t s

» » Evenjeliklər Qüsdün İsrailin paytaxtı olmasını niyə istəyir?

Evenjeliklər Qüsdün İsrailin paytaxtı olmasını niyə istəyir?

10-12-2017, 01:35 Yazar:  Gülnar Baxılıb: 179 Çap et
Evenjeliklər Qüsdün İsrailin paytaxtı olmasını niyə istəyir?
ABŞ prezidenti Donald Trampın Yerusəlimdəki Amerka səfirliyinin Qüds şəhərinə köçürülməsi haqqında verdiyi qərarla üç ilahi dinin müqəddəs şəhəri olan Qüds üzərindən qorxunc planlar həyata keçirilməyə başlanıb. Bəs bu planların arxasında kimlər hansı məqsədlə dayanır?

Bu suala cavab vermək üçün Qüds ətrafında baş verənlərin kimlər tərəfindən planlandığına və bu planı quranların inanclarına yaxından diqqət yetirmək lazımdır.

Hər kəsə məlumdur ki, Qüdsün İsrailin paytaxtı olmasını istəyən hakim zümrə protestantların bir qolu olan evanjeliklərdir. Bir çox müsəlman evanjeliklərin Qüdsün İsrailin paytaxtı olmasını istəmələrinin onların musəvilərə sevgi və bağlılıqlarından qaynaqlandığını düşünürlər. Lakin bu cür düşünməklə yanılırlar. Çünki protestant inancına baxdıqda protestantlıq və onun əsas qolu olan evanjeliklikdə musəvilərə hz.İsanın qatilləri olaraq baxıldığını görürük. Bəs bu necə bir təzaddır ki, həm evanjeliklər musəviləri hz.İsanın qatili hesab edir, həm də Qüdsün musəvilərin dövləti olan İsrailin paytaxtı olması üçün bütün dünyanı qana bürüyəcək bir müharibəyə razı olurlar? Məsələnin əsl mahiyyətini bilənlər üçün isə əslində, burada heç bir təzad yoxdur.

Çünki protestantların inancına görə, musəvilərlə müsəlmanlar arasında böyük bir müharibə baş vermədikcə hz.İsa dünyaya geri dönməyəcək. Belə ki, həmin inanca əsasən, müharibədə xristianların yardımı ilə yəhudilər müsəlmanlar üzərində qələbə çalacaq və hz.İsa dünyaya yalnız bu zaman enəcəkdir. Bundan sonra baş verəcəklər haqqındakı protestantların irəli sürdükləri isə bəhs etdiyimiz məsələyə aydınlıq gətirəcək. Onların iddialarına görə, hz. İsanın dünyaya enişindən sonra protestantların hz.İsanın qatilləri saydıqları musəvilərlə böyük hesablaşmaları olacaq.

Təhrif olunan İncilə görə isə 144 min xristianlığı qəbul etmiş yəhudi istisna olmaqla bütün musəvilər xristianlar tərəfindən məhv ediləcək. Hal-hazırda Qüds ətrafında baş verən proseslər hz.İsanın enməsini təmin etmək üçün evanjeliklər tərəfindən planlanır. Məsələnin ən kilid nöqtəsi isə odur ki, öz iddialarının reallaşması yönündə musəvilərdən istifadə edən protestantların özləri də başqa bir güc tərəfindən istifadə olunurlar. Bu güc şeytanın yönləndirməsi ilə dünyada dinsiz sistem qurmaq üçün fəaliyyət göstərən Dəccal və onun komitəsidir. Dəccal komitəsi Allaha, hər üç ilahi dinə və mənəvi dəyərlərə qarşı müharibə elan etmiş dinsiz insanlardan ibarətdir. Bu dinsiz komitənin əsl məqsədi musəvi və xritianlara yanlış istiqamət verərək onları ilkin mərhələdə müsəlmanlarla savaşdırmaq, daha sonra isə müsəvələrin xritianlar tərəfindən yox edilməsini təmin etməkdir. Görüldüyü kimi Qüds üzərində planlanan hadisələrlə heç bir dinin mənsubları üçün xeyir düşünülmür, əksinə mərhələli şəkildə hər üç ilahi dinin yox edilməsi nəzərdə tutulur.

