t s

» » Milli Məclisin deputatı Əflatun Amaşov cənab İlham Əliyevi təbrik etdi...

Milli Məclisin deputatı Əflatun Amaşov cənab İlham Əliyevi təbrik etdi...

24-12-2017, 22:00 Yazar:  Gülnar Baxılıb: 235 Çap et
Milli Məclisin deputatı Əflatun Amaşov cənab İlham Əliyevi təbrik etdi...
Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Mediaxeberleri.az
-ın məlumatına görə, təbrik məktubunda bildirib ki, İlham Əliyev parlaq simadır, şəxsiyyətdir, əsl liderdir. Elə liderlər var ki, onların öz xalqı və milləti naminə xidmətləri yalnız üzərindən illər keçdikdən sonra layiqli qiymətini alır. Bu mənada şübhəsiz, onun da özünə vətəndaşlıq hüququnu gələcəkdə qazanacaq xidmətləri yetərincədir. Ancaq İlham Əliyev həm də xalq üçün dəyəri bu gün aşkar görünən nəhəng proseslərin memarı və idarəedicisidir. Onun tariximizdəki rolunun qiymətləndirilməsi üçün zaman kəsiyinə ehtiyac yoxdur.

İlham Əliyev Azərbaycanın demokratik inkişafında söz və ifadə azadlığı prinsipini idarəçiliyin başlıca şərti bəyan edən, mövcud xüsusda kütləvi informasiya vasitələrinin inkişafına böyük dəstək göstərən, jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına həssas yanaşan işıqlı liderdir. Buna görə də jurnalistlərin dostudur. Onun jurnalistlərlə dostluğu bütün dostluqların fövqündədir. Bu dostluqda Azərbaycanı daha yüksəklərdə görmək, bunun üçün var gücü ilə çalışmaq, strateji sahə olan medianın peşəkarlığını milli mənafelər naminə səfərbər etmək əzmi, qayəsi səmimiyyətə söykənən tərəfdaşlıq var.

Azərbaycan jurnalistləri üçün dövlət başçısı ilə dostluq böyük şərəfdir. Jurnalistlərin əbədi dostu olan cənab İlham Əliyevi 56 yaşının tamam olması münasibətilə bir daha ürəkdən təbrik edirəm. Əminəm ki, Azərbaycanımızın gələcək uğurları da məhz onun adı ilə bağlı olacaqdır. Uca Tanrı Vətənimizin daha da çiçəklənməsi naminə yorulmaz fəaliyyətində cənab İlham Əliyevə yar və yardımçı olsun!




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az