t s

» » Regionlarda iık dəfə: Bağcalar arasında vətənpərvərlik mövzusunda müsabiqə keçirilib - Qazaxda

Regionlarda iık dəfə: Bağcalar arasında vətənpərvərlik mövzusunda müsabiqə keçirilib - Qazaxda

24-12-2017, 14:31 Yazar:  İlham Hacalı Baxılıb: 1191 Çap et
Regionlarda iık dəfə: Bağcalar arasında vətənpərvərlik mövzusunda müsabiqə keçirilib - Qazaxda
Rəcəb Babaşov qayğısı ilə körpələrin də diqqətini cəlb etdi

Dünən Qazax şəhərində fəaliyyət göstərən bağçalar arasında ilk dəfə olaraq genişmiqyaslı şəkildə vətənpərvərlik ruhunda “İlin ən yaxşı bağçası” müsabiqəsi keçirilib.
Qazax rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən müsabiqənin əsas məqsədi bağçaların və kollektivlərinin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun müqabilində uğurlu inkişafı təmin etməkdir. “İlin ən yaxşı bağçasını” seçmək, ən əsas da körpə balaların vətənpərvərlik ruhunda tərbiyəsini artırmaq, onların Vətəninə, xalqına, doğma el-obasına sevgisini göstərməkdir.
Qazax mədəniyyət evinin böyük akt zalında keçirilən tədbirdə idarə, müəssisə , təşkilat rəhbərləri, rayonun ən aktiv fəalları iştirak etmişlər.

Müsabiqədə Qazax şəhər 1 saylı körpələr evi–uşaq bağçasının “Zəfər”, şəhər 2 saylı uşaq bağçasının “Bənövşə”, şəhər 3 saylı körpələr evi–uşaq bağçasının “Səma”, şəhər 4 saylı uşaq bağçasının “Lalələr”, şəhər 5 saylı körpələr evi–uşaq bağçasının “Göyəzən” və şəhər 6 saylı körpələr evi–uşaq bağçasının “Günəş” komandaları iştirak edib. 4 nominasiya: şeir, mahnı, rəqs və səhnəciklər üzrə keçirilən müsabiqədə komandalar bir-birindən maraqlı çıxışlar nümayiş etdiriblər.
Azərbaycan Himninin səsləndirilməsi ilə başlayan tədbirdə aparıcılar çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda körpə balaların azad və firəvan şəkildə böyümələri üçün göstərilən diqqət və qayğıdan söz açıb, münsiflər heyətinin üzvlərini və komandaları tədbir iştirakçılarına təqdim ediblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək bütün tədbir iştirakçılarını “ Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və “Yeni il” münasibətilə, təşkil olunan möhtəşəm bayram münasibətilə səmimi qəlbdən təbrik edib, ən xoş arzularını çatdırıb. Bildirib ki, “ölkəmizdə uşaqlar daim yüksək diqqət, qayğı və nəvazişlə əhatə olunublar. Cəmiyyətimiz həmişə uşaqlara məhəbbətlə yanaşıb, onların sağlam, gümrah, eyni zamanda, savadlı və vətənpərvər ruhda böyümələri üçün əllərindən gələni əsirgəməyib. Azərbaycanda uşaq problemlərinin həlli həmişə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.
İcra Başçısı Rəcəb Babaşov qeyd edib ki, Azərbaycanda uşaq siyasətinin əsası ümumilli lider Heydər Əliyev tərəfindən qoyulub. Müstəqil Azərbaycan dövlətinin qurucusu olan ulu öndər uşaqları sonsuz məhəbbətlə sevir, onlara böyük qayğı və diqqət göstərirdi. Azərbaycan körpələrinin sağlamlığı, onların yaxşı təhsil və tərbiyə alması, Vətən və xalq üçün gərəkli övlad kimi böyüməsi ümummilli liderin daim diqqətində olmuşdur.

