t s

» » Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO

Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO

12-12-2017, 19:25 Yazar:  Samir Aslan Baxılıb: 220 Çap et
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
"Müasir Azərbaycan Gənclər" İctimai Birliyi Tibb Universitetinin Tədris Terapevtik Klinikasında ulu öndər Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirib.

Bakı və Sumqayıtın müxtəlif təhsil ocaqlarında təhsil alan tələbələri, eləcə də özəl şirkətlər və dövlət qurumlarında işləyən gəncləri ətrafında cəmləyən ictimai birlik ümumilli liderin anım günü ilə əlaqədar ilk öncə I Fəxri Xiyabana yollanaraq ümummilli lider Heydər Əliyevin və görkəmli oftamoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, məzarları önünə güllər düzüb. Daha sonra Şəhidlər Xiyabanını ziyarət edən gənclər vətən üçün canından keçən oğul və qızlarımızı yad edib, onların keçdiyi döyüş yollarını bir daha xatırlayıb.

Anım günü Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında xeyriyyə məqsədli qanvermə aksiyası ilə davam etdirilib. Ümumilikdə qanvermə aksiyasında "Müasir Azərbaycan Gənclər" İctimai Birliyinin 50-yə yaxın üzvü iştirak edib. İctimai birliyin sədri Orxan Fəxrəddinovun sözlərinə görə, bu tədbir yeni yaranan ictimai birliyin ilk işi olsa da qarşıda gəncləri daha böyük layihələr, tədbirlər gözləyir.

Ulu öndər Heydər Əliyevin Azərbaycan gəncliyinə dəstəyinin danılmaz olduğunu qeyd edən Orxan Fəxrəddinov gənclər siyasətinin cənab prezidentimiz İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini, gənclərin də bu dəstəyi hiss edib məsuliyyətlərini dərk etdiyini və bu məqsədlə “Müasir Azərbaycan Gənclər” İctimai Birliyinin ətrafında birləşdiklərini qeyd edib. Onun sözlərinə görə, ictimai birliyin əsas məqsədi Azərbaycançılıq ideologiyasının təbliği, sərhədlərimizin hüdudları çərçivəsində, eləcə də ölkəmizin hüdudları xaricində gənclərimizin intellektual və fərdi inkişafını təmin etmək, xarici ölkələrdə yaşayan azərbaycanlı gənclər ilə ölkəmizdə yaşayan gənclərin şəbəkələşməsini, daha sıx əməkdaşlığını təmin etmək, Azərbaycan mədəniyyətinin dünyaya tanıdılmasında, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında gənclərin düzgün istiqamətlənməsini təmin etməkdir.

MAG İB ilə gənclər yerli və beynəlxalq layihələrdə iştirak edəcək, son dövrlərdə ölkəmizdə müşahidə olunan ictimai proseslərdə iştirak edə biləcək, dövlətin gənclər siyasətindən irəli gələn real imkanları dəyərləndirəcək, asudə vaxtlarını səmərəli keçirəcək, əylənərək öyrəndiklərini həmyaşıdları ilə paylaşmaq imkanı qazanacaqlar. Elə bu günkü tədbir ilə də talassemiya, leykemiya, QİÇS və s. qan xəstəliklərindən əziyyət çəkən vətəndaşlara donor olaraq dəstək olublar.

Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO
Heydər Əliyevin anım gününə həsr olunan qanvermə aksiyası keçirilib - FOTO




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
10:10 Əbədiyaşarlıq rəmzi - Əli Həsənov Heydər Əliyevdən YAZDI XX əsrin sonlarında yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan Respublikasında hüquqi, demokratik dövlət quruculuğu və vətəndaş cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən siyasi islahatlar strategiyası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanın ən mürəkkəb və
10:06 Kamal Abdulla: “Azərbaycanda radikal və ekstremist cərəyanların fəaliyyəti xeyli məhdudlaşıb” - MÜSAHİBƏ Yeni mədrəsələrin açılmasına hazırlıq işləri görülür” Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullanın APA-ya müsahibəsi - “Multikulturalizm ili” çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində hansı işlər
18:09 Rufiz Qonaqov və Elşad Mirbəşiroğlu: “Böyük şəxsiyyətin təkrarsız portret cizgiləri ” MƏQALƏ Klassik alman fəlsəfəsinin yaradıcılarından olan Hegel tarixi şəxsiyyətlərin xarizması haqqında belə qeyd edirdi: “Tarixi simalara fərdlərin maraqlarını, beləliklə, həm də ehtiraslarını təşkil edən ümumi cəhətlər baxımından yanaşmaq lazımdır. Onlar məhz ona görə böyük simalar sayılırlar ki, böyük,
17:30 İlham Əliyev-müasir demokratik siyasi lider obrazı Həyat şahmat taxtasında həlledici fiqurlarla bağlı olan ən vacib məhfum liderlikdir. Lider olmaq və proseslərin nəbzini öz barmaqları altında saxlamaq istəyi çoxlarında ola bilər. Lakin bu istəklə real lider olmaq arasında qət edilməsi əksər hallarda mümkün olmayan məsafə mövcuddur. Özlərinin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az