MySQL Error!
MySQL error in file: /engine/modules/show.full.php at line 920
Error Number: 191
The Error returned was:
Too many words in a FTS phrase or proximity search
SQL query:

SELECT id, date, short_story, xfields, title, category, alt_name FROM dle_post WHERE MATCH (title, short_story, full_story, xfields) AGAINST ('QARA GÜNƏ SON VERİLİR... - KASIB AİLƏLƏRİN DƏFN XƏRCLƏRİNİ FOND ÖDƏYƏCƏK Yaxşı olardı ki, bu işdə bələdiyyələrin imkanından istifadə edilsinKasıbların dəfn xərclərinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, daha dəqiq, komitənin tabeliyində fəaliyyət göstərəcək xüsusi Fond tərəfindən ödənilməsi gözlənilir. Bu barədə komitənin sədri Mübariz Qurbanlı özü məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondunun fəaliyyəti sosial sferanın müxtəlif sahələrini də əhatə edəcək.Bu sferalara dini radikalizmdən, alkoqolizmdən, narkomaniyadan əziyyət çəkən şəxslərin cəmiyyətə yenidən inteqrasiyası, təhsil alanların sosial müdafiəsinin gücləndirilməsi, istedadlı şəxslərin təhsilini davam etdirməsinə, sosial müdafiəyə ehtiyacı olanların təhsil almasına kömək göstərmək, habelə aztəminatlı ailələrə dəfn xərclərinin ödənilməsi, Qarabağ müharibəsi və 20 Yanvar şəhidlərinin ailələrinə, müharibə əlillərinə, xəstəlik, əlillik və ya ahıllıqla əlaqədar özünəqulluq qabiliyyəti olmayan şəxslərə, valideynlərini itirməsinə və ya valideyn himayəsindən məhrum olmasına görə sosial xidmət müəssisələrində yaşamış şəxslərin həmin müəssisələri tərk etdikdən sonra yaşayış xərclərinin ödənilməsi üçün maddi yardım göstərmək də daxildir. Xüsusən yeniyetmə və gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasının aktuallıq qazandığı günümüzdə Mənəvi Dəyərlərin Təbliği Fondunun bu sahədə genişmiqyaslı fəaliyyəti böyük əhəmiyyət kəsb edir. Çünki danılmaz faktdır ki, milli-mənəvi dəyərlərimizə varislik prizmasından yanaşma həm dövlətçilik, həm də mənəvi irsimiz baxımından zəruridir. Gənclərimizin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında təhsilin xüsusi yeri vardır ki, Fond təhsillə bağlı da qarşısına geniş məqsədlər qoyub.Göründüyü kimi, Fondun fəaliyyəti çox geniş sahələri əhatə edir. Amma sual da yaranır. Fond, tutalım, kasıb bir vətəndaş vəfat etdikdə, bu barədə məlumatı haradan, necə alacaq ki, dəfn xərclərini də ödəyə bilsin? Yaxud, sosial qayğıya ehtiyacı olanlar barədə necə məlumat əldə edəcək?Məsələ ilə bağlı \"Şərq”ə danışan Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev ilk növbədə Milli Dəyərlərin Təbliği Fondunun yaradılmasını alqışladığını bildirdi:- Belə bir Fondun yaradılması çox müsbət haldır və şübhəsiz ki, milli-mənəvi dəyərlərin təbliğində Fondun fəaliyyəti böyük əhəmiyyət daşıyacaq. Tarixən Azərbaycanda mənəvi məsuliyyət, sosial məsuliyyət ənənələri yaşayıb. Bu gün də yaşamaqdadı. Biz şahidi olardıq ki, məsələn, kənddə imkansız, kasıb bir adam vəfat edəndə, kənd camaatı, imkanlı şəxslər yığılıb onun dəfnini təşkil edərdi, ailəyə yardım göstərərdi. Eləcə də, varlı, imkanlı şəxslər başqa vaxtlarda da imkansız ailələrə yardım edərdilər. Bəzən kiminsə təhsil almasına kömək edərdilər. Bir