t s

» » O BANKDA PULU OLANLARA BƏD XƏBƏR: 28 MİLYONUN TALEYİ NECƏ OLACAQ?

O BANKDA PULU OLANLARA BƏD XƏBƏR: 28 MİLYONUN TALEYİ NECƏ OLACAQ?

27-12-2017, 17:25 Yazar:  Gülnar Baxılıb: 236 Çap et
O BANKDA PULU OLANLARA BƏD XƏBƏR: 28 MİLYONUN TALEYİ NECƏ OLACAQ?
"Dəmirbank”da kompensasiya olunmayan əmanətlərin həcmi 28,3 mln manatdır. Bu isə o deməkdir ki, 28 milyon manatdan artıq əmanətin geri qaytarılmasına ümid yoxdur”.

Lent.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. O qeyd edib ki, Əmanətlərin Sığortalanması Fondu qorunan əmanətləri geri qaytarır, qorunmayan depozitlər isə bankın məsuliyyətindədir: "Müflis olan bankda isə qorunmayan əmanətlər aktivlər passivlərin üstələdiyi halda qaytarıla bilər. Ötən il müflis olan 11 bankda da yalnız qorunan əmanətləri geri qaytarmaq mümkün olub. Etiraf etmək lazımdır ki, qorunan əmanətlər Fond tərəfindən tam olaraq geri qaytarılır. Bununla belə, dəfələrlə təklif etdiyimiz kimi, qorunmayan əmanətlərin taleyi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən real addımların atılmasına ehtiyac var. Əvvəlla, bankın cəlb etdiyi əmanətlərin məbləği onun ödəmə qabiliyyətinə və ya aktivlərinin həcminə münasib olmalıdır. Öhdəliklərin aktivləri üstələməsi qorunmayan əmanətlərin geri qaytarılmasına imkan vermir. İkincisi, bank mencerlərinin məsuliyyəti artırılmalıdır. Qorunmayan əmanəti cəlb edərək onu xərcləyən banklar müflis olmaqla, yumşaq desək, "məsələni bağlayırlar”. Halbuki, bank həmin pullardan faydanalanaraq qazanc əldə edib və deməli, onların qaytarılmasına da məsul olmalıdır. Üçüncüsü, bu istiqamətdə qanunvericiliyə dəyişikliklərin edilməsinə ehtiyac var. Bank qorunmayan əmanəti cəlb edərək onu kreditə yönəldir. Qorunmayan əmanətin bank tərəfindən qaytarılması məcburi deyil, amma həmin pullar ilə verilmiş kredit geri qaytarılır”.


Vüqar Bayramov əlavə edib ki, geri alınan kredit məhz qorunmayan əmanətlərin ödənilməsinə yönəldilməlidir: "Mediada və eləcə də sosial şəbəkələrdə belə geniş təbliğatdan sonra vətəndaşlarımızın sadəcə bir bankda 28.3 milyon manat qorunmayan əmanət saxlaması səbəblərini də izah etmək çətindir. 2-3 faiz artıq gəlirdən ötrü pulu riskə atmaq heç zaman başa düşülən deyil".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:55 Xarici valyuta ilə krediti olanlar, bu xəbəri oxuyun! Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan
08:11 Oliqarx bankları kütləvi narazılıq yaradır: Əmanətləri çıxaraq, yoxsa? “İndiki vaxtda banklarda əmanətlərin saxlanmasını məsləhət görmürəm” Əkrəm Həsənov: “Banklar var ki, aylarla əmanətləri qaytarmır” Milli Məclisdə "Banklar haqqında" qanuna dəyişiklik edilib.Dəyişikliyin məqsədi ödəniş qabiliyyətini itirmiş bankların problemlərinin həll edilməsi üçün hüquqi
13:43 “Bir sıra məhsullar bahalaşacaq” - Bədbin PROQNOZ “Əmanətlərin Sığortalanması Fondunun aktivləri ilə qorunan əmanətlər arasındakı mövcud nisbət sığortalanan depozitlərin taleyi ilə bağlı risk formalaşdırmır”. Mediaxeberleri.az xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, beynəlxalq praktikada bu tip
18:00 Dollar kreditləri haqda qərar - RƏSMİ “Pul” termini ilə təkcə milli valyutanı yox, xarici valyutanı da ehtiva edir Konstitusiya Məhkəməsi dollar kreditləri ilə bağlı qərar qəbul edib. Konstitusiya Məhkəməsinin Plenumum iclası keçirilib. İclasda iş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və
08:02 Konstitusiya Məhkəməsi qərar verdi - Krediti olanlar, bu xəbəri oxuyun! Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az