t s

» » Şəhidin yası, molla və Yusif - Züleyxa eşqindən bəhs edən surə...

Şəhidin yası, molla və Yusif - Züleyxa eşqindən bəhs edən surə...

18-12-2017, 14:02 Yazar:  Gülnar Baxılıb: 303 Çap et
Şəhidin yası, molla və Yusif - Züleyxa eşqindən bəhs edən surə...
Quran Allah tərəfindən əmrlərinə, tövsiyyə və qadağalarına əməl olunmaq üçün nazil edilib. Təəssüf ki, əksər insanlar ona and içməklə evdə, qapalı- bükülü halda, hündür əlçatmaz yerdə saxlayır. Onu həbs edirlər, Quranı oxumurlar, maşınların ön şüşələrindən asırlar ki, onları qəzadan qorusun. Yas yerlərində molla oxuyur və heç kəs heç nə anlamır. Gülməli deyilmi? Quran ölülər kitabı deyil. Quran həyat və dirilik kitabıdır. Çünki əbədi və ikinci həyatın olması ancaq bu kitabda geniş açıqlanıb. Hədisdə Allah Elçisi buyurur ki, üç şey Qiyamətdə şikayət edəcək: Xərabə qalmış məscid əhalidən, sual verilməyən alim camaatdan və evdə oxunulmayan Quran sahibindən...

Quran oxumaq üçündür. İlk əmri də "oxu" dur. Ancaq bizdə bu kitabı heç dindarlar da oxumur. Ondan yalnız şərdən və ziyandan qorunmaq üçün bir qalxan kimi istifadə edirlər. Ona görə də hərə bir dinə, bir məzhəbə qulluq edir və əsl hədəfdən uzaq düşülür. Ərəbcə oxunulan Qurandan heç kəs heç nə anlamayacaqsa, onu oxumağın da mənası yoxdur. İnsanın anlamadığı bir sətirlərin ona nə faydası ola bilər? Tutaq ki, bir dəstə dəvəyə Nizaminin "Sirlər Xəzinəsi" ni oxusaq dəvələrə nə faydası olacaq? Əlbəttə heç nə. Din xadimi oxuduğunu anlatmalı, nəinki tərcümə etməli, hətta şərh də verməlidir. Sağlığında ərəbcə bilməyən ölü öləndən sonra ərəb dilini necə öyrənir bir saatın içində? Bəlkə tərcüməçi mələklər də var? Axı mollaların çoxu da ərəbcə bilmir, oxuduqları surələrin, dua və təlqinlərin anlamını bilmirlər. İşdir birdən mərhum cənazədən dirilib mollaya sual versə ki, Quran Allah tərəfindən əmrlərinə, tövsiyyə və qadağalarına bütün insanlar tərəfindən əməl olunmaq üçün nazil edilib - göndərilib. Onu oxumaq və əməl etmək hər kəsə vacibdir. Ancaq təəssüf ki, əksər insanlar Quranı evdə, qapalı- bükülü halda hündür bir əlçatmaz yerdə saxlayır və ancaq and yeri kimi gizlədirlər. Onu həbs edirlər. Oxumurlar. Maşınlardan ön şüşələrdən asırlar ki, onları qəzadan qorusun. Yas yerlərində molla oxuyur və heç kəs heç nə anlamır. Gülməli deyilmi ? Habelə ağlamalıdır ! Quran ölülər kitabı deyil. Quran həyat və dirilik kitabıdır. Çünki əbədi və ikinci həyatın olması ancaq bu kitabda geniş açıqlanıb. Hədisdə Allah Elçisi buyurur ki, üç şey Qiyamətdə şikayət edəcək: Xərabə qalmış məscid əhalidən, sual verilməyən alim camaatdan və evdə oxunulmayan Quran sahibindən...