başqasının hansısa müşkülünü həll edərdilər və s. Yəni, bu ənənələr xalq arasında daim mövcud olub. Ona görə də mən bu Fondun yaradılmasını alqışlayıram. Qaldı ki fəaliyyətin necə təşkil olunmasına, şübhəsiz, Fondun İdarə Heyətində işini bilənlər təmsil olunur. Yəqin ki, mexanizmlər də qurulacaq. Hardan məlumat əldə etmək, ehtiyacı olana necə, hansı üsulla yardım etməyin üsulunu da təyin edəcəklər. Onu deyə bilərəm ki, Fondun fəaliyyəti ilə bağlı məlumatlandırma geniş olmalıdır. Fond cəmiyyətə tanıdılmalıdır ki, vətəndaşlar onun fəaliyyəti barədə məlumatlı olsunlar. Ola bilsin, vətəndaşlardan müraciətlərin qəbulu mexanizmi yaradılsın. \"Qaynar xətt” təşkil olunsun və bu barədə də ictimaiyyət geniş şəkildə məlumatlandırılsın. Bununla yanaşı, mən vətəndaş cəmiyyəti institutları ilə sıx əməkdaşlığı vacib sayıram. Ölkədə sosial yönümlü qeyri-hökumət təşkilatları, müharibə əlilləri, şəhid ailələri, aztəminatlı, xüsusi qayğıya ehtiyacı olan təbəqələrlə bağlı ictimai birliklər, təşkilatlar fəaliyyət göstərir. Fond bu ictimai birliklərlə yaxından əməkdaşlıq etməlidir. Eləcə də dövlət orqanları ilə, Əmək və Əhalinin Sosial Təminatı Nazirliyi ilə də birgə fəaliyyət həyata keçirilməlidir. Çünki sosial qayğıya ehtiyacı olanlar barədə ən dürüst məlumatlar məhz bu nazirlikdə cəmlənir. Bunlar texniki məsələlərdir. Yəqin ki, onların həlli də həyata keçiriləcək.Bundan başqa Fond özü layihə müsabiqələri elan edə bilər. Vətəndaş cəmiyyəti institutlarının fəaliyyətini aktivləşdirər. Belə olduğu təqdirdə Fonda inam da artacaq, etibar da qazanacaqlar. Ən əsası Fond cəmiyyətə açıq olmalıdır. Şəffaf fəaliyyət göstərməlidir ki, vətəndaşlar ona etibar etsin.Bələdiyyələrin Fəaliyyətinin Təbliği İctimai Birliyinin sədri Vüqar Tofiqli isə \"Şərq”ə açıqlamasında qeyd etdi ki, sözügedən Fond aztəminatlı, kasıb ailələrin dəfn xərclərini üzərinə götürmək istəyirsə, bu işdə yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq etməlidir:- Onsuz da bələdiyyələr bu işlə məşğuldur. Dəfn xərcləri, qəbir yerinin alınması üçün bələdiyyələrə müraciət edənlər var və bələdiyyələr də onlara kömək edir. Amma məlumdur ki, bələdiyyələrin büdcəsi çox zəifdir. Yaxşı olardı ki, Milli Dəyərlərin Təbliği Fondu bu məsələdə bələdiyyələrlə birgə çalışsın. Belədə məlumat almaq da asanlaşar. Kimsə kömək üçün bələdiyyəyə müraciət etdikdə, müraciət bələdiyyələr vasitəsilə Fonda çatdırıla bilər. Məsələn, Türkiyədə \"yaşıl kart” sistemi tətbiq edilir. \"Yaşıl kart” aztəminatlı ailələrə verilir. Onu təqdim etməklə müəyyən imtiyazlar əldə edirlər. Onsuz da bizdə aztəminatlı ailələr ünvanlı sosial yardım alır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində də onların siyahısı var, icra hakimiyyətlərində də. Bu siyahılar Fonda da təqdim edilməlidir. Həmçinin, aztəminatlı ailələr özləri də Fonda müraciət etsinlər. Niyə bələdiyyələri xüsusi vurğulayırıq, çünki ərazidə yaşayan əhalini onlar daha yaxşı tanıyır. Yerli sakinlərin vəziyyətinə bələddirlər. Məncə, bu işi bələdiyyələrdə daha rahat həyata keçirmək mümkündür.') AND id != 20671 AND approve=1 AND date < '2019-11-12 15:23:49' LIMIT 5