t s

» » "Cəfər Cabbarlının beyini məzarından götürülərək, analiz edilib"- Maraqlı versiya

"Cəfər Cabbarlının beyini məzarından götürülərək, analiz edilib"- Maraqlı versiya

7-12-2017, 10:28 Yazar:  Məmməd Məmmədov Baxılıb: 35 Çap et
"Cəfər Cabbarlının beyini məzarından götürülərək, analiz edilib"- Maraqlı versiyaBöyük dramaturq, gənc yaşında dünyasını dəyişən ədəbiyyat, mədəniyyət xadimi Cəfər Cabbarlı xüsusi fitri istedad sahibi kimi bu gün ən az araşdırılan bir şəxsiyyətdir. Onun daha çox dram əsərləri və ədəbi yaradıcılığı araşdırmaçıların diqqətində olub. Təbii ki, həyatna da toxulunub. Amma 20 yaşında şedevrlər yaradan Cəfərin dahiliyi bir o qədər də diqqət mərkəzində olmayıb. Həmçinin, onun həyatı barəsində bəzi faktlar da yanlış göstərilib.

Musiqişünas alim, professor Abbasqulu Nəcəfzadə “facebook” sosial şəbəkəsindəki böyük bir səhifənin Cəfər Cabbarlı ilə bağlı tanıtımında bu səhvləri aşkara çıxarıb:

“”Belə-belə işlər” səhifəsinin dahi Cəfər Cabbarlı haqqında paylaşdığı süjet çox maraqlıdır və burada hər şey gözəldir. Amma Cəfər Cabbarlı sovet ideologiyasına görə, kasıb ailənin övladı kimi təqdim olunur. Bu heç də belə olmayıb. Cəfərin qardaşı Hüseynqulunun qapısında nökərləri, qulluqçuları olub, Xızıda böyük sürüsü, mal-qarası, onlara baxan bir neçə çobanı olub. Bir baxın, Cəfər Cabbarlının ilk təhsil aldığı məktəblərdə yoxsul təbəqənin uşaqları oxuya bilərdimi? Cəfər yoxsul ailənin övladı olsaydı, 9 yaşında “Leyli və Məcnun” operasına heç tamaşa edə bilərdimi? Cəfərin atasının əmisi oğlu Hacı Əliəkbər (o, Cəfərin bibisi Aşıq Zərnişanın əri idi) də Bakının çox zəngin, varlı tacirlərindən biri idi. Onun təkcə İcərişəhərdə 9 dükanı vardı. Tanınmış sənətkar, AMK-nın müəllimi Mahmud Salah bu ailənin nəticəsidir. Həmin dövrdə Xızıdan Bakıya kasıb ailələr gələ bilməzdi. Yalnız zəngin ailələr Bakıda yaxud ətraf kəndlərdə ev-eşik, həyat-baca alıb məskunlaşırdılar. Cəfərgil də belə ailələrdən biri idi. Dağlı tarixindən yazanlar bu məqamlara diqqət yetirməlidirlər”.

Cəfər Cabbarlı haqqında səsləndirilən fərziyyələrdən biri də guya onun beyninin ölümündən sonra oğurlanması olub.

Abbasqulu Nəcəfzadə Moderator.az-a açıqlamasında bu ehtimal barəsində fərziyyələrini irəli sürüb:

“"Oğurlanmaq" belədir ki, dövlət yəqin ki, qərar verib, məzardan beyni götürülüb analiz edilib. Bu, inandırıcıdır, çünki o qeri-adi insan olub, ruhlarla təmas qurub. Görmədiyi tarixi, ictimai-siyasi hadisələri elə canlandırıb ki, sanki hadisələrin iştirakçısı olub. Bu da hər kəsdə şübhə yaradıb, ona görə Cəfərin beyni marağa səbəb olub, laboratoriyalarda analiz edilməsi inandırıcıdır. Mən bütün sahələri qoyuram kənara, musiqişünaslıqla bağlı Cəfərin gördüyü işlər hələ yetərincə araşdırılmayıb. Bununla tədqiqat əsəri hazırlayıram. Dəhşətə gəlirəm, gizli imzalarla 15-16 yaşdan etibarən elə təhlillər aparır ki, bunu ancaq ali təhsilli musiqişünaslar yaza bilərdi...”




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
17:58 "Fahişə kimi yanına getdiyim oğlanla evləndik" "Ona ağlayaraq hər şeyi danışdım". Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az qafqazinfo-ya istinadla bildirir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən
09:05 Azərbaycanlı fahişələr: Fahişə kimi yanına getdiyim oğlanla evləndik “Ona ağlayaraq hər şeyi danışdım”. Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilən 1968-ci il təvəllüdlü Leyli Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Mediaxeberleri.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az