t s

» » Talıb Tale aparıcı xanımdan danışdı: “Aramızda sevgi ola bilməz”

Talıb Tale aparıcı xanımdan danışdı: “Aramızda sevgi ola bilməz”

26-12-2017, 15:43 Yazar:  Gülnar Baxılıb: 183 Çap et
Talıb Tale aparıcı xanımdan danışdı: “Aramızda sevgi ola bilməz”“Maşın”dan sonra bu qədər populyar olacağımı düşünmürdüm. Əvvəllər də sevənlərim çox idi, indi daha da çoxalıb”.

Mediaxeberleri.az xəbər verir ki bu sözləri müğənni Talıb Tale musavat.com saytına açıqlamasında deyib.

O, özünə qarşı olan maraqdan təəccübləndiyini dilə gətirib: “Şoudan öncə məni efirə çağırmayanlar indi proqramına çağırır. Mən isə öncədən dəvət olunduğum efirlərə çıxıram. “Maşın” şoudan əvvəl dəvət olunmadığım, indi daha çox gündəmdə olduğum üçün dəvət aldığım proqramlara çıxmıram. Bu da mənim qərarımdır”.

- Sosial şəbəkədə “Talıb_Ülviyyə” (Ülviyyə Alovlu red.) adlı səhifələr açılıb. Sanki, şoudan sonra sizi bir-birinizə yaraşdırırlar. Ülviyyə xanımla münasibətləriniz necədir?

- Ülviyyəni çoxdan tanıyıram. Amma aramızda başqa münasibət ola bilməz. Kimsə məsələni dramatikləşdiribsə, bu, mənim günahım deyil. Aramızda dostluq münasibəti var.

- Talıbın həyatında sevdiyi xanım var?

- Həyatımda sevdiyim xanım yoxdur. Hazırda şəxsi həyata diqqət ayıra bilmirəm. Yaradıcılığımda dönüş zamanıdır. Çox çalışmalıyam. Yeni ildən gözəl işlərimi təqdim edəcəyəm. Xalq artisti, əməkdar artist olmaq niyyətində də deyiləm. İstədiyim pilləyə çatmaq üçün çalışıram”.

- Dünya maqazin aləmində fanatı ilə ailə quran tanınmışlar çoxcdur. Siz necə fanatınızla ailə qurardınız?

- Əlbəttə, ola bilər. Məni sevən xanımla evlənərəm. Bəzən deyirlər ki, şou-biznesdəki xanımlarla evlənmərəm. Heç vaxt heç vaxt deməmək lazımdır. Qismətdir. Amma hazırda belə niyyətim yoxdur. Allah kimi qismət etsə, onunla ailə quracağam.

- Son olaraq “Balım” mahnısına çəkilən klipi təqdim etdiniz. Orada bir nüans diqqətimi çəkdi. Qız rəqs edəndə hər kəs ona təəccüblü baxır. onun rəqsini birmənalı qarşılamır. Amma sonra hər kəs ona qoşulur. Bu xüsusi düşünülmüş bir mesaj idi, yoxsa...?

- Xüsusi olaraq o kadrı mən düşünmüşəm. qız oynayanda başqa bir qadın da rəqs etmək istəyir və əri ona əsəbləşir. Daha sonra hər kəs rəqs edir, kişi də xanımın könlünü alır. Cəmiyyətdəki kompleksləri göstərmək istəmişəm. Çünki bir işi 1 nəfər görəndə hamı pis baxır. Kütləvi edəndə isə bəh-bəh ilə qarşılanır.

- Kompleksiniz var?

- Qəfildən mənə mahnı oxumaq təklif olunanda sıxılıram, kompleksə düşürəm. Amma özüm oxumağa başlayanda susmuram.

- Talıbı Azərbaycandan kənarda daha çox sevirlər. Bu sosial şəbəkədə sizə yazılan şərhlərdən də bəllidir…

- Rusiyada, Türkiyədən yazanlar çoxdur. Bəzən bizim xanımlar Türkiyə türkcəsi ilə yazırlar. Adam bilmir ki, kimdir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az