t s

» » İkinci gündə daha 1 gümüş və 1 bürünc medal

İkinci gündə daha 1 gümüş və 1 bürünc medal

26-03-2015, 02:57 Yazar:  Aygün Baxılıb: 611 Çap et
İkinci gündə daha 1 gümüş və 1 bürünc medalPolşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İlk dəfə keçirilən U-23 Avropa çempionatında 19-23 yaş arası idmançılar mübarizə aparır.

Çempionatın ikinci günündə 61, 70, 86 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışıb.

61 kq çəki dərəcəsində mübarizə aparan Əhmnədnəbi Qvarzatilov ilk görüşdə Serbiya təmsilçisini məğlub etsə də, növbəti görüşdə uduzub. Ancaq rəqibinin finala yüksəlməsi ilə təsəlliverici görüşə qatılıb. Belarus təmsilçisi ilə görüşdən qalib ayrılan güləşçimiz bürünc medal uğrunda həlledici görüşə çıxıb. Türkiyə idmançısı ilə gərgin keçən qarşılaşma rəqibin xeyrinə tamamlanıb. Əhmədnəbi Qvarzatilov çempionatı 5-ci sırada tamamlayıb.

86 kq çəkidə təmsilçimiz Məhəmmədhacı Xatiyev ardıcıl olaraq Türkiyə, Macarıstan, Yunanıstan və yarımfinalda Rusiya güləşçiləri üzərində inamlı qələbələr qazanıb. Qızıl medal uğrunda final görüşündə güləşçimizin rəqibi Belarus təmsilçisi olub. Gərgin keçən qarşılaşma rəqibin qələbəsi ilə başa çatıb, təmsilçimiz gümüş medalla kifayətlənib.

125 kq-da mübarizə aparan Əli Maqomedabirov 1/4 finaldan yarışa qoşulub. İlk görüşdə məğlub olsa da rəqibin finala yüksəlməsi güləşçimizə bürünc medal uğrunda görüşə haqq qazandırıb. Həlledici görüşdə təmsilçimiz Ukrayna idmançısına qalib gəlib və çempionatın bürünc medalına sahib olub.

Beləliklə, U-23 Avropa çempionatında sərbəst güləş yarışları yekunlaşıb. Sərbəst güləş yığmamız çempionatı 2 gümüş (Məhəmmədhacı Xatiyev (86 kq) və Nurməhəmməd Hacıyev (97 kq)) və 2 bürünc (Məhəmməd Müslümov (65 kq) və Əli Maqomedabirov (125 kq)) medalla tamamlayıb. Bu nəticə ilə sərbəst güləşçilərimiz U-23 Avropa çempionatını komanda hesabında 48 xal toplayaraq 3-cü pillədə başa vurub. Rusiya 61 xalla birinci, Gürcüstan 57 xalla ikinci sırada qərarlaşıb.

61 kq
1/8 final - Jakub Sikora (SRB) - Əhmədnəbi Qvarzatilov 0:10
1/4 final - Əhmədnəbi Qvarzatilov - Volodya Franqulyan (ARM) 0:6
Təsəlliverici görüş - Dzianis Maksimov (BLR) - Əhmədnəbi Qvarzatilov 3:14
Bürünc medal görüşü - Əhmədnəbi Qvarzatilov - Recep Topal (TUR) 4:5

70 kq
1/8 final - Andrey Karpaç (BLR) - Murad Süleymanov 7:3

86 kq
1/16 final - Məhəmmədhacı Xatiyev - Fatih Erdin (TUR) 6:4
1/8 final - Gergeli Gyurits (HUN) - Məhəmmədhacı Xatiyev 0:11
1/4 final - Məhəmmədhacı Xatiyev - Timofey Ksenidis (GRE) 9:1
1/2 final - Şamil Kudyamaqomedov (RUS) - Məhəmmədhacı Xatiyev 6:7
FİNAL - Aleksandr Huştin (BLR) - Məhəmmədhacı Xatiyev 11:6

125 kq
1/4 final - Əli Maqomedabirov - Giorgi Meşvildişvili (GEO) 0:7
Bürünc medal görüşü - Əli Maqomedabirov - Danito Kartavi (UKR) 8:1




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:28 Güləşçilərimizdən 2 medal: erməni rəqibini 12:0 yendi Azərbaycan idmançıları Polşada 23 yaşadək güləşçilər arasında keçirilən Avropa Çempionatının ilk günündə 2 medal qazanıblar Azərbaycan Güləş Federasiyasından (AGF) Trend-ə verilən məlumata görə, Polşanın Valbrzix şəhərində güləş üzrə U-23 Avropa çempionatı start götürüb. İlk dəfə keçirilən U-23
01:15 Güləşçilərimiz Polşaya gedir Avropa çempionatında 19-23 yaşarası idmançılar mübarizə aparacaq. Polşanın Valbrzix şəhərində martın 24-29-da güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək. Yığma komandalarımız çempionatda tam heyətlə iştirak edəcək. Azərbaycan Güləş Federasiyasından Mediaxeberleri.az-a bildirilib ki, ilk dəfə
10:12 Xetaq Qazyumov qızıl medalı belə qazandı - VİDEO Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran Pri turniri start götürüb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, turnirdə sərbəst güləş üzrə ölkə yığma komandasının üzvləri iştirak edir.
08:56 Sərbəst güləşçilərimiz Minskdə mübarizə aparacaqlar Martın 6-7-də Belarusun paytaxtı Minskdə Aleksandr Medvedin mükafatı uğrunda sərbəst və qadın güləşi üzrə böyüklər arasında 45-ci beynəlxalq Qran-pri turniri keçiriləcək. Turnirdə sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvləri də iştirak edəcək. Mediaxeberleri.az AZƏRTAC-a istinadən
23:33 Qadın güləşçimizdən inamlı qələbə Mariya Stadnik vaxtından əvvəl tam üstünlüklə qələbə qazanıb. İsveçin Klippan şəhərində qadın güləşi üzrə açıq beynəlxalq turnir keçirilib. Güləş Federasiyasından Mediaxeberleri.az-a verilən məlumata görə, qadın güləşi üzrə yığma komandamız turnirdən tam heyətlə iştirak edib. Güləşçilərimiz

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az