t s

» » "Min manatı şirinlik kimi verdim" - mühafizəçi olmaq istəyənlərin başına gələnlər

"Min manatı şirinlik kimi verdim" - mühafizəçi olmaq istəyənlərin başına gələnlər

7-12-2017, 12:59 Yazar:  Gülnar Baxılıb: 29 Çap et
"Min manatı şirinlik kimi verdim" - mühafizəçi olmaq istəyənlərin başına gələnlər
Vətəndaşları işə düzəltmək adı ilə aldatmaqda təqsirləndirilən mühafizə şirkətinin vəzifəli əməkdaşının məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, "Azər mühafizə" MMC mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxslər ifadə verib.

Zərərçəkmiş Ceyhun Mirzəyev söyləyib ki, təqsirləndirilən şəxsi tanıyır. O, mühafizə şirkətinə işə düzəlmək üçün pul verdiyini söyləyib: "Şirvanda Namiq Məhərrəmovla görüşdük. Sonra şirkətin Bakıdakı ofisinə gəldik. Pulu verdik, qəbz aldıq. 70 manat formaya çıxdılar. İşə başladım. Amma maaş ala bilmədim. Pulumu tələb edirəm".

Digər zərərçəkmiş Ceyhun Mirzəyevin qardaşı Cavid Mirzəyev də ifadə verib. O, işə düzəlmək üçün 3 min manat pul verdiyini söyləyib. Amma bir neçə ay sonra maaşlar gecikib:

"Mən qardaşımdan bir müddət əvvəl işə başlamışdım. 2 min baş ofisdə verdim. Min manat da Namiqə. Sonradan maaşlar gecikdi, problemlər yarandı".

Müşfiq Əliyev isə zərərçəkmiş kimi ifadəsində göstərib ki, əsgərlikdən gələndən sonra iş axtararkən dostlarından mühafizə şirkətinə işçi axtarıldığını öyrənib: "İş axtarırdım. Əsgərlikdən də yeni gəlmişdim. Dedilər ki, depozit qoyub, bunun qarşılığında da maaş alacağam. 2800 dollar bankdan götürdüm. 2 minini baş ofisdə depozit kimi qoydum. 1000 manatı da şirinlik kimi verdim. Namiq dedi ki, kimlərəsə şirinlik veriləcək".

Məhkəmədə digər ifadə verən zərərçəkmişlər də işə düzəlmək üçün 1000 manat şirinlik verdiklərini söyləyiblər.

Zərərçəkmiş Elnur Bağırov isə ifadəsində göstərib ki, 2014-cü ildə işə düzəlmək üçün şirkətə müraciət edib: "1000 manat depozit qoydum. Deyirdilər ki, çıxmaq istəsəniz qoyduğunuz pulu götürəcəksiniz. İki ay işlədim. Ayda 500 manat maaş aldım. Sonra 4 ay işləsəm də pul almadım. Axırda da bildik ki, bu fırıldaqdır".

Bildirək ki, 2015-ci ildə Daxili İşlər Nazirliyinin yaydığı məıumata görə, Namiq Məhərrəmov işə düzəltmək adı ilə vətəndaşları aldatdığına görə həbs edilib.

Məlumata görə, "Azər Mühafizə" MMC və "Qala" BTX MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər.

Zərərçəkmiş şəxslərin sayı isə 5200 nəfərdən çoxdur.

Namiq Məhərrəmov Cinayət Məcəlləsinin 162-1.2-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, eyni əməllər təkrar törədildikdə), 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 311.3.1-ci (rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Namiq Məhərrəmov bu iş üzrə axtarışda olarkən istintaqdan yayınmışdı. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. Daha sonra həbs edilib, işi ayrıca icraata verilib.

İttiham aktına əsasən, Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:23 Şahidlərdən biri ölkədən qaçıb - "Rabitə İşi" Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq məmurlarının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədə RYTN-in sabiq Aparat rəhbəri Vidadi Zeynalov,
15:09 “Rabitə işi”ndə şahid: Bayramlarda o, 300 manat “paket” verirdi Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq Aparat rəhbəri Vidadi Zeynalov, “Aztelekom” MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, “Bakı Telefon Rabitəsi”
15:18 Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
18:47 Prezident İlham Əliyev əfv fərmanı imzaladı - TAM SİYAHI Prezident İlham Əliyev əfv fərmanı imzalayıb. Mediaxeberleri.az AzərTac-a istinadən həmin fərmanı diqqətinizə çatdırır: Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə
01:21 Yardımlı – məmurların ucqarda qurduğu korrupsiya xanədanı Bölgələrdə ayrı-ayrı məmurların özbaşınalığı, korrupsioner fəaliyyəti nəticəsində formalaşan problemlər barəsində dəfələrlə həyəcan təbili çalınsa da, bir çoxları bundan nəticə çıxarmaq əvəzinə öz “ənənəvi” iş metodunu daha da genişləndirir. Son illərdə dövlət büdcəsindən regionların inkişafı

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az