t s

» » Polis boksçular uğur qazanıblar

Polis boksçular uğur qazanıblar

27-12-2017, 14:11 Yazar:  Məmməd Məmmədov Baxılıb: 208 Çap et
Polis boksçular uğur qazanıblarDekabrın 20-dən 24-dək görkəmli Azərbaycan boksçusu Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir keçirilib. Azərbaycan Boks Federasiyasının idman zalında baş tutan yarışda yerli idmançılarla yanaşı, 14 xarici dövlətin komandası iştirak ediblər. Bu barədə Mediaxeberleri.az-a Daxili İşlər Nazirliyindən verilən məlumatda deyilir.

Azərbaycan milli komandası turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib.

Millimizin heyətində DİN İdman Cəmiyyətinin 3 idmançısı öz gücünü sınayıb. Onlardan 52 kq. çəki dərəcəsində Əflatun Babayev bütün rəqiblərinə qalib gələrək qızıl medala sahiblənib, Cəmiyyətin digər yetirməsi Cavid Qurbanov yarımfinala qədər irəliləyərək bürünc medal əldə edib. O, 69 kq. çəki dərəcəsində öz qüvvəsini sınayıb.

Yarışın sonunda qaliblərə diplom və kubok verilib.

Qeyd edək ki, komandamızı bu yarışa İdman Cəmiyyətinin müəllimi, əməkdar məşqçi Yadigar Məmmədov hazırlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:56 Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib Türk dünyasının böyük şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş alpaqut döyüş sənəti üzrə beynəlxalq bahadur oyunlarının açılış mərasimi keçirilib. Sumqayıt Olimpiya İdman Mərkəzində keçirilən tədbirə millət vəkilləri, tanınmış idmançılar və ziyalılar qatılıblar. Mediaxeberleri.az xəbər
23:53 Azərbaycanda “İlin məşqçisi” məlum oldu! "Komanda" qəzeti fəaliyyət göstərdiyi müddətdə ilin məşqçisini də müəyyənləşdirirdi. Qəzetin beş il keçirdiyi sorğunu 2 ildi ki, "Komanda.az" saytı davam etdirir. Əvvəlki altı ildə jurnalistlər 5 dəfə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovu, 1 dəfə isə "Neftçi"nin sabiq baş məşqçisi Böyükağa
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az