t s

» » 100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA

100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA

25-12-2017, 20:57 Yazar:  İlham Hacalı Baxılıb: 674 Çap et
100 yerlik 1 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verildi - QAZAXDA
Bəlkə də bu gün yeni istifadəyə verilən Qazax şəhərindəki körpələr evi və uşaq bağçası qərb bölgəsində ilk dəfə və birincidir. Rayon icra hakimiyyətinin başçısı, rayonda yeni-yeni iş yerlərinin açılmasında, tikinti və quruculuq işlərinin sürətlə və davamlı aparılmasında birbaşa yüksək əməyi olan cənab Rəcəb Babaşov 100 yerlik, gözoxşayan 3 mərtəbəli 1 saylı körpələr evi və uşaq bağçasını da qazaxlıların, eyni zamanda gələcəyimiz olan körpələrin istifadəsinə verdi. Sevindiricidir ki, yeni istifadəyə verilən körpələr evi və uşaq baxçasında əlavə olaraq 37 nəfər Qazax sakini işlə təmin edilmişdir.

Tikintisi sürətlə və keyfiyyətlə aparılan körpələr evi və uşaq bağçası xarici və daxili görünüşü müasir üslubda işlənib, bütün əşyalarla təmin edilib. Qısa bir müddətdə bu cür işlərin aparılması və layiqincə yerinə yetirilməsi heç vaxt asan bir iş kimi qiymətləndirilməməlidir.
`
Binanın açılışı mərasimində Qazax ziyalılarının, ictimaiyyətin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, icra hakimiyyətinin aparat işçilərinin və körpələrin toplandığı böyük tədbiri giriş sözü ilə açan Qazax RİH-nin başçısı, cənab Rəcəb Babaşov bildirdi:

“ Əziz qazaxlılar, əziz tədbir iştirakçıları! Bu gün həm bizim, həm də gələcəyimiz olan uşaqların, körpələrin daim xatırlayacağı bir gündür. Cənab Prezidentimiz İlham Əliyev həmişə gənclərə və gələcəıyimiz olan uşaqlara yüksək qiymət verir. Daim onların sosial problemlərinin həllinə çalışır. Dünyada sülh, əmin-amanlıq olmasını istəyən cənab İlham Əliyevin uşaqlara olan qayğı və istəyi daha böyükdür. O, bütan Azərbaycan övladlarına öz övladı kimi baxır, həmişə onlara ən yüksək diqqət və qayğı göstərir. Bizim də müqəddəs borcumuzdur ki, Prezidentimizin önəmli siayasətini həyata keçirməklə, yerlərdə bütün sahələrə diqqət və qayğımızı artıraq. Bu gün tikintisi demək olar ki, 1 il müddətində tezlikə başa çatan 3 mərtəbəli gözəl bir körpələr evi və uşaq bağçasının istifadəyə verilməsi olduqca sevindirici və ürəkaçan hadisədir. İllər ötəcək, zaman keçəcək, körpələrimiz bax belə bir binada məktəbəqədər təlim və tərbiyə prosesi keçərək gələcəyə daha müvəssəl və mükəmməl insan kimi yetişəcəklər. Bundan artıq sevindirici nə ola bilər?”

İcra başçısı onu da bildirdi ki, “ fəaliyyətə başladığım az bir vaxtda körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları naminə əlimdən gələni edirəm. Çalışıram ki, bu gün balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə alsınlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə də davam edəcəkdir. 2018-ci ilin sonuna kimi bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır. “

Sonra rayon rəhbəri bütün qazaxlıları, toiplantı iştirakçılarını qarşıdan gələn Yeni il və Dünya azərbaycanlılarının həmrəylik günü münasibəti ilə təbrik etdi, onlara can sağlığı və işlərində müvəffəqiyyətlər arzuladı.

İcra başçısından sonra çıxış üçün söz alan Bakı Dövlət Universiteti Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Azərbaycan Respublikası Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin nümayəndəsi Şəmil Allahverdiyev, Respublikanın Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi Ramiz Tağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkim əvəzi Sevda Məmmədova rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə, eləcə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllim və valideynlər, bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildirib, ən xoş arzularını çatdırdılar.

www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:31 Regionlarda iık dəfə: Bağcalar arasında vətənpərvərlik mövzusunda müsabiqə keçirilib - Qazaxda Rəcəb Babaşov qayğısı ilə körpələrin də diqqətini cəlb etdi Dünən Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında ilk dəfə olaraq genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “İlin ən yaxşı bağçası” müsabiqəsi keçirilib. Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən müsabiqənin əsas
09:47 GƏNCƏ DÖVLƏT UNİVERSİTETİ: İNKİŞAFIN YÜKSƏK MƏRHƏLƏSİNDƏ Respublikamızda sayılıb-seçilən, təhsilimizdə xüsusi yeri və çəkisi olan elm ocaqlarından biri də Gəncə Dövlət Universitetidir. Gözəl ənənələrə və şərəfli tarixə malik olan bu universitet ölkəmizə minlərlə ixtisaslı kadrlar vermişdir. Qərb regionunda ən nüfuzlu təhsil ocağı olan Gəncə
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az