t s

» » Ermənipərəst Fələstin, ya dost İsrail: Bakı kimi seçməlidir?

Ermənipərəst Fələstin, ya dost İsrail: Bakı kimi seçməlidir?

9-12-2017, 16:00 Yazar:  Gülnar Baxılıb: 927 Çap et
Ermənipərəst Fələstin, ya dost İsrail: Bakı kimi seçməlidir?
Real siyasətdə İsraillə sıx əməkdaşlığımız var, Fələstinlə isə elə də böyük münasibətlərimiz yoxdur.

Bu sözləri Axar.az-a siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyevin Qüds məsələsində yəhudilərə dəstək çağırışına münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib. Siyasi təhlilçi səsləndirilən fikirlərlə razılaşaraq Fələstinin keçmiş və indiki liderlərinin Azərbaycan üçün həssas mövzu olan Qarabağ məsələsində suallar yaradan mövqe ortaya qoyduqlarını, bəzən isə Ermənistana dəstək verdiklərini bildirib:

“Necə ki, Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunması ilə bağlı BMT-nin 4 qətnaməsi var və onlar yerinə yetirilməlidir, eləcə də BMT-nin Fələstin-İsrail münaqişəsi ilə bağlı qətnaməsi var. Orada Qüdslə bağlı mövqe əksini tapıb və bildirilir ki, bu şəhər tamamilə yəhudilərə aid deyil. Bu mövqedən çıxış edərək Trampın addımını yanlış hesab edirəm. Ancaq real siyasətdə Azərbaycanın İsraillə sıx əməkdaşlığı var. İsraildən silah alırıq, bu ölkəyə neft satırıq. Fələstinlə elə də böyük münasibətlərimiz yoxdur. Bu baxımdan da Azərbaycanın İsrailə qarşı sərt mövqe sərgiləməyinin əleyhinəyəm. Ankaradan fərqli olaraq, Bakı bu məsələdə doğru olaraq ehtiyatlı və həssas mövqe ortaya qoydu. Azərbaycan beynəlxalq hüquqa əsaslanır. Beynəlxalq hüquq həm Qarabağ, həm də Fələstin-İsrail münaqişəsi ilə bağlı nəyi ehtiva edirsə, o da yerinə yetirilməlidir. Bu baxımdan da konkret bu məsələdə Azərbaycanın İsrailin yanında olması təklifini bölüşmürəm”.

Sabiq dövlət müşaviri Qabil Hüseynli də Livandan Dağlıq Qarabağa gətirilən fələsətinlilərin bir hissəsinin vaxtilə ermənilərin tərəfində döyüşdüyünü təsdiqləyib:

“Fələstin Azadlıq Təşkilatının (FAT) ASALA ilə əlaqəsi haqqında da məlumatlar var. Bunları inkar etmək olmaz. Bəli, müəyyən faktlar və yanlışlıqlar olub. Ancaq Qüdslə bağlı müzakirələr, zənnimcə, bununla əlaqələndirilməməlidir. Çünki İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar dövlət elan edib və hər iclasda da Dağlıq Qarabağla bağlı xüsusi qətnamələr qəbul edir. Ümumiyyətlə, ərəb ölkələrinin bir çoxu Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hazırkı vəziyyət belədir ki, Azərbaycan İsraillə böyük strateji əlaqələr qura bilib. Rəsmi Bakının mövqeyi sözsüz ki, fərqli olmalıdır. FAT-ın rəhbəri vaxtilə Azərbaycanla bağlı nöqsanlara yol verdi və ASALA ilə əlaqələr qurdu. Bu məsələdə konkret günahkar SSRİ-nin keçmiş rəhbərliyidir. Fələstin bəzi məqamlarda ermənipərəst mövqü tutub, İsrail isə birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Amma Azərbaycan həm də beynəlxalq qanunları, BMT qətnamələrini əsas tutur. Bu günün reallıqları, müsəlman dünyası ilə daim inkişaf edən əlaqələrimiz Bakıya antiisrail mövqeyi tutmadan, Qüds məsələsində neytral bir mövqedən yanaşma tələb edir. Qüdsün açıq şəhər olması ideyasını irəli sürərək bu şəhərin sivilizasiyanın unikal bir mərkəzi kimi qorunub saxlanılmasının zəruriliyinin tərəfdarıyıq. Bəli, Qüds hazırda İsrailin ərazisi hesab olunur və yəqin ki, belə də qalacaq. Fələstinlilərin İsrailə paytaxt iddiasını müdafiə etməyə də bilərik, sadəcə, Qüdsün islam dininin müqəddəs mərkəzi olduğunu unutmamalıyıq”.

Qeyd edək ki, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev fələstinlilərin Qarabağ münaqişəsində vaxtilə ermənilərə dəstək olduğunu, əvəzində isə İsrailin hər zaman Azərbaycanın yanında olduğunu bildirərək, Azərbaycanı Qüds məsələsində yəhudilərə dəstək verməyə səsləyib. Z.Əliyev bunun üçün tutarlı səbəblərin olduğunu bildirib:

“Birincisi, Qarabağ müharibəsində heç bir fələstinli Azərbaycana yardım etmədi. Əksinə, muzdlu olaraq Ermənistan tərəfdən Azərbaycana qarşı döyüşdükləri rəsmi olaraq sübut olunub və bununla bağlı sənədlər də var. Hətta Fələstinin sabiq lideri Yasər Ərəfat Qarabağ müharibəsi ərəfəsində “Ermənilər də fələstin xalqı kimi haqqı tapdalanmış millətdir! Mən Ermənistanı dəstəkləyirəm” - deməklə siyasi baxışını göstərmişdi. Bundan başqa, Fələstin lideri Mahmud Abbasın açıq-aydın “Böyük Ermənistan”ı tanıdığını bəyan etməsi də məlumdur. ASALA rəhbəri A.Akopyan Fələstin Azadlıq Təşkilatının fəal üzvlərindən olub və FAT ASALA-nın bir qolunu maliyyələşdirib”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:48 Ermənistan təcavüzkar dövlətdir - “The Jerusalem Post” Ermənistan və İsrail dostluq münasibətlərini inkişaf etdirəcəklər. Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan və İsrailin regional əməkdaşlıq naziri Tsaxi Xaneqbi bu barədə razılığa gəliblər. Onlar ikitərəfli münasibətləri, təxirəsalınmaz regional və beynəlxalq problemləri də
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az