Lakin bu həqiqətlərə rəğmən protestant və musəvilər içərisindəki güc sahibi bir çox qruplar bütün dini qaynaqlarda adı keçən böyük azdırıcı Məsih Dəccalın oyununa gələrək müsəlmanlara qarşı böyük bir müharibəyə hazırlaşırlar. Bu hadisələr yaşanarkən müsəlmanların üzərinə düşən vəzifə Qurana möhkəm sarılmaları və Peyğəmbərimizin müsəlmanların necə davranmalı olduqlarına dair tövsiyələrinə uyğun hərəkət etmələridir. Peyğəmbərimiz axırzaman müsəlmanlarını hz.Mehdi ilə müjdələmiş və iman gətirənlərin birləşərək Dəccalın bu oyununu pozmalarını tövsiyə etmişdir. Dünya çox böyük bir fəlakətə sürüklənərkən müsəlmanlar dünya miqyasında şeytanın yanlış istiqamətləndirdiyi insanlarla doğruları çatdırmaqla mükəlləfdirlər. İlk olaraq musəvi və xristianlara dinsiz bir komitə tərəfindən aldadıldıqları izah edilməli və gələcəkdə özlərinin də dəccali sistem tərəfindən məhv ediləcəklərinə dair plandan xəbərdar edilməlidirlər. Necə ki, şeytan dayanmadan insanları müharibələrə, qətliamlara, sel kimi qan axıtmağa təşviq edirsə, müsəlmanlar da onun tam əksinə, insanları yorulmadan sülhə, qardaşlığa, mərhəmətə dəvət etməlidirlər.

Müsəlmanların baş verən hadisələrə qarşı verəcəkləri ən gözəl cavab İslam birliyinin qurulması üçün dərhal hərəkətə keçmələridir. Unutmamaq lazımdır ki, hər hadisə Allahın yaratması ilə baş verir. Müsəlmanlar hər zaman Allahın ədalətinə güvənməli, Onun hadisələrdə yaratdığı hikməti görməyə çalışmalıdırlar. Allahın bu cür hadisələri yaratması ilə müsəlmanların birləşmələrini, həmrəy olmalarını istəməsi çox açıqdır. Allahın izni ilə müsəlmanların birləşməsi ilə dünyada yaşana biləcək çox böyük fitnə və insan qətliamlarının qarşısı alına bilər. Bunun üçün hər bir müsəlman bir saniyə belə itirmədən bu istiqamətdə bütün gücünü səfərbər etməlidir.

İlahiyyatçı Ramiq Vəliyev




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:45 Dövlət müşavirindən məscidin sökülməsinə - Reaksiya Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri akademik Kamal Abdullayev Azərtac-a müsahibə verib. Mediaxeberleri.az
11:50 PEYĞƏMBƏRLƏRİN HƏYATINDA VƏ KƏLAMLARINDA ƏTRAF MÜHİTƏ MÜNASİBƏT Dünya dinləri tarixinə nəzər salsaq peyğəmbərlərin kəlamlarında, hədislərində əhalinin ətraf mühitə münasibətlərini müəyyənləşdirən ekoloji fikirlərə rast gələrik. Onların həyat fəaliyyəti belə fikirlərlə doludur. Əhalinin yeni dinə iman gətirmələri üçün göstərdikləri möcüzələr bu baxımdan faydalı
14:20 Tural Əhmədov: "İbadət qul ilə məbud arasındakı qulluq bağıdır" İSLAMDA İBADƏT Bildiyimiz kimi İslam dinində ibadətin xüsusi bir yeri vardır. Quran-ı Kərimdə də ifadə olunduğu kimi insanlar və cinlər ibadət etmək üçün yaradılmışdır. İbadət qul ilə məbud arasındakı qulluq bağıdır. Bu mənəvi hal, namazda tam zirvəsinə çatmalıdır ki, Allah Elçisi (s. a. a),
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az