t s

» » Hidayətqızından Salyandakı dəhşətli cinayətlə bağlı Açıqlama

Hidayətqızından Salyandakı dəhşətli cinayətlə bağlı Açıqlama

7-12-2017, 13:17 Yazar:  Gülnar Baxılıb: 45 Çap et
Hidayətqızından Salyandakı dəhşətli cinayətlə bağlı Açıqlama
Salyan rayonunda ana və 4 qızının 3 il öncə əri və oğlu tərəfindən öldürülməsi “Xəzər TV” də yayımlanan Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişindən sonra bəlli olub. Belə ki, efirdə ana və qızlarının Türkiyəyə getməsi ehtimalının ictimailəşdilməsini qeyrətsizlik kimi qəbul edən ata və oğul törətdikləri cinayəti etiraf ediblər.

“Qafqazinfo”ya açıqlama verən X. Hidayətqızı bildirib ki, Mehparə Əliyeva və 4 qızının axtarışları üçün bacısı Dürdanə onlara müraciət edib: “Bu ailənin araşdırması ilə birbaşa özüm məşğul olurdum. Sorğu verib öyrəndik ki, onlar sərhədi keçməyiblər. Fikirləşdim ki, ölkədədirlərsə, ola bilməz ki 3 il ərzində hardasa görünməsinlər. Bizə çoxlu şübhəli zənglər gəlirdi. Kişi və qadın səsləri ilə başqa-başqa nömrələrdən zəng edib deyirdilər ki, filan yerdə gördüm. Hər dəfə bir ünvan deyilirdi. Əməkdaşlarımız da həmin yerlərə baş çəkirdi, amma boş çıxırdı. Bilirdik ki, bunlar məqsədli zənglərdir.

Bu işin izinə düşməyimizə Mehparə xanımla birgə işləyən bir qadın kömək etdi. O, bizə dedi ki, Fəqanı görüb və ondan anası ilə bacılarını soruşub. Fəqan ona deyib ki, onlar Türkiyəyə gedib. Biz onlar sərhədi keçmədiyini bildiyimiz üçün Fərhadla Fəqanın bu işdə əli olduğunu düşündük. Bundan sonra mən onların axtarışını saxlayıb Fərhadla Fəqanı axtarmağa başladım. Çünki biz uzun müddətdir onları tapa bilmirdik. Onların fotolarını efirdə yayımlayıb insanlardan kömək istədik. Fərhadın valideynləri də bizə məlumat vermədilər. Üç gün öncə öyrəndik ki, Fərhad Salyana gedib.

Dərhal ora yollandıq və onlarla yarım saatlıq söhbətimizdən sonra Fərhadla oğlu oradan da qaçdılar. Dünən efirdə onların Türkiyəyə getməsi iddiası da səsləndi, efir bitəndə sonra Fəqan mənə zəng etdi. O telefonda qışqıraraq “mənim anam, bacılarım heç vaxt Türkiyəyə gedə bilməz. Mən o qeyrətin sahibi deyiləm” dedi. Dürdanə də həmişə deyirdi ki, Fərhad onları öldürüb, bunu efirdə də demişdi. Bu gün xəbəri görəndə şok oldum”.

X.Hidayətqızı bildirib ki, M.Əliyevanın bacısı Dürdanə müraciət edərkən Fərhadın içki düşkünü olduğunu, arvadı və qızlarına necə işgəncələr verdiyini danışıb. Böyük bacı İradənin 32 yaşı olub. M.Əliyevanın qızlarının heç biri ali təhsil almayıb və ailə qurmayıblar. M.Əliyeva isə paytaxtda evlərdə təmizlik işləri görərək qızlarını saxlayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az