t s

» » Ərdoğanı zəiflədirlər?

Ərdoğanı zəiflədirlər?

25-03-2015, 20:02 Yazar:  Aygün Baxılıb: 394 Çap et
Ərdoğanı zəiflədirlər?"Stratfor" Araşdırmalar Mərkəzi bununla bağlı araşdırma aparıb

"Türkiyədə prezident Rəcəp Tayyip Ərdoğan ilə hakim Ədalət və İnkişaf Partiyası (AKP) arasında gərginlik artır. Partiya rəsmilərindən biri ölkə prezidentini hökumətin qərarını pislədiyi üçün tənqid edib. Bundan sonra partiya iclasları təxirə salıb."

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ-ın "Stratfor" Araşdırmalar Mərkəzi yazıb.

Bildirilir ki, bütün bunlar narahatlıq doğurmayacaq normal siyasətdir. Ancaq indi Türkiyədə baş verənlər kiçik məsələ sayıla bilməz. Türkiyədə hökumətlə xarizmatik lider arasında fikir ayrılığı media başlıqlarından düşmür. Türkiyə münaqişəylə əhatələnib. Cənubunda Suriya və İraq müharibələri, şimalında, Qara Dənizdən o tayda Ukrayna münaqişəsi, şimal-şərqində Dağlıq Qarabağ münaqişəsi və nəhayət, Gürcüstanda hökumət əleyhinə nümayişlər. Şimal-qərbində isə Yunanıstan iqtisadi böhranının həlli üçün bütün Avropa İttifaqını qarşısına alıb.

Yazının müəllifləri prezident R.T.Ərdoğanın müasir Türkiyə tarixində qeyri-adi fiqur olduğunu, dünyəvilik və din arasında balans yaratdığını vurğulayırlar. Onun hakimiyyəti altında Türkiyə kiçik dövlətdən böyük potensial əhəmiyyət daşıyan regional oyunçuya çevrilib: "Ancaq heç nə əbədi deyil. İqtisadiyyat zəiflədikcə, AKP-nin populyarlığı azalıb. Ancaq problem ondadır ki, hazırda Ərdoğanı əvəzləyəcək, Türkiyəni əhatəsinə alan və ölkə içindəki münaqişələri idarə edəcək şəxs yoxdur."

Problemlərdən biri də odur ki, R.T.Ərdoğan baş nazirlikdən prezidentliyi seçdi. O, hökumətin deyil, dövlətin başçısıdır. Davutoğlu güclü fiqur sayılmır və Erdoğan özünü faktiki hökumətin başçısı sayır. Ancaq AKP-nin içində də buna qarşı çıxanlar var.

Yazıda vurğulanır ki, Türkiyədə siyasi proseslərin inkişafının suriyalı, iraqlı, iranlı, səudiyyəli və amerikalılara təsiri var: "Zəiflədilmiş Ərdoğan və ya onun potensial varislərindən biri tarazlığı saxlaya biləcəkmi? Həm də Türkiyənin regional rolunun artdığı bir məqamda. Ərdoğan Türkiyənin güclü dövlətə çevrilməsində rol oynayıb. İndi sual olunur ki, balansı kim saxlaya biləcək – təzyiq altında olan Erdoğan və ya baş nazir postuna qoyduğu şəxs... Siyasi gərginliklərin çoxunun dünyaya dəxili olmur. Ancaq bu dəfə dəxili var".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:14 İstanbulda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçiriləcək “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyinin (TUMİB) Türkiyə Təmsilçiliyi 4 aprel 2015-ci il tarixində İstanbul şəhərində, Üsküdar bələdiyyəsinə aid möhtəşəm bir restoranda “Azərbaycan - Türkiyə Qardaşlıq Gecəsi” adlı tədbir keçirəcək. Bu barədə TUMİB-in Türkiyə təmsilçisi Lalə Həsənoğlu
09:41 Ərdoğan Krım tatarları ilə görüşdü Ukraynada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Krım tatarları Milli Məclisinin sədri Rıfat Çubarov ilə görüşüb. Ərdoğan, eyni zamanda, axıska türklərini də qəbul edib. Hər iki görüş mediaya qapalı şəkildə baş tutub. Ərdoğan Türkiyə hökuməti olaraq Ukraynada Krım tatarlarının
21:51 Ərdoğan: "Türkiyə güclü olsaydı, Qarabağ münaqişəsi də..." Əgər Türkiyə 90-cı illərin əvvəllərində indiki kimi güclü olsaydı, Dağlıq Qarabağ münaqişəsi də olmazdı. Mediaxeberleri.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Qonşu regionlardakı vəziyyəti şərh edən dövlət başçısı qeyd edib ki, ərəb
15:07 Üç ölkə biznes forum keçirdi - Forumda 350-dən çox rəsmi şəxs və iş adamı iştirak edib Batumidə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Türkiyənin Xarici İqtisadi Əlaqələr Təşkilatının (DEİK), Gürcüstanın “İnvest in Georgia” Milli İnvestisiya Agentliyinin təşkilatçılığı ilə Gürcüstan-Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. İqtisadiyyat və Sənaye
22:41 Ərdoğan Azərbaycandan danışdı - VİDEO “Hər üç ölkə prezidenti bu il görüşəcək”. Türkyə prezidenti Rəcab Tayyib Ərdoğan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovla görüşdən sonra Azərbaycanı da əhatə edən üçtərəfli layihədən söz açıb. Mediaxeberleri.az-ın ANS TV-yə istinadən məlumatına görə, o, hər üç ölkə prezidentinin bu il

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az