t s

» » YAP-dan prezident seçkilərilə bağlı SƏRT MÖVQE - "Vaxtı dəyişdirilməyəcək"

YAP-dan prezident seçkilərilə bağlı SƏRT MÖVQE - "Vaxtı dəyişdirilməyəcək"

7-12-2017, 12:27 Yazar:  Gülnar Baxılıb: 70 Çap et
YAP-dan prezident seçkilərilə bağlı SƏRT MÖVQE - "Vaxtı dəyişdirilməyəcək"Azərbaycanda prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndirilir.
Milli Məclisin deputatı Zahid Oruc prezident seçkilərinin vaxtını 7 ay önə çəkməyi, 2018-ci ilin mart ayında keçirməyi təklif edib.

Yeni Azərbaycan Partiyası icra katibinin müavini, Milli Məclisin deputatı prezident seçkilərinin vaxtının dəyişdirilməsi ilə bağlı səslənən fikirlərə Mediaxeberleri.az -da münasibət bildirib:

"Prezident seçkiləri ilə bağlı konstitusiyada düzünə, birbaşa göstəriş var. Prezident seçkiləri oktyabr ayının 3-cü həftəsində, yəni, o müddət başa çatdıqdan sonra keçirilməlidir. Ona görə də, məsləhət görərdim bəzi adamlar gedib konstitusiyanı oxusunlar. Bundan əlavə seçki məcəlləsində də qanunda göstərişlər var. İstənilən seçkinin geriyə, qabağa çəkilməsi seçilmiş namizədin fəaliyət müddətinin azaldılması hüququ referendum yolu ilə oluna bilər. Əgər gələn il prezident seçkiləri ilidirsə, üstəlik bir dənədə referendum keçirmək hansı düşüncə tərzindən irəli gəlir başa düşə bilmirəm".
S.Novruzov qeyd edib ki, Z.Orucun təklifində heç bir əsaslanma yoxdur:

"Konkret olaraq Azərbaycanda 1993-cü ildən başlayaraq hüquqi demokratik dövlətin quruculuğundan və 1995-ci il Azərbaycan Respublikasının Konstitusiyası qəbul olunandan sonra bütün seçkilər vaxtında, öz növbəsində keçirilib. O yerdə seçkinin müddətini dəyişirlər ki, müxtəlif səbəblər olsun. Mən də bunlarla bağlı şərhləri oxuyuram. Ortada hüquqi, siyasi baxımdan heç bir əsaslandırma yoxdur. Ona görə də, belə fikirləri ciddi hesab etmirəm və düşünürəm ki, seçkilər vaxtında keçiriləcək".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:15 Azərbaycanda bu partiyalar ləğv olunacaq - SİYAHI Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatı ləğv olunacaq. Bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib. Deputatın sözlərinə görə, hazırda bununla bağlı qanun layihəsi
21:18 MSK parlament seçkilərinə yekun vurdu - Siyahı açıqlandı 18 Noyabr 2015 [17:22] Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. APA-nın
17:53 Parlament seçkilərinə yekun vuruldu Deputat seçilənlərin siyahısı açıqlandı. Mərkəzi Seçki Komissiyası (MSK) noyabrın 1-də V çağırış Milli Məclisə keçirilmiş seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının təsdiq edilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar
07:26 Milli Məclisə seçkilərin ilkin nəticələri açıqlandı (SİYAHI) Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu Milli Məclisə gün keçirilən V çağırış seçkilərin ilkin nəticələrini açıqlayıb. APA-nın məlumatına görə, seçki dairələri üzrə lider namizədlər aşağıdakılardır: 1 saylı Şərur-Sədərək Seçki Dairəsi – Vasif Talıbov (YAP) – 89,4% 2 saylı
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az