t s

» » Bakıda tıxacların aradan qaldırılması üçün daha bir YOL

Bakıda tıxacların aradan qaldırılması üçün daha bir YOL

7-12-2017, 09:01 Yazar:  Məmməd Məmmədov Baxılıb: 45 Çap et
Bakıda tıxacların aradan qaldırılması üçün daha bir YOLBakıda hündürmərtəbəli avtomobil parkomatlarının tikilməsi əsasən mərkəzi küçələrdə sıxlığın azalmasına səbəb ola bilər.

Mediaxeberleri.az xəbər verir ki, bunu Trend-ə nəqliyyat üzrə ekspert Ərşad Hüseynov Milli Məclisdə Bakıda hündürmərtəbləi parkomatların tikilməsi və elektrik qatarlarının bərpa edilməsi ilə bağlı səsləndirilən təkliflərə münasibət bildirərkən deyib.

Ə.Hüseynov bildirib ki, Bakıda sıxlıq yaranan küçələr iki cürdür: "Bəziləri magistral əhəmiyyətli küçələrdir. Ziya Bünyadov və Tbilisi prospektləri, Bakı-Sumqayıt və Binəqədi yolları və s. Həmin yolların kənarında parklanma yoxdur. Bu yollarda tıxaca səbəb qanunsuz parklanma deyil, orada nəqliyyatın çoxluğu, avtomobillərin sayının yolun buraxıcılıq qabiliyyətindən artıq olması, yolun alternativinin olmaması və s. amillərdir. Həmin ərazilərdə hündürmərtəbəli parkomatların tikilməsi tıxacın aradan qaldırılmasına kömək edə bilməz".

Ekspert hesab edir ki, hündürmərtəbəli və ya yeraltı parkomatların tikilməsi şəhərin mərkəzi küçələrində tıxacların azalmasına səbəb ola bilər: "Səməd Vurğun, 28 May və Xaqani küçələri və s. Bu ərazilərdə yol kənarlarından parklanmanın yığışdırılması həmin ərazilərdə hərəkət şəraitini yaxşılaşdıra bilər. Parklanmaya qoyulan investisiya uzun müddətə geri qayıdır və ona görə də sahibkarlar bu məsələdə maraqlı deyillər. Parkomatların tikilməsi üçün güzəşt edilməlidir. Həmçinin, parkomatların tikilməsi üçün müvafiq yerlər ayrılmalıdır".

Elektik qatarlarının bərpasına gəlincə isə Ə.Hüseynov bunun yaxşı ideya olduğunu vurğulayıb. O qeyd edib ki, Bakı ətrafı qəsəbələrdən şəhərə gələn insanların nəqliyyata olan tələbatı elektrik qatarları vasitəsilə təmin edilsə, bu, paytaxt yollarının yükünü xeyli azaldar və yollarda sıxlığın aradan qalxmasına kömək olar".

Qeyd edək ki, Milli Məclisin deputatı Aydın Mirzəzadə Bakıda tıxacların aradan qaldırılması üçün hündürmərtəbəli parkomatların tikilməsini, deputat Çingiz Qənizadə isə elektrik qatarlarının bərpa edilməsini təklif edib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:46 Azərbaycanda cərimələr kəskin şəkildə artırıldı Mayın 31-də Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Oqtay Əsədov deputatların müraciətini nəzərə alaraq, növbədənkənar sessiyanın keçiriləcəyini bildirdi. Bundan sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli Əmək
15:28 Aynur Camalqızı: “Evdə bu mövzuda danışmamağa çalışırıq” - MÜSAHİBƏ Bu gün “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının doğum günüdür. Mediaxeberleri.az onun AzNews.az-a ötən ilin sentyabrında verdiyi müsahibəni təqdim edir: – Aynur xanım, ənənəvi bir suala məhz sizin cavabınız mənim üçün maraqlıdır. Həyatınızdan razısınızmı? – Bütövlükdə götürəndə əlbəttə
23:30 Ziya Məmmədov: Bakı Limanının yenidən qurulması əlamətdar hadisədir “Məqsədimiz Azərbaycanı regionda əsas ticarət qovşağına çevirməkdir”. Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektoru da sürətlə inkişaf edir, ölkə başçısının təşəbbüsü ilə reallaşan nəhəng infrastruktur layihələri
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan
00:02 Azərbaycanda ödənişli avtomobil yolları ilə bağlı - YENİ XƏBƏR Nazirlər Kabineti qaydalara dəyişiklik edib. Nazirlər Kabineti “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az