t s

» » Saçınızı, dırnağınızı hara gəldi atmayın

Saçınızı, dırnağınızı hara gəldi atmayın

24-12-2017, 21:31 Yazar:  Gülnar Baxılıb: 402 Çap et
Saçınızı, dırnağınızı hara gəldi atmayın
Allah insana yüksək dəyər vermişdir, onu hörmətə, ehtirama layiq bir şəkildə yaratmışdır.

Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır:

"Biz Adəm oğlunu mükərrəm, yəni möhtərəm olaraq yaratdıq".

İnsanın özü möhtərəm sayıldığı kimi, orqanları da ehtirama layiqdir. Ona görə də insanın hər hansı bir orqanının satılmasına icazə verilmir. İnsan orqanlarının pis yerlərə tullanması da ən azı özünə hörmətsizlikdir. Bu mənada insan öz vücudundan ayrılan parçalara həmişə ehtiram göstərməlidir. Dırnaq ucları və kəsilən saçlar hara gəldi atılmamalıdır. Əvvəllər belə bir qayda var idi ki, bu saydıqlarımızı həmişə əldən-ayaqdan uzaq bir yerdə basdırardılar. İndi böyük şəhərlərdə yaşayan yüz minlərlə insan bəlkə də öz dırnağını və ya saçını basdırmağa əziyyət çəkir. Ona görə də məsləhətdir ki, onları kağıza büküb zibil qabına atsınlar. Yəni saçı və ya dırnağı açıq şəkildə tullamaq düzgün deyil.

İşin başqa bir tərəfinə də baxaq: ola bilsin ki, kiminsə saçı və ya dırnağı başqasına pis təsir göstərə, onun ürəyini bulandıra bilər. İnsanların iyrənməsinə səbəb olmaq onların haqqını tapdalamaqdır. Ona görə də saç və ya dırnaq məsələsində həssas davranmaq lazımdır. Uca Peyğəmbərimiz (s.ə.s.) dırnaqlarını müəyyən günlərdə səliqə ilə kəsər və heç kimin görmədiyi yerdə basdırardı.
Bərbərxanalarda hər gün neçə-neçə insanın saçı qırxılır. Təbii ki, bərbərin hər gün yer qazıb saç basdırmaq imkanı yoxdur. Ancaq bərbərin o saçları havaya sovurması da insanlara qarşı haqsızlıqdır. Bərbər o kəsilmiş saçları bir kağıza bükməli və ya torbaya yığmalı, möhkəmcə bağlamalı, açılmayacağından, dağılmayacağından əmin olduqdan sonra zibil qutusuna atmalıdır. Yəni hər sahədə olduğu kimi bu cür məsələlərdə də dinimizin, əxlaqımızın asan tərəfləri var.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
01:08 Saçınızı, dırnağınızı hara gəldi atmayın Allah insana yüksək dəyər vermişdir, onu hörmətə, ehtirama layiq bir şəkildə yaratmışdır. Bununla bağlı Qurani-Kərimdə belə buyurulmaqdadır: "Biz Adəm oğlunu mükərrəm, yəni möhtərəm olaraq yaratdıq".İnsanın özü möhtərəm sayıldığı kimi, orqanları da ehtirama layiqdir. Ona görə də insanın hər hansı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
09:42 Sayılmış ən böyük rəqəm Dünyanın ən böyük rəqəmi deyə bir şey yoxdur. Çünki rəqəmlər sonsuza qədər gedər ancaq sayılmış ən böyük rəqəmi sizlərlə paylaşmaq istədik. Aşağıda gördüyünüz rəqəm, bu günə qədər çatıla bilmiş ən böyük rəqəmdir. Yəni bir bir sayılmışdır, minlərlə maşın istifadə edilmişdir, kompüterlər 4 il boyunca
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az