Ulu öndərin yaratdığı və nəsillər üçün miras qoyduğu ənənələr bu gün də uğurla davam etdirilir. Respublika Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Heydər Əliyev Fondunun gördüyü işlər bu ənənələrin hələ uzun illər yaşayacağına və Azərbaycan körpələrinin taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Prezident İlham Əliyevin 2008-ci il 22 dekabr tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsi də Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.

Rəcəb Babaşov qeyd edib ki, ölkəmizdə bu sahədə aparılan əsrarəngiz işlərə Qazax rayonunda da hər addımda rast gəlmək mümkündür. Hər zaman diqqət və qayğı ilə əhatə olunmuş rayonumuzun körpələri üçün də Qazaxın Xanlıqlar, Kosalar, Daş Salahlı, Cəfərli kəndlərində, eyni zamanda Qazax şəhərinin özündə ən müasir standartlara cavab verən körpələr evi-uşaq bağçaları yenidən tikilib və əsaslı təmir olunaraq istifadəyə verilib. Ümumilikdə isə 2018-ci ilin oktyabr ayına qədər Qazax rayonunda bütün bağçaların müasir formaya salınmasının başa çatdırılması nəzərdə tutulub.

Bu gün əminliklə deyə bilərəm ki, Qazax şəhərinin bütün bağçaları artıq hər bir uşağın, hətta valideynin arzuladığı formada fəaliyyət göstərir. İstilik sistemi ilə tam təchiz edilmiş işıqlı auditoriyalarda rəngarəng nağıllar dünyasını xatırladan atmosfer uşaqların gələcəyə möhkəm dayaqlar üzərində hazırlanmasını şərtləndirir. Bağçaların rəhbərliyi, müəllimləri hər bir uşağa öz övladı kimi yanaşaraq, onların yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması yönündə yorulmaz işlər görürlər. Bu gün bu müsabiqənin təşkil edilməsində də əsas məqsədimiz bu sahədə görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etməkdir. Mənim üçün tək münsiflərin verdikləri qiymətləndirməyə əsasən qalib olan bağça deyil, bütün bağçalar qalibdir. Mən bütün bağçaların kollektivlərini təbrik edirəm və arzu edirəm ki, belə müsabiqələrin sayı çox olsun.

Qazax RİH başçısının köməkçisi, baş münsif Əmin Abıyev, aparatın aparıcı məsləhətçisi Müşfiq Pirverdiyev, məktəb–liseyin Azərbaycan dili-ədəbiyyat müəllimi Nüşabə Yaqubova, Qazax Dövlət Dram Teatrının direktoru Saqif İskəndərov, şəhər 1 saylı Uşaq Musiqi Məktəbinin direktoru Gülnarə Əliyeva və şəhər 1 saylı klubda mədəni təşkilatçı Sərgül Kazımovanın üzv olduğu münsiflər heyəti hər nominasiya üzrə çıxışları qiymətləndirərək 10 ballıq sistem üzrə müvafiq qiymətlərini veriblər.
Hər 4 nominasiya üzrə toplanan yekun qiymətlərə görə qalib və digər yerləri tutan komandaların adları bəlli olub. Yekun qiymətləndirməyə görə Qazax şəhər 6 saylı körpələr evi-uşaq bağçasının “Günəş” komandası 194 balla bu il üzrə “İlin ən yaxşı bağçası” adına layiq görülüb. Şəhər 1 saylı körpələr evi-uşaq bağçasının “Zəfər” komandası müsabiqənin ikincisi olub. Üçüncü yeri isə iki komanda – şəhər 2 saylı uşaq bağçasının “Bənövşə” və şəhər 3 saylı körpələr evi–uşaq bağçasının “Səma” komandaları bölüşüblər.

Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qalib olan bağçanın kollektivinə Fəxri Fərman, qiymətli hədiyyələr və pul mükafatı təqdim edib. Digər yer tutan komandalar da müvafiq hədiyyələrlə mükafatlandırılıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az