Quran oxumaq üçündür. İlk əmri də "oxu" dur. Ancaq bizdə bu kitabı heç dindarlar da oxumur. Ancaq şərdən və ziyandan qorunmaq üçün bir qalxan kimi istifadə edirlər. Ona görə də hərə bir dinə,bir məzhəbə qulluq edir və əsl hədəfdən uzaq düşülür. Quran əgər ərəbcə oxunub heç kəs heç nə anlamayacaqsa onun bir faydası yoxdur. İnsanın anlamadığı şeydən nə xeyri ola bilər? Tutaq ki, bir dəstə dəvəyə Nizaminin "Sirlər Xəzinəsi" ni oxusaq dəvələrə nə faydası olacaq? Əlbəttə heç nə. Ancaq və ancaq din xadimi oxuduğunu anlatmalı, nəinki tərcümə etməli, hətta şərh də verməlidir. Sağlığında ərəbcə bilməyən ölü öləndən sonra ərəb dilini necə öyrənir bir saatın içində? Bəlkə tərcüməçi mələklər də var? Axı mollaların çoxu da ərəbcə bilmir, oxuduqları surələrin, dua və təlqinlərin anlamını bilmirlər. İşdir birdən mərhum cənazədən dirilib mollaya sual versə ki, ağa filankəs, bu mənimçün oxuduğun nədir əcəba, mənə izah edə bilərsənmi? Görəsən o molla ona nə cavab verər? Hüzn məclisinə, cənazə namazına yığışanların yanında xar olmazmı? Əlbəttə olar!

İslam əməl və yaşam dinidir. Quranı 50 il evdə dustaq saxlamaqdansa, ondan bir hərf öyrənmək və öyrətmək savabdır. Quranı suvenir kimi istifadə etmək nadanlıqdır. Quran xalçaların üstündə asılmaq üçün, avtomobillərin şüşəsindən sallanmaq üçün nazil olmayıb. Quran oxunmaq, başa düşülmək və yaşanmaq üçün endirilib. Quranda Allah özü "Cümə" surəsində belə şəxsləri "kitab yüklənmiş mərhəblər" adlandırır.

Quranın kağızı, yazısı adi əşyadır və adi hərflərdir. Onun mahiyyəti uludur, ucadır və müqəddəsdir. Onun kağızını, cildini öpmək və qucaqlamaq yox, onun içindəkilərə əməl etmək vacibdir. Nə çox Quranın əmrlərini tapdayıb cildini öpüb gözünün üstünə qoyanlar gördük...

Quranın kağızı və kartonu yox, onun kəlamı, əmrləri müqəddəsdir. İçindəkinə əməl etmədən kitabı öpən adam işığa tamaşa edən kora bənzər. Yəni, İmam kağızın və mürəkkəbin müqəddəsliyini deyil, Quranın əmrlərinin və mahiyyətinin, bariz daşıyıcısı və canlı nümunəsi olan özünün, yəni, insanın toxunulmazlığını irəli sürür.

4-cü İslam xəlifəsi, 1-ci İmam, böyük və dahi şəxsiyyət İmam Əli onun əmrinə tabe olmayıb üsyana qalxan Şam valisi, mənfur və alçaq Müaviyyə ilə "Suffeyn" adlı savaşda məkrli Müaviyyə məğlub olduğunu görüb. Quran müshəflərini parçaladıb nizələrə taxdıraraq göyə qaldırtdırmışdı ki, biz sülh və danışıqlar istəyirik. İmam Əli isə bunun hiylə olduğunu bilərək öz tərəfdarlarına buyurmuşdu ki, vurun tökülsün, o kağız və mürəkkəbdir, əsl canlı Quran mənəm ki, onlar mənə qılınc çəkiblər...

Ona görə də, Quranın suvenir kimi, gözmuncuğu misalında , ancaq and içmək, altından bəy-gəlin keçirtmək, yas yerində oxumaq kimi istifadə olunması doğru deyil. Əgər yas mərasimində Quran oxunursa, bu yaxşıdır, savabdır. Ancaq gərək anlamı da izah olunsun və ölüyə, ölümə, həmin mərasimin mahiyyətinə aidiyyəti olan ayə və surələr oxunsun. Bir şəhidin yasında Yusifin Misirdə sultanlıq etməsindən və Züleyxa ilə eşq macərasından bəhs edən "Yusif" surəsini mərhuma nə aidiyyatı var?! Bu ona bənzər ki, ədəbiyyat dərsində Nyutonun qanunlarından və ya ali riyaziyyatdan danışasan.

Tural İrfan
İlahiyyatçı




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az