonralar bura peyğəmbərin və imamların mövludu da əlavə edilib. Bu çox gözəldir. Təki həmişə bayram ola. Ancaq o iki bayram vacib bayramdır. Yəni rəsmi bayramdır və sosial, ictimai və digər yönləri var. Yardımlaşmaq, ehsan, fitrə zəkatı və s.

Yeganə olaraq Allahın təkliyi əleyhinə, ona üsyan xarakterli, dinə müxalif bayramlar yasaq sayıla bilər. Yoxsa İsanın mövludu niyə yasaq olsun ki...
Əslində İsanın mövludu ən böyük tolerantlıq və dinlərarası vəhdət günüdür. Çünki bu bayramı həm müsəlmanlar, həm də xristianlar keçirir.
O ki qaldı şaxta baba, küknar ağacı və sair kimi simvolik işlərə.., onların da eybi yoxdur. Təbii ki, şaxta baba simvolik olaraq şaxtanın-qışın gəldiyini xəbər verir. Küknar ağacı da yenə İsanın doğumunu yada salır. Bunlar bir növü Məhərrəmlikdəki şəbeh çıxarma kimi bir şeydir.

Burada Allaha üsyandan, dinə inamsızlıqdan söz getmir. Əslində insanlar dostlaşır, bayramlaşır, bir-birini təbrik edir və xoş arzularını bildirir.
Ancaq gərək by bayramda günah işlər olmasın. Məsələn, həddən artıq içki qəbul edənləri çox zaman həmin ərəfədə suyu bulandıran görürük. Bayram gərək bayram kimi yadda qalsın.
İmam Əli buyurub ki, Allaha qarşı çıxmadığınız hər gün bayramdır. Bayram o gündür ki, Allahı da bəndəni də razı salıbsan.
Əgər insanlar həmin gün Allahı xatırlayıb bir-birinə yardım edir, bir-birini qonaq çağırır, şənlənir, mehriban olurlarsa, demək o gün bayramdır. Din insanları ayırmaq, aralarında nifaq salmaq, şadlıqdan yasaqlamaq, ayrı seçkil salmaq üçün deyil, əksinə sülh yaratmaq, sevinc bəxş etmək, bəşəri nizamı tənzimləmək üçündür.

Qarşıdan gələn yeni miladi ilinizin başlanğıcı, yeni iliniz mübarək olsun !

Tural İrfan
ilahiyyatçı-yazar
İslam dininə görə yeni il şənliyi keçirmək olarmı?




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az